Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Abşeron-Qobustan kadastr rayonu



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə45/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   41   42   43   44   45   46   47   48   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Abşeron-Qobustan kadastr rayonu 
Bu kadastr rayonuna butövlükdə Abşeron inzibati rayonu, Hacıqabul dağətəyi 
rayonu, Xızı, Siyəzən rayonlannın aran hissəsi daxildir. Abşeron-Qobustan kadastr 
rayonunun ümumi sahəsi 325,9 min ha və ya ölkə ərazisinin 3,76%-i qodərdir. Əkin 
sahələri 35,1 min ha, dincə qoyulmuş torpaqlar - 3,3 min ha, otlaqlar 111,1 min ha, 
şə
rti yararsız torpaqlar ıso - 64,5 min ha təşkil edir. 
Bu kadastr rayonunda ən iri kənd təsərrüfatı aqlomeratı təşkil edilmişdir. Bakıda 
və Abşeron yanmadasında yaşayış sahələrinin genişlənməsi torpaq sahələrinin 
məhdudlaşdırıl-masına səbəb olmuşdur. Başqa tərəfdən, Abşeron yarımada-sında 
rekultivasiyaya ehtiyacı olan torpaqlar (21,3 min ha) da vardır. Onlardan 19,4 min ha 
neft və neft məhsulları ilə çirklənmiş sahədə, 1,0 min ha tikinti altında, 0,8 min ha isə 
qalan sahələrdədir. 
Ə
razinin iqlim şəraiti isti quru yay və mülayim rütubətli qışla xarakterizə olunur. 
İ
stiliklə təminolunmaya görə Abşeron-Qobustan rayonu başqa rayonlarla miiqayisodo 
olverişli şəraitə malikdir. Belə ki, 10°-dən yüksək temperaturların cəmi 4000-4400°C, 
il ərzində şaxtasız günlər 270, orta illik yağıntı-nın miqdarı 200-300 mm təşkil edir. 
Bu ərazinin əsas landşaft tipləri - meşəsonrası çölə keçən güclü və 
ortaparçalanmış dağətəyi və ortadağlıq yarımsəhralar, quru çöl və çəmən - çöl 
tipləridir. 
İ
qlim, relyef və müxtəlif landşaft amillərinin təsiri altında Abşeron-Qobustan 


kadastr rayonunda subtropiklər üçün xarakterik olan boz-qonur, primitiv boztorpaq, 
qonur, açıq şabalıdı torpaqlar, şoranlar və şorakətlər yayılmışdır. Bu ərazinin təbii 
şə
raiti tərəvəzçiliyin, heyvandarlığın, üzümçülüyün, subtropik meyvəçiliyin (əncir, 
zeytun, püstə) inkişaf etdirilməsinə imkan verir. 
Aparılan tədqiqatlar rekultivasiya və meliorasiya hesabına Abşeron-Qobustan 
kadastr rayonunda faydalı torpaqların sahəsini 90 min ha artırmağın mümkünlüyünü 
təsdiq etməyə əsas verir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin