Həyat səviyyəsinin dinamikası necə müəyyən olunur? Həyat səviyyəsinin dinamikası əhalinin gəlirləri, ərzaq və qeyri-ərzaq məhsullarının istehlakı, asudə vaxt, ümumi əmək məsrəflərində mexanikləşdirilmiş sahələrdə sərf olunan əməyin xüsusi çəkisi və b. göstəricilərin köməyilə müəyyən edilir.
Əhalinin həyat səviyyəsini xarakterizə etmək üçün hansı göstəricilərdən istifadə olunur?
əhalinin gəlirləri göstəriciləri;
əhali tərəfindən iqtisadi nemətlərin satın alınmasına sərf olunan və onların istehlakı göstəriciləri;
qənaət (yığım);
yığılmış (toplanmış) əmlak və əhalinin mənzillə təmin olunması göstəriciləri;
əhali gəlirlərində fərq, yoxsulluğun səviyyəsi və həddi göstəriciləri;
sosial-demoqraflk göstəricilər;
əhalinin həyat səviyyəsinin qiymətləndirilməsinin ümumiləşdirici göstəriciləri.