Son hədd xərcləri əlavə məhsul vahidinin istehsalı ilə əlaqədar ümumi xərclərin artmasını səciyyələndirir.
Aşağıdakı misal son hədd xərclərinin təbiətini və onların ümumi xərclər və dəyişən xərclərlə əlaqəsini anlamağa kömək edər
Ìÿùñóëóí
Ìÿúìó äÿéèøÿí
Ñîí ùÿää
ìèãäàðû
õÿðúëÿð
õÿðúëÿðè
0
0
0
1
10
10
2
18
8
3
24
6
Ümumi dəyişən xərclər bütün son hədd xərclərinin cəminə bərabərdir.
Son hədd xəcləri iki yanaşı duran məcmu dəyişən xərclərin qiymətləri fərqinə bərabərdir
§3. Uzunmüddətli dövrdə istehsal xərcləri. İstehsal xərcləri və miqyas effekti
§3. Uzunmüddətli dövrdə istehsal xərcləri. İstehsal xərcləri və miqyas effekti
Uzunmüddətli dövrdə xərclərin bütün elementləri dəyişəndir. Əgər hər bir istehsal həcminə ən az dəyərə malik re-surs kombinasiyası tətbiq olunmuşsa, uzunmüddətli dövrdə orta xərclər əyrisi hər bir istehsal həcmi üçün minimal xərcləri xarakterizə edən nöqtələrin məcmusundan ibarət olacaq (LRAC əyrisi).
p
Q
srac
srac2
srac3
srac5
srac4
LRAC
Uzun müddətli xərclər əyrisi qısamüddətli xərclər əyrisini əhatələyir
Şəkildə bir sıra qısamüddətli xərclər əyrisi verilib və bunlar müəssisənin müxtəlif ölçülərinə (istehsal miqyasına) müvafiqdirlər. Deyək ki, sahibkar əvvəlcə 1-ci qısamüddətli dövrdədir. O, istehsal veriminin azalması effekti özünü göstərənə, yəni qısamüddətli orta xərclər artmağa başlayana qədər istehsalı artıra bilər.
Bundan sonra qısamüddətli dövrdə istehsalın artırılması imkanları tükənir. Müəyyən vaxt tələb olunur ki, sahibkar istehsalı yeni miqyasda təşkil edə bilsin, məsələn, yeni zavod tiksin, təzə sex açsın, əlavə dəzgahlar quraşdırsın.
Yəni bütün resurs növlərinin parametrləri dəyişməlidir. Beləliklə, müəssisə 2-ci miqyasa çatır və ikinci qısamüddətli dövrdə əlavə işçi qüvvəsinin, əlavə xammal və materialların cəlb olunması hesabına istehsal həcmini məhsuldarlığın azalması effekti işə düşüncəyə qədər artıra bilər. 3, 4, 5 və s. istehsal miqyaslarına keçid də eyni qaydada baş verəcək.
Müxtəlif qısamüddətli dövrlərin xərclərindəki dəyişiklikləri birləşdirib, qısamüddətli xərclər əyrilərinə toxunan olaraq onları sanki əhatələyən uzunmüddətli orta xərclər əyrisini alarıq. Uzunmüddətli orta xərclər əyrisini çox vaxt paket-əyri də adlandırırlar, çünki onun içində, paketdə olduğu kimi, bütün qısamüddətli dövrlərin əyriləri yerləşir.