Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Qanıx-Türyançay kadastr rayonu



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə47/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   43   44   45   46   47   48   49   50   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Qanıx-Türyançay kadastr rayonu 
Qanıx-Türyançay kadastr rayonuna Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ 
rayonlarına aran hissəsi daxildir. Kadastr rayonunun ümumi sahəsi 607,0 min ha-dır. 
Ə
kin altın-da 132,3 min ha, o cümlədən çoxillik əkmələr - 31,7 min ha, dincə 
qoyulmuş - 2,1 min ha, otlaqlar altında 28,7 min ha yerləşir. Kənd təsərrüfatına 
yararlı torpaqlar 230,9 min ha təşkil edir. Kənd təsərrüfatı məhsullarının 
ixtisaslaşması sahəsində bu rayon ölkənin ən mühüm rayonlarından biridir. Xüsusi 


halda bu kadastr rayonu tütün istehsah üzrə iri ixtisaslaşmış rayonlardan biridir. 
Böyük Qafqaz təbii vilayətinin cənub yamacı yarımvilayətində yerləşən rayon, 
ə
sasən, Qanıx-Əyriçay çökəkliyini və Daşüz dağları silsiləsini əhatə edir. 
Rayonun zəif parçalanmış dağarası düzənliklərində çəmən-meşə landşaftlan tipi 
yayılmışdır. Nəmlik dərəcəsinə görə bu rayon yarımsəhra zonasıdır (Md=0,25-0,45). 
İ
llik yağıntıların miqdarı 400-870 mm arasındadır. Fəal temperaturlar cəmi 
4300-3800°C təşkil edir. Qışı yumşaqdır, vegetasiya dövrünün uzunluğu 216-218 
gündür. 
Ə
razinin relyef və iqlim şəraiti burada karbonath çəmən-qəhvəyi, tipik 
çəmən-qəhvəyi, karbonatlı çəmən-meşə və bataqlı çəmən torpaqların inkişafına şərait 
yaratmışdır. Perspektiv istiqamətlərini çayçıhq və çuğundurçuluq təşkil edir. Əsas 
ixtisas-laşma sahələri tütünçülük, meyvəçilik, taxıhçılıq; əlavə sahələri isə 
qoyunçuluq, ipəkçilik, heyvandarhq və üzümçülükdür. 
Şə
ki-Zaqatala kadastr rayonu 
Şə
ki-Zaqatala kadastr rayonuna Şəki, Zaqatala, Oğuz, Qəbələ, Qax, Balakən 
rayonlannm alçaq və orta dağlıq əraziləri daxildir. Bu rayonun ümumi sahəsi 380,9 
min ha-dır. Kənd təsərrüfatına yararlı olan 188,6 min ha torpaqdan 116,8 min 
hektarını otlaqlar təşkil edir. Rayon böyük Qafqaz təbii – kənd təsərrüfatı vilayətinin 
cənub yamaclarını əhatə edir. Şərqdə (650 m) və qərbdə (550 m) yerləşən hündürlük 
nöqtələri arasında rayonun ərazisi 2500 m hündürlüyə qədər olan sahələri əhatə edir. 
Güclü parçalanmış orta dağlıqlarda enliyarpaq və meşəaltından çıxmış çəmən-çöl 
landşaftları yayılmışdır. Rayon rütubətli zonaya aiddir . Yağıntıların ümumi miqdarı 
630-1240 mm arasında geniş hüdudlarda tərəddüd edir. Fəal temperaturlar cəmi aşağı 
hissələrdə 3700°, yuxan hissələrdə isə 800
()
C-yə çatır. Yerin hündürlüyündən asılı 
olaraq vegeta-siya dövıiəri 210 gündən 60 günə qədər dəyişir. Rayonun relyef-iqlim 
şə
raiti burada dağ-meşə, qəhvəyi dağ-meşə, tünd şabalıdı dağ-boz-qəhvəyi 
torpaqların yayılmasına imkan yaradır. 
Bu kadastr rayonu kənd təsərrüfatı üçün mühüm rayonlardan biridir. Buğda 
ə
kinləri altında olan sahələr - 9,3%, tütün altında -17,6% (2,6 min ha) təşkil edir; 
tütün istehsahnın 18,3%-i (1050 min s), ölkənin bütün meyvə əkinlərinin 8,4%-i (4,7 
min ha), məhsulunun isə 2,1%-i (19 min s) onun payına düşür. Əkin sahələri 
məhduddur. Çoxillik əkmələr üstünlük təşkil edir. 
Tez-tez təkrar olunan subasmalar - sellər və sürüşmələr torpaqlardan istifadəni 
çətinləşdirir. Əsas ixtisaslaşmış sahələr meyvəçilik, tütünçülük, taxılçılıq, 
heyvandarhqdır. Bunlar ümumi kənd təsərrüfatı məhsullarınm 76%-nı verir. Əlavə 
sahələr kimi üzümçülüyü, qoyunçuluğu, ipəkçiliyi göstərmək olar. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin