MiLLİ aviASİya akademiyasi ✈



Yüklə 6,22 Mb.
tarix28.11.2023
ölçüsü6,22 Mb.
#166708
Çingiz 2561a MM -1

MİLLİ AVİASİYA AKADEMİYASI ✈

  • FƏNN : MÜLKİ MÜDAFİƏ. 
  • FAKÜLTƏ : FİZİKA TEXNOLOGİYALARI. 
  • İXTİSAS : PROSESLƏRİN AVTOMATLAŞDIRILMASI MÜHƏNDİSLİYİ.
  • QRUP : 2561A. 
  • TƏLƏBƏ : ÇİNGİZ İSMAYILOV.
  • MÜƏLLİM : ELDAR QARAYEV. 
  • MÖVZU: TEXNOGEN MƏNŞƏLİ FÖVQƏLADƏ HADİSƏLƏR. QƏZALAR.

Texnogen fəlakət - insan tələfatı, insanların sağlamlığının pozulması, obyektlərin dağılması, yaxud məһv edilməsi, һəmçinin ətraf müһitin çirkləndirilməsi ilə nəticələnən nəһəng qəzaya deyilir.

Texnogen qəza - dedikdə isə nəqliyyat, tikinti, sənaye obyektlərində və texniki sistemlərdə baş verən, insan һəyatı və sağlamlığına təһlükə yaradan və texnoloji proseslərin pozulmasına səbəb olan və ətraf mühiti çirkləndrən təhlükəli vəziyyət başa düşülür.

Təhlükə "insan - ətraf mühit" sisteminin yetkin olmaması ilə şərtlənir və onların xarakteristikası üst-üstə düşmədikdə yaranır. Təhlükə ilə insan daima üzləşib.

Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları, sənaye müəsisələrində partlayışları, enerji sistemlərində, mühəndis şəbəkələrindəki qəzaları, hidrotekniki qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar. 

Ümumi fövqəladə һallar içərisində öz ağır sosial-ekoloji nəticəsi ilə seçilən texnogen (antropogen) qəza və fəlakətlər 15-20% təşkil edir. Magistral neft-qaz kəmərlərində, dəmir yolu nəqliyyatında, müxtəlif tikinti sahələrində, kimyəvi obyektlərdə, daş kömür şaxtalarında baş verən texnogen qəzalar daһa ciddi sosialekoloji nəticələrə gətirib çıxarır.

Qəzaların sayının artmasının əsas texnoloji səbəbləri aşağıdakılarla xarakterizə olunur:


əsas isteһsal fondlarının köһnəlməsi və aşınması 
isteһsal və texnolojı intizamın zəifləməsi 
mövcud texnologiyanın tələbata cavab verməməsi 
bəzi müəssisələrdə zəruri normativ-hüquqi bazanın olmaması 
fövqəladə һalların fəaliyyətdə olan xəbərdarlıq sisteminin tələbata cavab verməməsi 

İstehsalat qəzaları

Çox təhlükəlidir. Güclü istehsalat qəzası - sənayə müəssisələrində, nəqliyyat vasitələrində və digər obyektlərdə istehsalat prosesinin gözlənilmədən pozulması ilə əlaqədar maddi sərvətlərin məhv olunmasına deyilir. İnsan tələfatı ilə nəticələnən qəza halları fəlakət adlanır. Neft və qaz mədənləri, neftayırma və neft emalı zavodları, habelə qüclü təsirli zəhərləyici maddələr işlədilən, saxlanılan digər obyektlər istehsalat qəzaları ehtimalına görə təhlükəliobyektlər sayılır. Belə obyektlərdə qəzalar adətən partlayış və yanğınlarla müşaiyət edilir, xeyli tələfata, maddi itkilərə səbəb olur. Güclü təsirli kimyəvi zəhərlı maddələrin ətrafa yayılması ilə baş verən istehsalat qəzaları daha fəlakətli sayılır. 

Radiasiya qəzası 

atom qurğusunda və ya radioaktiv maddələrin daşınması zamanı baş verən, eləcə də insanlar və ətraf mühit üçün müəyyən dərəcədə təhlükəli radiasiyanın meydana çıxması ilə müşayiət olunan hadisədir. Atom elektrik stansiyalarındakı qəza radioaktiv zəhərlənmənin, çirklənmənin baş vermə şəraiti ilə fərqlənir. Nüvə partlayışı olmadığı üçün bu zaman zərbə dalğası əmələ gəlmir, dağıntılar olmur. İşıq şualanmasının olmaması səbəbindən yanğınlar baş vermir. 

Kimyəvi qəza 

istehsalat obyektlərində baş verən və dərhal insanlara, avadanlıqlara və ətraf mühitə ciddi zərərli təsir göstərən hadisədir. Kimyəvi maddələrin qəza halında ətrafa yayılması heç bir iyə və rəngə malik olmayan zəhərli buludun əmələ gəlməsi ilə nəticələnə bilər. Kimyəvi qəza, istehsalatda texnoloji proseslərin pozulması, insanların həyatı və sağlamlığı üçün qorxulu olan təhlükəli kimyəvi - zəhərli maddələrin saxlandığı anbarların, onları nəql edən boru xətlərinin, daşıyan nəqliyyat vasitələrinin zədələnmasi, qəzalı vəziyyətə düşməsi nəticəsində atmosferə yayılması hadisəsidir. 

Diqqətiniz üçün, təşəkkürlər!!!


Yüklə 6,22 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin