Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix07.04.2017
ölçüsü4,94 Kb.
#13622
1   ...   8   9   10   11   12   13   14   15   16

  Ramiz Talıbov 
Gənclərin feysbuk ixtiraları 
 
 
  Ramiz Talıbov, "Yeni Yazarlar" ədəbi-kulturoloji kursunun dinləyicisi 
 
Avropa dövlətləri bəşəriyyəti irəli aparan kəşfləri ilə çox qürrələnirlər. Halbuki bizim müasir gənclərin virtual 
aləmdəki kəşfləri onlarınkından heç də geri qalmır. Buna rəğmən, bizim gənclərdə qətiyyən lovğalıq görmərsiz. 
Başları aşağı öz işləriylə məşğuldurlar. 
Yazıda konkret faktlara və statistikaya müraciət etmək üçün ən məşhur və hal-hazırda 700 milyondan çox 
istifadəçiyə malik feysbukdan (facebook.com) bəhs edəcəyik. Azərbaycanda bu sosial şəbəkədən 
faydalananların sayı 400 mini keçir və cəmiyyət həyatında olduğu kimi feysbuk Azərbaycanında da fəallıq 
göstərən təbəqə gənclərdir. Bu cümləni faktla möhkəmləndirmək üçün əlavə edim ki, bizdə feysbuk 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
198 
 
istifadəçilərinin 82%-ini yeniyetmələr və gənclər təşkil edir. 
 
Bir çox dünya dövlətləri sosial şəbəkələrin beynəlmiləlliyindən yararlanaraq öz milli ideyalogiyalarını virtual 
arenada təbliğ etməklə məşğuldur. Eyni zamanda belə dövlətlərin vətəndaşları sosial şəbəkələrdən daim 
yenilənən və sürətli sosial media kimi istifadə etməyi də bacarırlar.Məsələn,statistikaya görə ABŞ və Böyük 
Britaniya feysbukdan sosial media kimi istifadə etməkdə öncül yerləri tuturlar. 
Lakin bizim gənclər əvvəldə qeyd etdiyim kimi gərgin araşdırmalar nəticəsində sosial şəbəkələrin daha ―faydalı 
tərəflərini‖ kəşf etməyə müvəffəq olmuşlar. Mən sözügedən unikal kəşflərin canlı şahidi olaraq əminəm ki, 
texnologiya və təhsil sistemi baxımından inkişaf etmiş heç bir Avropa dövləti sosial şəbəkədən istifadədə 
bizimlə rəqabət apara bilməz. 
Məsələn,gənclərimizin böyük bir qismi feysbuk sosial şəbəkəsində yüksək işgüzarlıq göstərərək böyük ―kəşfə‖ 
nail olmuşdur. Bu kəşfə görə, bayrağımızın, Qarabağın, Milli Qəhrəmanlarımızın, bütövlükdə , özündə millilik 
əks etdirən istənilən fotonun və statusun layk (like / bəyəndim) edilməsi insanda vətənpərvərlik hisslərinin 
oyanmasına və artımıına səbəb olur. Bu səbəbdəndir ki, gənclər dayanmadan milli mövzuda şəkillər və statuslar 
paylaşıb, onların çoxlu layk yığmasını tələb edirlər,hətta yalvarırlar da. 
Bəlkə də,bir çox insan anlamır,amma bu yalvarışlar bizim xeyrimizədir. Çünki belə paylaşımlarda layk sayı 
artıqca, milli duyğular bir o qədər qabarır. Daha çox layk , daha çox millətsevərlik və vətənpərvərlik 
deməkdir.Nə qədər qəribə görünsə də, sən demə,feysbukdakı laykların belə spesifik xüsusiyyəti varmış yoxsa 
bizim gənclər o qədər boş-bekar deyillər ki, vaxtlarının böyük hissəsini belə işlərə sərf etsinlər.Və çox 
―qürurvericidir‖ ki, belə sensasiyonal ixtiranın sahibi nə Amerika,nə də Avropadır.Bu nailiyyət bizə,bizim 
gənclərə məxsusdur.Düzdü,hələ ―ixtiraçı‖ gənclərimiz öz icadlarına bir ad verməyiblər.Amma nəzərə almaq 
lazımdır ki,adsız dəyirmanda xoruz olur.Həm də digər dövlətlərin istifadəçiləri feysbukun fikir mübadiləsi 
aparmaq,faydalı tanışlıq, kütləvi öyrətmə və öyrənmə, geniş təbliğat kimi imkanlarını bir kənara 
qoyub,gənclərimizin bu kəşflərini mənimsəyib,öz adlarına çıxarma ehtimalları var.Buna görə mən həmin kəşfin 
―laykın (like) qüdrəti‖ adlandırılmasının tərəfdarıyam. 
Onu da qeyd etməliyəm ki, feysbuk ―fəallarımız‖ bu yenilikdən düşmənlərimizin əleyhinə də məharətlə istifadə 
edirlər. Bununla Ümid edirəm ki, bundan sonra feysbukda müntəzəm olaraq Ermənistan bayrağının və 
prezidentinin şəkillərini paylaşıb,başlıq olaraq da ―ermənistana nifrət edənlər layk etsin‖, ―bu bayrağı 
tapdalamaq istəyən neçə nəfər var?‖ ―sarkisyanı güllələmək istəyənlər layk eləsin,hər layk bir gülləyə 
bərabərdir‖, ―ermənistan bayrağına tüpürmək istəyən qeyrətli oğul və qızlarımızdan maksimum layk 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
199 
 
gözləyirəm‖ kimi başlıqları görəndə təəccüblənməyəcək və ―vətənpərvər‖ gənclərimizi qınamayacaqsız. Çünki 
artıq siz də ―laykın qüdrəti ‖ndən,onun real qüvvəyə malik olduğundan xəbərdarsız. Və artıq siz də bilirsiz 
ki,bütün bu layklar, şərhlərdə yazılmış odlu-alovlu təhqir və təhdidlər Ermənistan xalqına psixoloji təzyiq 
göstərməyə xidmət edir. Əgər bu yaxınlarda Sarkisyanın onu və ölkəsinin bayrağını təhqir etdiklərinə,üstəlik 
maksimum layk yığaraq təhqirin təsir gücünü artıqlarına görə feysbukdakı ―aktiv‖ gənclərimizi Avropa 
Məhkəməsinə verdiyini eşitsəz, sizə qəribə gəlməsin.Hətta mən Sarkisyanın yüzlərlə,minlərlə layk yığmış 
təhdidedici statuslardan qorxuya düşərək Qarabağ məsələsində bizə güzəştə gedəcəyinə də ümid 
bəsləyirəm.Necə deyərlər, Allahdan ümid kəsilməz. 
 
 
 
 
 
 
 
Aydın Xan (Əbilov) 
 
Feysbuk və sosial Ģəbəkələr. 
 
Xüsusi kursun proqramı 
 
1. İnternet və elektron dövlət, soaial şəbəkələr haqqında qısa məlumatlar. 
 
2. Feysbuk, onun tarixi, dünyada və Azərbaycanda populyarlaşması. 
 
3. Sosial media, vəyəndaş jurnalistikası, blogerlik, şəbəkə yazarlığı, Feysbukda fəalyyət. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
200 
 
 
4. Feysbuk: sosial media alətləri, status, paylaşma, qeydlər, çatlaşma, e-mailləşmə, multimedik imkanlar - şəkil 
və video yerləşdirim funksiyaları. 
 
5. Feysbukda mən: Sosial şəbəkədə profil yaratmaq, səhifə, qrup adminliyi, şəbəkələşmə və başqa imkanlar. 
 
6. Sosial şəbəkədə PR aksiyaları, Feysbukda necə auditoriya və dostlar qazanmalı, gündəlik aktivliyi necə 
qazanmalı? 
 
7. Sosial şəbəkədə ictimai-siyasi, sosial-mədəni, elmi-iqtisadi polemika və mövqeylərin səmərəliliyini artırmaq 
üçün vasitələr.  
 
8. Feysbuk və sosial şəbəkədə etik normalar, İnternet mədəniyyəti, müəllif və əlaqəli hüquqların qorunması, 
nüfuzununmühafizəsi. 
 
9. Sosial şəbəkə - virtual dünyanın xeyri, zərəri, onlardan faydalanmaq, qorunma yolları...   
 
10. Feysbukda biznes qurmaq, informasiya mübadiləsi, savaşı aparmaq, virtual ofis yaratmaq, tanınmış simaya 
çevrilmə yolları. 
 
 
 
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
201 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəmiyyətin informasiyalaĢdırılması və informatika tarixi 
 
Bəşəriyyət yarandığı gündən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət, informasiyaya sahib olmaq uğrunda 
çarpışmışdır. Sivilizasiyanın ilk dövrlərində insana elementar bilik və bacarıqlar kifayət edirdisə, 
informasiyanın tədricən çoxalması nəti cəsində insan şəxsi biliklərinin az olmasını hiss etməyə başladı. 
İnformasiyanı düzgün emal etmək və lazımi qərarlar qəbul etmək üçün insandan malik olduğu bilik və 
təcrübələri ümumiləşdirmək tələb olunurdu. Ona görə də o, müxtəlif qurğular düzəltməyə başladı. 
İnformasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi 
dəyişikliklərə – informasiya inqilablarına gətirib çıxardı.  
Bəşəriyyət, onun inkişafına daha çox təsir edən və informasiya inqilabı adlanan dörd mərhələdən keçmişdir. 
Birinci mərhələdə yazının meydana gəlməsi nəticəsində bilikləri saxlayaraq, gələcək nəsillərə ötürmək imkanı 
yarandı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
202 
 
 
İkinci mərhələ (XVI əsrin ortaları) kitab çapının ixtirası ilə bağlıdır. Bu inqilab nə ti cə sində informasiyanın 
saxlanılmasının tamamilə yeni bir üsulu yarandı. İnsan informasiyanı saxlamaq, sistemləşdirmək və yaymaq 
üçün yeni bir vasitə əldə etdi.Bu vasitə mənəvi və mədəni dəyərləri böyük kütlələrə çatdırmağa imkanı verdi. 
 
Üçüncü mərhələ (XIX əsrin sonu) elektrik cərəyanının kəşfi ilə bağlıdır. Teleqraf, telefon və radio yarandı. 
Onlar informasiyanı ixtiyari həcmdə və yüksək sürətlə ötürməyə və qəbul edib saxlamağa imkan verdi. İnfor 
masiya-kommunikasiya vasitələri yarandı. 
 
 
Dördüncü mərhələdə (XX əsrin 70-ci illəri) mikroprosessor texnologiyası ixtira olundu və fərdi kompüterlər 
meydana çıxdı. İnformasiyanın elektrik və mexaniki va sitə ləri keçmişdə qaldı. Onları elektron vasitələr əvəz 
etdi. Bu vasitələr maşın və cihazları daha kiçik ölçüdə istehsal etməyə və proqramla idarə olunan qurğular 
yaratmağa im kan verdi. Dördüncü inqilabın baş verməsinin əsas səbəbi ötən əsrin 40-cı illərində elektron 
hesablama maşınlarının yaranması oldu. 
Dördüncü informasiya inqilabı bəşəriyyə tin sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçməsinə təkan 
verdi. Bu, bir vaxt bəşəriyyətin aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidinə bənzəyirdi. 
 
İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriy yəti in for masiyanın istehsalı, 
saxlanılması, emalı və onun istifadəsilə məşğul olur. İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri: 
1. İnformasiyanın həcmi artdıqca onun emalı və saxlanması üçün insan xüsusi texniki vasitələrdən istifadə 
etməli olacaqdır. 
İnformasiya cəmiyyətində insan və kollektivlər hər hansı bir qərarı qəbul edər kən müəyyən informasiya 
toplamalı, onu emal və təhlil etməlidir. İnformasiyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal 
etməyə qadir deyil. O, bu işə xüsusi texniki vasitələri cəlb edir. 
2. Kompüterlərdən istifadə qaçılmaz olacaqdır. İnformasiya cəmiyyətində kompüterlərdən istifadə olunması 
labüddür. Bu, etibatlı informasiya mənbə lərindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal 
qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
203 
 
3. Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalı olacaqdır. XX əsrin ikinci yarısında 
insanların müəyyən bir qisminin maddi məhsul istehsalından informasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə 
maddi sərvətlər istehsal etməyən əhalinin yeni sosial təbəqəsi yarandı. Bu insanlar (müəllimlər, bank işçiləri, 
proqramçılar və s.) informasiyanı emal etməklə məşğul olurdular. Yeni cəmiyyətdə isə maddi nemətlər daha 
çox «informasiya tutumlu» olacaq. Onun dəyəri isə innovasiyalardan, dizayn həllərindən, marketinq 
keyfiyyətindən asılı olacaq. 
4. İnformasiya cəmiyyətində istehsal olunacaq məhsul bilik və intellekt olacaqdır ki, bu da ümumiyyətlə, əqli 
əməyin payını artıracaqdır. İntellektual əməklə bağlı sənət sahələrini seçən insanların sayı artacaqdır. 
5. Dəyərlər dəyişərək, yeni həyat tərzi formalaşacaq, asudə vaxtda məşğuliyyətlər dəyişəcəkdir. Artıq indi 
kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar uzaq məsafədə yerləşən bir neçə 
oyunçunu özündə birləşdirən şəbəkə sisteminə transformasiya olunur. İnternetdə vaxt keçirənlərin sayı artır. 
Onlar tədris saytlarına və virtual muzeylərə səyahət edirlər, lazımi ədəbiyyatı tapıb oxuyurlar və s. İnternetdə 
gap xidmətləri [chat] və ICQ xidməti istifadəçilər tərəfindən çox bəyənilir. Bu xidmətlər vasitəsilə uzaq 
məsafələrdə olan insanlar real zaman rejimində bir-birlərilə əlaqə saxlayırlar. 
6. Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları inkişaf edəcək. 
İnternet şəbəkəsi ayda 10-15% artacaq və onun istifadəçilərinin sayı yüz milyonlarla ölçüləcək. Özündə 
müxtəlif qurğuların funksiyalarını cəmləşdirən (kompüter, televizor, radio, telefon və s.) müasir multimedia 
sistemlərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına gətirib çıxaracaqdır. İnformasiyanı 
saxlayan qurğular isə bapbalaca – ovucun içində yerləşən ölçüdə olacaq. Bu qurğular daxilində həcmi bir neçə 
ensiklopediyaya bərabər olan şəxsi universal soraqçalar da yerləşdiriləcəkdir. Bu qurğuları şəbəkəyə qoşub 
operativ informasiya, məsələn, hava haqqında, yollardakı tıxaclar barədə məlumatlar almaq mümkün olacaqdır. 
7. Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular olacaqdır. Mənzillər naqillər sisteminin 
əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə təchiz olunacaqdır. İnformasiya kabeli rabitə, televiziya 
kanallarını və İnternetə çıxışı özündə birləşdirəcəkdir. Xüsusi elektron blok bütün məişət avadanlıqlarına və 
yaşayış sistemlərinə nəzarət edəcək, binalar ―ağıllı‖ olacaqdır. ―Ağıllı binalar‖la yanaşı ―ağıllı avtomobil‖lər də 
yaranacaqdır. Onlarda avtomobilin texniki hissəsinə cavab verən kompüterdən başqa, şəhər informasiya 
xidmətlərinə qoşulan sistem də işləyəcək. Belə avtomobil ―ağıllı ev‖lə əlaqədə olacaq və hətta evi idarə də edə 
bilə cək. 
8. Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edəcək, insan isə, əsas etibarilə, informasiyanın emalı 
ilə məşğul olacaq. İstehsalatda insanların sayı azalacaq, onların yerini robotlar və manipulyatorlar tutacaqdır. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
204 
 
9. Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaradılacaq. İnsanlar zamanla ayaqlaşmaq üçün, sənəti dəyişmək və 
cəmiyyətdə layiqli yer tutmaq üçün ömrü boyu oxumaq imkanı qazanacaqlar. 
10. Uşaqlar kompüter proqramları və telekommunikasiyalar vasitəsilə evdə təhsil ala biləcəklər. Bununla 
əlaqədar tədris prosesində təlimin formaları dəyişəcək və təlimin tərbiyəvi aspektlərilə bağlı problemlər yarana 
biləcəkdir. 
11. İnformasiya xidmətləri bazarı yaradılaraq inkişaf etdiriləcək. İnformasiya məhsul və xidmət növünə 
çeviriləcək. Bu məhsulu adi əmtəə kimi alıb-satmaq mümkün olacaqdır. 
 
Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçmək üçün informasiya böhranı şəraiti əmələ gəlməli idi. Bu 
şərait XX əsrdə yarandı. İnsanın üzərinə sel kimi gələn böyük həcmdə informasiya axınında istiqamət götürmək 
qeyrimümkün oldu. Artıq və lazımsız olan çoxlu miqdarda informasiya yarandı. İnformasiya cəmiyyətinə keçid 
isə müxtəlif sahələrdə informasiyanın ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə edilməsi ilə 
başlandı. Bu proses infor masiyalaşdırma adlanır. 
Cəmiyyətin informasiyalaşdırma prosesi sənaye cəmiyyətinin informasiya cəmiyətinə keçməsini təmin edir. 
Cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq 
imkanı verir. Son dövrlərə kimi «informasiyalaşdırma» sözü əvəzinə «kompüterləşdirmə» sözündən istifadə 
olunurdu. Lakin «kompüterləşdirmə» sözünün mənası kompüter texnikasının inkişafı və tətbiqi deməkdir. 
Cəmiyyətin informasiyalaşdırılması isə kompüterləş dirməyə nisbətən daha geniş anlayışdır. Belə ki, bu gün 
texniki vasitələr deyil, sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Kompüterləşdirmə isə 
informasiyalaşdırma prosesinin bir hissəsidir, onun texniki bazasıdır. 
 
İnformasiya mədəniyyəti. 
İnsan mədəniyyəti 
• bilik, bacarıq və peşəkar vərdişlər ilə; 
intellektual, estetik və mənəvi inkişaf səviyyəsinə görə; 
• insanlarla ünsiyyətin forma və üsulları ilə müəyyən olunur. 
İnsanın şəxsi mədəniyyəti 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
205 
 
• əqli inkişaf səviyyəsinə görə; 
• peşəkarlıq və yaradıcılıq fəaliyyətinin xarakterinə görə müəyyən olunur. 
Bu o deməkdir ki, insan nə qədər öz zehni qabiliyyətlərini inkişaf etdirirsə, nə qədər düşünür, fikirləşirsə, bir o 
qədər öz şəxsi mədəni səviyyəsini yüksəltmiş olur. Ona görə də elm və incəsənətlə məşğul olan insanın mədəni 
səviyyəsi daha yüksək olmalıdır. İnformasiya cəmiyyətinə keçərkən insanın ümumi mədəniyyətinə daha bir 
kateqoriya əlavə olunur – informasiya mə dəniyyəti. 
İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işləmək və onun qəbul edil — məsi, emalı və ötürülməsi 
üçün kompüter texnikasından, müasir texniki vasitə və üsullardan istifadə etmək bacarığıdır. 
İnsanın informasiya mədəniyyəti dedikdə aşağıdakılar başa düşülür: 
– telefondan tutmuş fərdi kompüter və kompüter şəbəkələrinə ki mi müxtəlif texniki cihazlardan istifadə etmək 
vərdişlərinə yiyələnməsi; 
– informasiya texnologiyalarına yiyələnmək qabiliyyətinin ol ması; 
– dövri mətbuat və elektron kommunikasiyalarından informasiya əldə etmək bacarığının olması; 
– informasiyanı aydın şəkildə təqdim etmək və ondan maksimum səmərə ilə istifadə etmək bacarığının olması; 
– informasiyanın emalının müxtəlif üsullarını bilməsi; 
– müxtəlif informasiya növlərilə işləmək bacarığının olması. 
İnformasiya resursları. Hər bir dövlət, cəmiyyət, şirkət və adi insan özünün həyat fəaliyyəti üçün zəruri olan 
resurslara malikdir. 
1. Bəşər tarixində hansı informasiya inqilabları olmuşdur? 
2. İnformasiya cəmiyyətini xarakterizə edən cəhətlər hansılardır? 
3. Yaşadığımız cəmiyyət informasiya cəmiyyəti adlana bilərmi? 
4. İnformasiya mədəniyyəti nədir? 
5. İnformasiya resurslarına nə daxildir və onların başqa resurslardan fərqi nədədir? 
İnformasiya resurslarına elmi-texniki biliklər, ədəbiyyat və incəsənət əsərləri, ictimai-dövlət əhəmiyyətli digər 
informasiyalar daxildir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
206 
 
Resurs müxtəlif vəsaitlərin ehtiyatı, mənbəyi deməkdir. 
Müasir cəmiyyətdə maddi, xammal, enerji, əmək və maliyyə resursları ilə yanaşı, informasiya resursları da 
mövcuddur. 
İnformasiya resurslarından başqa, istənilən resurs işləndikcə yox olur. Məsələn, yanacaq yanıb qurtarır, maliyyə 
vəsaiti xərclənir və s. İnformasiya resursu isə «bitib tükənmir», ondan coxlu sayda istifadə etmək mümkündür. 
 
 
 
 
 
 
 
Ġnformasiya cəmiyyətinin 100 əsas anlayıĢı 
 
1. Aktiv idarəetmə 
 
Müəssisələr, təşkilatlar və vətəndaş qrupları tərəfindən öz maraq və arzularının formalaşdırıl-ma-sını, 
hüquqlarının, vəzifələrinin həyata keçirilməsini, eləcədə fikir ayrılıqlarının aradan qaldırılmasını nəzərdə tutan 
prosesdir. Bu proses cəmiyyətin istər yerli və regional, istərsə də milli və qlobal səviyyədə daha şəffaf və 
səmərəli idarəetmə formalarından istifadə etməsini təmin edən, elmi cəhətdən əsaslandırılmış metodların 
tapılmasını zəruri edir. 
 
2. Biznes üçün biznes 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
207 
 
1. Qeyri-formal termindir, kompaniyalar arasında mal, xidmət və informasiya mübadiləsi prosesini ifadə edir. 
Bu prosesdə malın və ya xidmətin son fiziki istehlakçısı iştirak etmir. Adətən müəyyən sahələrə aid olan 
portalların tərkib hissəsədir. 
 
2. Müəssisələr arasındakı razılaşmaların elektron formada həyata keçirilməsini nəzərdə tutan, biznesin elektron 
modelidir. 
 
3. Biliklərə əsaslanan iqtisadiyyat 
 
Ümumi daxili məhsulun böyük bir payının informasiya və biliklərin istehsalı, işlənilməsi, saxlanması və 
yayılması fəaliyyəti nəticəsində təmin olunan iqtisadiyyat. 
 
4. Dünya hörümçək toru(www termini ilə sinonimdir.) 
 
1. Dünyanın müxtəlif coğrafi məkanında yerləşmiş serverlərdəki informasiyalara müraciəti təmin edən İnternet 
xidmətidir. 
 
2. Hipermediadan istifadə etməklə informasiya məkanı formalaşdıran İnternet xidmətidir. Hər bir sənəddən 
təsvirlərə, səslərə və ya digər sənədlərə linklər ola bilər. 
 
5. Distant təhsil  
(Distance education) 
 
1. Elektron və ənənəvi rabitə vasitələrinin köməyi ilə təhsil mərkəzindən məsafədə yerləşən şəxslərin tədris-
idrak fəaliiyətlərinin məqsədyönlü və metodik təşkil olunmuş rəhbərliyi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
208 
 
 
2. İKT-nin istifadəsinə əsaslanan və məsafədən tədris materiallarının mübadiləsini, tədris prosesinin müşayiət 
və idarə edilməsini təmin edən xüsusi təlim sisteminin köməyi ilə bilik, bacarıq və vərdişlərin əldə olunması 
prosesidir. 
 
6. Distant təlim 
 
Öyrədənlə öyrənən arasında doğrudan-doğruya kontakt olmadan, müasir informasiya və telekom-munikasiya 
texnologiyalarından istifadə etməklə məsafədən tədris prosesini həyata keçirməyə imkan verən yeni tədris 
üsuludur. 
 
7. Elektron hazırlıq (e-Readiness) – İnformasiya cəmiyyətinə hazır olmaq 
 
Ölkənin informasiya-kommunikasiya infra-struktu-ru-nun inkişafını, elektron iqtisadiyyatını, distant təhsilini, 
dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni və İKT sahəsində 
dövlətin siyasətini əhatə edən meyarlarla qiymətləndirilən sosial iqtisadi inkişafın səviyyəsidir. 
 
8. Elektron kitabxana 
 
Müxtəlif tipli elektron sənədlərin (mətn, qrafik, audio-video və s.) etibarlı saxlanmasını və istifadəçi üçün rahat 
şəkildə qlobal kompüter şəbəkəsi vasitəsilə effektli istifadə olunmasını təmin edən informasiya sistemidir. 
 
9. Elektron poçt 
 
1. Ən geniş istifadə olunan İnternet xidmətidir. Kompüter istifadəçilərinin biri-birinə elektron məlumatlar 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
209 
 
göndərməsinə imkan verir. 
 
2. Kompüterin köməyi ilə məlumatların mübadiləsi. Məktub və məlumatların şəbəkə vasitəsi ilə bir 
kompüterdən digərlərinə ötürülməsi. 
 
10. Elektron ticarət 
 
İnternetdə elektron sənəd dövriyyəsinin köməyi ilə həyata keçirilən ticarət. 
 
11. Elektron imza (rəqəmli imza) 
 
1. Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini 
fərdiləşdirməyə imkan verən verilənlər. 
 
2. Gücləndirilmiş elektron imza – imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və 
yalnız imza sahibinə məxsus olmaqla onu fərdiləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, 
dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza. 
 
3. Fiziki şəxsin imzasının analoqu olub, gizli açardan istifadə etməklə elektron məlumatların kriptoqrafiya üsulu 
şəkildəyişməsi nəticəsində əldə edilən və açıq açarla istifadəçiyə həmin məlumatın tamlığını və məxfiliyini, 
eləcə də gizli açarın sahibini təyin etməyə imkan verən simvolların ardıcıllığı. 
 
12. Elektron iqtisadiyyat 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
210 
 
1. Geniş mənada – informasiyadan, biliklərdən və İKT-dən geniş istifadə etməyə əsaslanan iqtisadiyyat. 
 
2. Məhdud mənada – şəbəkə texnologiyalarına və "biznes-biznes" (B2B) və "biznes-istehlakçı" (B2C) 
modellərinə əsaslanan iqtisadiyyat. 
 
13. Elektron hökumət 
 
Dövlət idarəetmə orqanlarının və cəmiyyətin İKT-dən istifadə etməklə qarşılıqlı əlaqəsinin təmin edilməsi. 
Elektron hökumətin yaradılması əsasən 3 məsələnin həllinə yönəlmişdir: 
 
1. dövlət xidmətlərinin keyfiyyətinin və əlyetərliyinin artırılması və bu xidmətlərin təqdim olunması 
prosedurunun sadələşdirilməsi, tezləş-diril-məsi və xərclərin azaldılması; 
 
2. dövlət qurumlarının fəaliyyəti haqqında şəffaflığının artırılması, vətəndaşların və təşkilat-larının qərarlarının 
qəbulu prosesində iştirakı imka-nının genişləndirilməsi; 
 
3. inzibati-idarə prosesinin keyfiyyətinin yaxşılaşdırılması, dövlət orqanlarının işinə nəzarətin səmərəli təşkili. 
 
Elektron hökumətin G2C- dövlət qurumları ilə vətəndaşlar arasında, G2B- dövlət qurumları ilə biznes sektoru 
ilə, G2G- dövlət qurumları arasında qarşılıqlı əlaqəni tənzimləyən modelləri mövcudddur. 
 
14. Elektron biznes 
 
Elektron kommersiya, internet, biznes – sinonimlər. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
211 
 
 
Elektron ticarətdən daha geniş anlayış olub, İnternetdə öz saytının, virtual mağazasının, kompa-niya-ları 
idarəetmə sistemlərinin, "biznes-biznes", "biznes-istehlakçı" modellərin olması ilə səciyyələnir. 
 
15. Ev kompüterləşməsi  
(Home computerisation) 
 
1. İnformasiyalaşdırma üzrə dövlət siyasətinin elementi olub, əhalinin bilavasitə evdən informasiya və biliklərə 
olan tələbatını İnternet vasitəsilə ödəməyə imkan verir. 
 
2. Evlərin elektron qurğularla (xüsusi ilə də kompüter texnikası ilə) ilə təchiz olunması prosesidir. 
 
16. Fasiləsiz təhsil 
 
İnsanın həyatı boyu təhsil alma və öz biliyini artırma arzusunu ödəyən və təhsilin bütün səviyyələrinin həm 
təşkilati, həm də məzmunca bütövlüyünü və varisliyini təmin edən dövlət, özəl və ictimai təhsil müəssisələri 
kompleksidir. 
 
17. Fərdi elektron köməkçi 
 
İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsi funksiyalarını yerinə yetirən miniatür elektron qurğu. 
 
18. İnformasiyalaşdırma sahəsində dövlət siyasəti 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
212 
 
Ölkənin sosial və iqtisadi inkişafının informa-siya təminatının ümumdövlət prioritet istiqamətlərinin təyin 
olunmasını və informasiya cəmiyyətinə keçidi təmin edəcək siyasi, hüquqi, iqtisadi, sosial-mədəni və təşkilatı 
tədbirlərin kompleksidir. 
 
19. İnformasiya və biliklərə çıxış  
(Access to information and knowledge) 
 
Biliklərin daha effektiv istifadəsini təmin edən üsul, vasitə və vərdişlərin əlyetərliliyi, başqa sözlə cəmiyyətdə 
şəxsiyyətin siyasi və sosial-mədəni hüquq-larının tam olaraq reallaşdırılmasını üçün lazım olan şəbəkə 
infrastrukturunun, xidmətlərin, eləcə də informasiya resurslarına çıxışın təmin olunması; vətəndaş-ların relevant 
xarici mühitlə təmasda olmasına imkan verən vasitələr. 
 
20. İnformasiya azadlığı haqqında qanun  
(1966-cı il) 
 
İnformasiya cəmiyyətinin inkişafı tarixində əlamətdar hadisədir. Bu qanuna görə, ABŞ-ın bütün federal 
qurumları vətəndaşların, milli müdafiə, hüquq-mühafizə orqanlarına aid olan maliyyə və şəxsi sənədlər istisna 
olmaqla, istənilən informasiyanı sərbəst şəkildə əldə etməsini təmin etməlidirlər. Bir sözlə, bu qanunla hər bir 
vətəndaşın informasiya almaq hüququ vardır. 
 
21. İnformasiyanın qorunması  
Təbii və süni xarakterli təhdidlərə məruz qalan informasiyanın məxfiliyini, tamlığını və əlyetərliyini təmin edən 
metod və vasitələr toplusudur. İnformasiya təhlükəsizliyinin pozulması informasiya sahiblərinə və 
istifadəçilərinə zərər verə bilər.  
22. İnformasiya cəmiyyətinin inkişaf indikatorları  
İnformasiya cəmiyyətini inkişafını müxtəlif kəsimlərdə (informasiya, iqtisadi, sosial) xarakterizə edən 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
213 
 
göstəricilər siyahısıdır.  
23. İnternet  
1. Bütün dünya üzrə dövlət, akademik, kommersiya, hərbi, kooperativ və s. şəbəkələri özündə birləşdirən və 
TCP/IP protokoluna əsaslanan qlobal kompüter şəbəkəsidir.  
2. Yüksək səviyyəli kommunikasiya xidmətini təmin edən və tərkib hissələri TCP/IP protokoluna əsasında 
unikal ünvan fəzası ilə məntiqi əlaqədə olan qlobal informasiya sistemidir.  
3. Bütün dünyanı əhatə edən qarşılıqlı əlaqəli kompüter şəbəkələridir. İnternet TCP/IP protokolu əsasında 
kompüterlərə, informasiya resurslarına, elektron poçt xidmətlərinə, elanlar lövhələrinə və müxtəlif diskussiya 
qruplarına çıxışı təmin edir.  
24. İnternet-inkubator  
İnternet-kompaniyaların və onların layihələrinin qısa zamanda hazırlanması və bazara çıxarılması məqsədi 
güdən vençur investisiya modeldir. İlk bu tip inkubator 1995-ci ildə amerikalı iş adamı B. Gross tərəfindən 
yaradılmışdır.  
25. İnternet-mağaza  
İnternetdə müştəriyə (hüquqi və ya fiziki şəxsə) malların çatdırması da daxil olmaqla birbaşa satışının həyata 
keçirildiyi yerdir. Bu zaman istehlak informasiyalarının yerləşdirilməsi, malın sifarişi və alqı-satqısı internet-
mağazanın saytında həyata keçirilir. 
 
 
26. İnternet – iqtisadiyyat  
İnternetdə öz biznesinin inkişaf etdirilməsi: sayt və virtual mağazaların açılması, elektron reklam və 
marketinqdən, elektron sənəd dövriyyəsindən istifadə edilməsi.  
27. İnterfeys  
Kompüter və onun istifadəçisi və ya iki qurğu arasında əlaqəni təmin edən proqram təminatı.  
28. İnformasiyalaşdırma  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
214 
 
1. İKT-dən istifadə etməklə bilik və informasiyanın istehsalının, yayılmasının və istifadəsinin 
intensivləşdirilməsi prosesidir.  
2. İdarəetmədə informasiya və biliklərdən istifadənin effektivliyinin artırılması, vətəndaşların, təşkilatların və 
dövlətin informasiyaya olan tələbatının təmin edilməsi və ölkənin informasiya cəmiyyətinə keçid üçün şəraitin 
yaradılması məqsədi ilə cəmiyyətin sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində İKT-dən geniş 
miqyaslı istifadə prosesidir.  
29. İnformasiya təhlükəsizliyi  
Əsas üç tərkib hissədən: informasiyanın məxfiliyi, tamlığı və əlyetərliyindən ibarətdir. Məxfilik informasiyanın 
icazəsiz əldə edilməsindən qorunmasına, tamlıq informasiyanın dəqiqliyi, həqiqiliyi və bütövlülüyünün 
qorunmasına, əlyetərlik isə lazımi vaxta informasiya və xidmətlərə müraciətlərin təmin olunmasına yönəlmişdir.  
30. İnformasiya müharibəsi  
İnformasiya üstünlüyünü təmin etmək məqsədi ilə, eyni zamanda öz informasiyasını, informasiya və 
informasiya sistemlərinə əsaslanan prosesslərini qorumaqla, rəqibin informasiyasına, informasiyaya və 
informasiya sistemlərinə əsaslanan proseslərinə zərər vurmaq üçün həyata keçirilən tədbirlər. 
 
 
31. İnformasiya sənayesi  
Müasir İKT texnologiyaları bazasında müxtəlif növ informasiya məhsullarının və xidmətlərin geniş miqyaslı 
istehsalı. (qəzet, jurnal və kitablardan tutmuş kompüter oyunlarınadək)  
İnformasiya sənayesi iki fərqli hissədən – informasiya texnologiyalarının (maşın və avadanlıq) və bilavasitə 
informasiyanın istehsalından ibarətdir.  
32. İnformasiya inqilabı  
XX əsrin sonlarında İKT-nin cəmiyyətin bütün sahələrinə inqilabi təsirini ifadə edən metaforadır. Bu hadisə 
informasiyanın ötürülməsində ixtiyari məsafənin dəf edilməsini təmin edən texnoloji əsaslar yaratmaqla 
bəşəriyyətin intellektual qabiliyyətini və mənəvi gücünün birləşdirir və bununla da informasiya məkanında 
özündən əvvəlki inqilabi kəşflərin (kitab çapı, telefon, radiorabitə, personal kompüter) yaratdıqları effektləri 
inteqrasiya edir.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
215 
 
33. İnformasiya sistemi  
İnformasiya proseslərini həyat keçirən kompüter texnologiyası və rabitə vasitələrinin istifadəsi ilə təşkilati 
nizamlanmış sənədlər (və ya sənədlər toplusu) və informasiya texnologiyalarının məcmusudur. İnformasiya 
sistemi informasiyanın yığılması, saxlanılması, emalı, axtarışı, ötürülməsi və təqdim olunmasını təmin edir.  
34. İnformasiya mühiti  
İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsinin texniki və proqram vasitələrinin, eləcə də 
informasiyalaşmanın həyata keçirilməsini təmin edən siyasi, iqtisadi, mədəni şərtlərin toplusudur.  
35. İnformasiya sahəsi (Information Sphere)  
1. İqtisadiyyatın informasiyanın istehsalı, işlənməsi, saxlanması və yayılması ilə məşğul olan sahəsidir.  
2. İnformasiyanın toplanması, formalaşdırılması, yayılması və istifadə proseslərini həyata keçirən, həmçinin bu 
prosesdə ictimai münasibətləri tənzimləyən informasiya, informasiya infrastrukturu və subyektlərinin 
məcmusudur. 
 
 
36. İnformasiya iqtisadiyyatı  
70-80-ci illərdə geniş yayılmış termindir.  
1. ÜDM-un böyük bir hissəsi informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılması fəaliyyəti 
nəticəsində formalaşan iqtisadiyyatdır və məşğulların yarıdan çoxu bu prosesdə iştirak edir.  
2. Gələcək informasiya cəmiyyətində iqtisadiyyatın bütün əsas sahələrinin inkişafında İKT-nin aparıcı rolunu 
göstərən proqnozlar üçün xarakterik konsepsiyadır. Burada informasiyanın özü əmtəə istehsalı ilə eyniləşdirilir 
və əsasən statistik metodların köməyi ilə tədqiq edilir.  
37. İnformasiya Kommunikasiya Texnologiyaları (İKT)  
İnformasiya istifadəçilərin maraqlarını təmin etmək məqsədi ilə informasiyanın yığılması, işlənməsi, 
saxlanması, yayılması və istifadəsini təmin edən metodların, istehsal proseslərinin və proqram-texniki 
vasitələrin məcmusudur.  
38. İnformasiya qanunvericiliyi  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
216 
 
İnformasiyanın istehsalı, istifadəsi və İKT-nin tətbiqi sahəsində qanun, nor-mativ aktların və digər hüquqi 
nizamlama sənədlərinin (aktlarının) məcmusudur.  
39. İnformasiya ilə zənginləşdirmə (kontent)  
İnformasiya sistemlərinin əhəmiyyət kəsb edən hər cür məlumatlarla- mətnlər, qrafiklər, multimedia və s. ilə 
zənginləşdirilməsi. İnformasiya ilə zənginləşdirilmənin əsas parametrləri onun həcmi, aktuallığı və relevant 
olmasıdır. İnternetdə informasiya ilə zənginləşdirmə web səhifə şəklində təşkil olunur.  
40. İnformasiya bərabərsizliyi  
Rəqəmsal fərq, rəqəmsal və ya elektron uçurum və digər bir çox söz birləşmələri sinonimdir.  
1. Müasir İKT-dən istifadə imkanlarına görə meydana gələn sosial təbəqələşmənin (fərqliliyin) yeni formasıdır  
2. İnformasiya strukturları, vasitələri və onların vətəndaşlar arasında qeyri-bərabər paylanması prosesini 
vətəndaş hüququ və maddi rifaha dair məsələlərlə əlaqələndirən konsepsiyaların tərəfdaşları üçün xarakter 
termin. 
 
41. İnformasiya cəmiyyəti  
İnformasiya və biliklərin cəmiyyətin həyatın-dakı rolunun yüksəlməsi, infokommuni-kasiyanın, informasiya 
məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanının 
yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını, 
informasiya məhsul-larına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarını ödənməsini təmin edən müasir 
sivilizasiyasının inkişafının bir pilləsidir.  
42. İnformasiya silahı  
İnformasiya infrastrukturunun funksiya və xidmətlərini, və ya onun ayrı-ayrı elementlərini müvəqqəti və ya 
tamamilə sıradan çıxarılmasına yönəlmiş xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) metod və 
vasitələrin məcmusudur.  
43. İnformasiya məkanı  
1. Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.  
2. İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
217 
 
informasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə eyniləşir.  
44. İnformasiya Kommunikasiya İnfrastrukturu  
Ərazi üzrə paylanmış dövlət və korporativ informasiya sistemləri, rabitə xətləri, şəbəkələr və ötürücü kanallar, 
kommutasiya vasitələri və informasiya axınının idarə edilməsi, həmçinin onların effektiv işləməsini təmin edən 
hüquqi və normativ mexanizmlər və təşkilati strukturların, məcmusudur.  
45. İnformasiya tələbatı  
Qeyri-maddi tələbatın bir növüdür. Hər hansı bir məqsədə çatmaq və ya konkret bir tapşırığı yerinə yetirmək 
üçün informasiyaya olan tələbatdır. 
 
46. İnformasiya məhsulları  
İnformasiya resurslarının bütün növləri, proqram məhsulları, məlumat bazaları və əmtəə formasında təqdim 
olunan digər informasiyalar.  
47. İnformasiya prosesləri  
İnformasiyanın yaradılması, yığılması, saxlanılması, işlənməsi, təsviri, ötürülməsi, yayılması və istifadəsi 
prosesləridir.  
48. İnformasiya resursları  
İnformasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat bazalarında, muzeylərdə və s.) olan 
sənədlər toplusudur.  
49. İnformasiya xidmətləri  
İstifadəçilərə informasiya məhsullarının təqdim olunması ilə onların informasiyaya olan tələbatının ödənilməsi 
50. İnformasiya şəhəri  
Sənayesonrası iqtisadi strukturа malik olan, əsas fəaliyyət sahələri idarəetmə, maliyyə, elmi araşdırmalar, ali 
təhsil, mədəniyyət, informasiya xidməti, KİV, işgüzar xidmətlər (reklam, məsləhət, informasiya və s.) olan və 
işləyənlərin yarıdan çoxunun bu fəaliyyət sahələrində məşğul olduğu şəhərdir. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
218 
 
51. İnformasiya cinayəti  
Tamahkarlıq və ya xuliqanlıq niyyəti ilə informasiya sistemi və şəbəkələrindən informasiyanın oğurlanmasına 
və dağıdılmasına yönələn əvvəlcədən düşünülmüş qərəzli hərəkətlər.  
52. İnformasiya bazarı  
İKT, informasiya məhsulları və xidmətləri bazarı.  
53. İnformasiya  
Təqdimat formasından asılı olmayaraq şəxslər, əşyalar, faktlar, hadisələr və proseslər haqqında məlumatlar. 
54. İnformasiyanın ümumiləşdirilməsi  
Ayrı-ayrı sadə (lokal) hadisələr haqqında məlumatların ümumiləşdirilərək daha yüksək səviyyəli hadisə 
haqqında informasiyaya çevrilməsi. Məsələn, ayrı-ayrı regionlarda gedən sosial-iqtisadi inkişaf haqqında 
məlumatların bütövlükdə ölkənin iqtisadi inkişafı haqqında məlumat şəklində ümumiləşdirilməsi.  
55. İnformasiya istifadəçisi  
Özünə lazım olan və istifadə etdiyi informasiyanın alınması məqsədilə informasiya sistemlərinə müraciət edən 
subyekt. 
 
56. İKT-nin tətbiqləri  
Teleiş teletəbabət, distant təhsil və yenidən hazırlığ, yol hərəkətinin teleidarəsi kimi peşəkar və ya fərdi 
sahələrdə telematika xidmətləri.  
57. İKT-dən istifadə etməklə inkişaf  
İKT-nin kütləvi istifadəsinə əsaslanan sosial-iqtisadi inkişaf.  
58. İKT-nin sosial təsiri  
İKT-nin iqtisadiyyata, əmək və məşğulluğa, təhsil və mədəniyyət sahələrinə, sosial struktura, ev və ailəyə, 
gündəlik həyata və bütövlükdə cəmiyyətə təsiri.  
59. İstehlakçı üçün biznes  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
219 
 
(B&C)  
1. Qeyri-formal termin olub mal, xidmət və informasiya satışı məqsədi ilə kompaniyaların son fiziki 
istehlakçılarla qarşılıqlı əlaqə prosesini ifadə edir.  
2. Elektron kommersiyanın bir modelidir. İstehsalçı ilə məhsulun son istehlakçısı arasında sövdələşmələr 
elektron yolla həyata keçirilir.  
60. Kiberməkan  
Amerika həyatından gələn və ilk dəfə Uilyam Gibsonun «Le Neuromacien» pyesində verilmiş anlayışdır. 
Kiberməkan dünyanın bütün kompüterlərində olan elektron verilənlərin dövr etdiyi virtual məkanı təsvir edir. 
 
 
61. Kommunikasiya 
 
Rabitə, informasiya mübadiləsi, rabitə vasitəsi, informasiya vasitəsi, eləcə də kontakt, ünsiyyət, kimi mənalarda 
işlədilir. 
 
62. Kompüterləşmə 
 
Kompüterlərin tətbiqi nəticəsində insan fəaliyyətinin müxtəlif sahələrində informasiya proseslərinin və 
texnologiyalarının avtomatlaşdırılmasının təmin edilməsi. 
 
63. Kompüter savadlılığı 
 
Personal kompüterdə işləmək üçün minimal bilik və bacarıqlara yiyələnmək. Bu gün oxumaq və yazmaq qədər 
vacib olan bacarıqdır. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
220 
 
 
64. Kütləvi kommunikasiya 
 
Xüsusi vasitələrin – mass medianın köməyi ilə bir qrup insana eyni zamanda informasiyanın ötürülmə prosesi. 
 
65. Kompetentliyin artırılması 
 
Ayrı-ayrı şəxslərin, sosial qrupların, təşkilatların, müəssisələrin və dövlət orqanlarının qlobal Biliklər 
Cəmiyyətinə və biliyə əsaslanan iqtisadiyyata daxil olmasına və onların tələbatına uyğun adekvat həllər qəbul 
etməyə imkan verən bilik və vərdişlərin əldə edilməsinə yönəlmiş tədbirlərin nəticəsidir. 
 
66. Qloballaşma 
 
Bütün dünya üzrə informasiya texnologiyalarının, məhsullarının və sistemlərinin yayılması ilə iqtisadi və 
mədəni inteqrasiyaya xidmət edən prosesdir. Bu prosesin tərəfdarları gələcək tərəqqini qlobal informasiya 
cəmiyyətin formalaşmasında görürlər. Opponentlər isə qloballaşmanın milli-mədəni dəyərlərə təhlükə olduğunu 
deyirlər. 
 
67. Qlobal informasiya infrastrukturu 
 
Formalaşdırılması 1995-ci ildə dünyanın bir qrup inkişaf etmiş dövlətləri tərəfindən başlanan, keyfiyyətcə yeni 
informasiya infrastrukturudur. Yaradıcılarının fikrincə, qlobal informasiya infrastrukturu qlobal və regional 
informasiya kommunikasiya sistemlərinin, eləcə də rəqəmli televiziya və radio yayımı, peyk və səyyar rabitə 
sistemlərinin inteqrasiyası sayəsində yer kürəsinin bütün əhalisinə hər tərəfli xidmət verə biləcək inteqrə 
olunmuş ümumdünya informasiya şəbəkəsi olacaq. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
221 
 
 
68. Qarşılıqlı əlaqə 
 
Sistemin komponentlərinin bir-biri ilə bağlılığı, birləşmə imkanı (məsələn, kompüterlər öz aralarında), qarşılıqlı 
əlaqədə ola bilmək (məsələn, proqramlar öz aralarında). 
 
69. Mass media (KİV) 
 
Kütləvi informasiya vasitələri - sinonim 
 
Dövrü mətbuat (qəzetlər, jurnallar və kitablar), radio, televiziya, səs və videoyazma, videotext, teletext, reklam 
lövhələri, internet-nəşrlər və s. Bütün bu vasitələri səciyyələndirən əsas xüsusiyyət onların kütləvi auditoriyaya 
yönəlmiş olması, informasiyanın istehsalı və yayılmasının korporativ xarakter daşımasıdır. 
 
70. Mobil telefoniya 
 
Müasir məişətdə daşınan telefon qurğularının tətbiq edilməsidir. Tədqiqatlar göstərir ki, mobil telefonlar müasir 
insanın həyat tərzinin və təfəkkürünün dəyişməsinə əhəmiyyətli təsir göstərir. 
 
71. Multimedia 
 
Səs, təsvir və mətndən istifadə edərək müxtəlif media vasitələrinin kombinasiyası. 
 
1. İnteraktiv proqram təminatı vasitəsilə vizual və audio effektlərin qarşılıqlı əlaqəsi. Adətən mətn, səs və 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
222 
 
qrafiklərin, son zamanlar isə daha çox animasiya və videonun qarşılıqlı uzlaşmasını ifadə edir. Мултимедийа 
веб-говшагларынын характер, щятта ясас хцсусиийяти гиперлинклярдир. 
 
2. Mətn, səs və rəqəmli siqnalların, eləcə də hərəkətli və hərəkətsiz təsvirlərin uzlaşmasını bildirən anlayışdır. 
Multimedia məlumatlar bazası mətn və təsvir tipli informasiyaları, video klipləri özündə birləşdirir. Multimedia 
telekommunikasiya xidməti istifadəçiyə istənilən tip informasiyanı göndərmək və qəbul etmək imkanı verir. 
 
72. Rəqəmləşdirmə (Digitalisation) 
 
İnformasiyanın rəqəm formasına çevrilməsi. 
 
73. Rəqəmsal (rəqəmli) dünyada həyat 
 
Massaçusets Texnoloji İnstitutunun media laboratoriyasının direktoru Nikolas Neqrapontenin 1996-cı ildə nəşr 
olunmuş məşhur kitabının adıdır. Kitabda o yaxın gələcəkdə bizim dünyamızın rəqəmsal olacağını deyir. 
 
74. Rəqəm iqtisadiyyatı 
 
Təsərrüfat fəaliyyəti rəqəmli telekommuni-kasi-yaların köməyi ilə həyata keçirilən iqtisadiyyat. 
 
75. Rəqəm əsri 
 
Termin rəqəmli texnologiyanın geniş yayılması prosesində meydana çıxmışdır. Bu proses müasir həyatın bütün 
sosial-mədəni aspektlərinə mühüm təsir göstərdiyindən bu dövr rəqəm əsri kimi xarakterizə olunur. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
223 
 
 
76. Sinergetika 
 
Müxtəlif təbiyyətli strukturların (sistemlərin) öz-özünə təşkili, yaranması, davamlı saxlanması və dağılması 
proseslərinin riyazi fizika üsulları («formal texnologiyalar») əsasında öyrənilməsi ilə məşğul olan elm sahəsi. 
Sinergetik yanaşma şəbəkə informasiya məkanı kimi mürəkkəb sisteminin öyrənilməsində də tətbiq olunur. 
 
77. Şəbəkə təşkilatı 
 
İstehsalın və biznesin idarə edilməsində şəbəkə rabitəsindən, münasibətlərindən və texnologiyalarından istifadə 
edən təşkilatlardır. 
 
78. Şəbəkə iqtisadiyyatı 
 
1. Elektron şəbəkələrinin köməyi ilə həyata keçirilən iqtisadiyyat. Şəbəkə iqtisadiyyatının əsasını şəbəkə 
təşkilatları təşkil edir. 
 
2. İqtisadi sistemin hər hansı bir yerində olmaqla hər bir kompaniyanın və ya fərdin asanlıqla və minimal 
xərclərlə digər kompaniyalarla və fərdlərlə birgə iş, ticarət, ideya mübadiləsi (nou-hau) və s. aparmaq üçün 
əlaqəyə girməsinə imkan verən mühit. 
 
79. Şəbəkə cəmiyyəti 
 
İnformasiya əlaqələrinin əsas hissəsinin elektron şəbəkələrin köməyi ilə aparıldığı cəmiyyət. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
224 
 
 
80. Şəbəkə texnologiyaları 
 
Şəbəkə rejimində qarşılıqlı əlaqələri təmin edən texnologiyalar. 
 
 
 
81. Şəbəkə yaratma 
 
Maraqlar üzrə informasiyanın könüllü və bəzən də pulsuz mübadiləsinə əsaslanan elektron cəmiyyətlərin 
yaradılması prosesi. 
 
82. Şəbəkə 
 
İstifadəçilərə informasiya mübadiləsi, bir-biri ilə əlaqə saxlama və lazımi informasiyaya müraciət imkanı verən 
kompüterlər və digər müvafiq qurğuların kombinasiyasıdır. 
 
83. Telekommunikasiya 
 
İKT əsasında informasiyaların uzaqdan ötürülmə prosesidir. 
 
84. Tele konfrans 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
225 
 
Texniki vasitələrin köməyi ilə müxtəlif ərazilərdə olan iştirakçılar arasında qrup şəklində ünsiyyət əlaqələrini 
yaradan tədbir növüdür. Məsələn, telefon konfransı, audio konfrans, video konfrans, çat və s. 
 
85. Telematika 
 
1. İKT-nin bir tətbiqi olub, istifadəçilərin informasiyaya olan tələbatını təmin edən informasiya sistemləri və 
xidmətləridir. 
 
2. İnformasiyanın birgə işlənməsi və ötürülməsi üçün televiziyanın kompüter qurğuları ilə birləşdirilməsi. 
 
86. Tele səhiyyə 
 
Tibb də bir istiqamət olub, informasiya telekommunikasiya infrastrukturundan istifadə edərək mütəxəssislər 
arasında ünvanlı tibbi informasiyanın mübadiləsi yolu ilə müalicənin keyfiyyətinin və əlyetərliliyinin 
artırılmasıdır. Tibb məlumatlarının və biliklərinin rabitə kanalları ilə ötürülməsi üçün razılaşdırılmış hazırlığı 
tibbi informasiya mübadiləsinin adekvatlığının zəruri şərtidir. 
 
87. Tele iş 
 
İşin nəticəsinin istifadə olunduğu yerdən uzaqda informasiya kommunikasiya infrastrukturundan istifadə 
etməklə yerinə yetirilən iş. 
 
88. Tele xidmət 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
226 
 
İnformasiya-kommunikasiya infrastrukturundan istifadə etməklə məsafədən verilən xidmət. 
 
89. Universal xidmət 
 
İstifadəçinin coğrafi yerindən asılı olmayaraq dövlət və ya özəl operatorlar tərəfindən sərfəli qiymətə 
informasiya kommunikasiya infrastrukturuna çıxışın təmin edilməsi. 
 
90. Video konfrans 
 
Kompüter şəbəkələrindən istifadə etməklə müxtəlif ərazilərdə olan iştirakçılar arasında real zaman rejimində 
audio-video informasiya mübadiləsini təmin edən xidmətdir. 
 
91. Videokonfrans 
 
Video konfrans rabitəsindən istifadə etməklə həyata keçirilən tədbirdir. Telekonfransın bir növüdür. 
 
92. Virtual reallıq 
 
1. Vizual (görüntü) və səs effektlərindən istifadə etməklə tamaşaçını ekran qarşısında xəyal olunan dünyaya 
qərq edən kompüter sistemləridir. İstifadəçi kompüter tərəfindən yaradılan və reallıq təəssüratı yaradan xəyal və 
səslərlə əhatə olunur. İstifadəçi müxtəlif sensorların köməyi (məsələn şlem və əlcək) ilə xəyali dünya ilə 
qarşılıqlı əlaqədə olur. Virtual reallıq üzrə son tədqiqatlar seyircinin reallıq hisslərinin artırılmasına yönəlmişdir. 
 
2. Multimedia-əməliyyat mühitinin köməyi ilə reallaşan və stereoskopik ―ekran dünyası‖nda təqdim olunan 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
227 
 
illüziya mühitinə real zamanda birbaşa girişi və orada olmanı həyata keçirən yeni təmassız qarşılıqlı 
informasiya əlaqəsi texnologiyasıdır. Daha abstrakt düşünsək, bu istifadəçinin təsəvvüründə yaranan xəyali bir 
dünyadır. 
 
93. Virtual iqtisadiyyat 
 
İqtisadi əməliyyatların elektron məkanda aparılmasıdır. 
 
94. Virtual müəssisə 
 
Coğrafi cəhətdən müxtəlif ərazilərdə, ölkələrdə olan insanların İKT-dan istifadə etməklə əməkdaşlığıdır. Virtual 
müəssisənin üzvləri bilavasitə görüşmədən və ya nadir hallarda görüşərək fəaliyyət göstərirlər. 
 
95. Virtual dünyalar 
 
Kompüterlərin ekranlarında reallığı əks etdirən proses və hadisələrin modelləşdirilməsidir. Bu modellərin 
köməyi ilə müxtəlif həyatı məqamlar və layihələrin (məsələn şəhərsalma, kommunikasiya, ticarət, sənaye, 
təhsil, elm, təbabət və ictimai-mədəni yaradıcılığın digər sahələrində) mümkün variantları düşünülür. 
 
96. Virtual birliklər 
 
Bu termin İnternetin inkişafı mərhələsində meydana gəlmişdir. 
 
1. Elektron məkanda yaranan və fəaliyyət göstərən yeni tipli cəmiyyətlərdir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
228 
 
 
2. Ümumi maraqları olan şəbəkə istifadəçilərinin elektron məkanda işləmək məqsədilə birləşməsi deməkdir. 
 
97. Verilənlər – bilik 
 
Verilənlər - müxtəlif daşıyıcılarla qeydə alınmış faktlardır. 
 
İnformasiya – universal tarifi yoxdur. Həm «verilənlər»in, həmdə «bilik»in sinonimi kimi istifadə olunur. Lakin 
«informasiyalaşdırmaq», yəni yeni məlumat vermək feli vasitəsi ilə ifadə olunan spesifiua mövcuddur. 
İnformarsiya əldə etmək, yəni hər hansı bir suala cavab almaq deməkdir. Sual olmadanda informasiya əldə 
etmək olar, bu zaman məlumat informasiyaya bu halda çevirilir ki, əgər o, istehlakçının ümumi vəziyyət 
haqqında fikirini dəyişdirmir. 
 
Bilik – insanın əqli fəaliyyətinin nəticəsidir. 
 
98. Vətəndaşlar haqqında informasiya 
 
Fərdi məlumatlar da demək olar. 
 
Vətəndaşın şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar – onun həyatı ilə bağlı faktlar, hadisələr və s 
haqqında məlumatlar. 
 
99. Elektron sənəd dövriyyəsi 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
229 
 
Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya 
prosesləri. 
 
Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə 
təsdiq olunmuş sənəddir. 
 
100. Yeni texnologiyaya uyğunlaşmaq 
 
İKT-nin gündəlik həyata inteqrasiyası deməkdir. 
 
Mənbə: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. — Bakı, 
2007. 
 
 
 
Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin