Partiyasının lideri Mariu Soareş qələbə çaldı.
Hökumətin isə başında S.A.K. Silva dururdu.
Xarici siyasətdə NATO ilə əlaqələr genişləndi. ABŞ-ın
Azor adalarında hərbi sahədə iştirakı gücləndi. Portuqaliya
1985-ci ildə AİB-ə daxil oldu.
Portuqaliya öz keçmiş müstəmləkələri ilə əlaqələrin
inkiaşfına xüsusi diqqət yetirirdi.
Mazambik, Braziliya ilə iqtisadi əlaqələrin inkişafına
xüsusi diqqət yetirilirdi. 80-ci illərdə sosialist ölkələri ilə
əlaqələr xeyli inkişaf etdi. ABŞ-ın təsiri altında SSRİ ilə
əlaqələr məhdudlaşdırıldı. Portuqaliya Moskva olimpiadasında
baykotda iştirak etdi.
1995-ci ildə keçirilən parlament seçkilərində yenə də
sosialist partiyası qələbə çaldı. Partiyanın liderlərindən
A.Anteresin başçılığı altında hökumət təşkil edildi. 90-cı
illərdə Portuqaliya iqitsadiyyatında yenilləşmə prosesi getdi
Xarici siyasətdə Portuqaliya yenə də NATO və Aİ çərçivəsində
əməkdaşlığa daha çox üstünlük verirdi.
394
XIII. AVROPA VƏ AMERİKA
ÖLKƏLƏRİNİN ƏSAS İNKİŞAF MEYLLƏRİ
1. İdeologiyaların qarşıdurması və üç dünyanın təşkili
Xarici siyasətin ideologiyalaşdırılması problemi. XX
əsrin əvvəllərindən beynəlxalq münasibətlər dövlətlərin daxili
işlərinə qarışmamaq və milli suverenlik prinsipləri üzərində
quruldu.
Siyasət həmişə ideologiya ilə sıx bağlı olduğuna görə XX
əsrdə əmələ gələn köklü dəyişikliklərdən biri insan şüuru
uğrunda mübarizənin beynəlxalq siyasətin mühüm tərkib
hissələrindən birinə çevrilməsi idi. Bu əsrin birinci
onilliklərində sosial-reformizm, faşizm və bolşevizm arasında
barışmaz münaqişələr mövcud idi. Alman faşizmi və onun
müttəfiqləri üzərində qələbədən sonra dünyada sosial-reformist
kapitalizm və inqilabi sosializm qaldı. İkinci dünya
müharibəsindən sonra ideoloji qarşıdurma iki blok arasında
getməyə başladı ki, bunlardan birinə ABŞ, digərinə isə SSRİ
başçılıq edirdi.
«Soyuq müharibə dövründə ideoloji qarşıdurma özü
təzyiqgöstərici əhəmiyyət kəsb edirdi. Burada söhbət bu və ya
digər dövlətdə sosializmi və ya kapitalizmi məhv etməkdən
gedirdi.
Xarici siyasətin ideologiyalaşdırılması qarşılıqlı
şübhələnməyə, etibar etməməyə, düşmənçiliyə, əks tərəfə qarşı
psixoloci və təbliğat divarı və pərdəsi təşkil etməyə gətirib
çıxarırdı. Geosiyasi planda dünya iki qütbə bölünmüşdü.
XX əsrin II yarısında müstəmləkələrin ləğvi
prosesinin başa çatması. İkinci dünya müharibəsi Avropanın
dünyanın mərkəzi olması fikrinə son qoydu, vahid dünya
birliyinin bütün planet miqyasında vacibliyini göstərdi.
Müstəmləkə sistemi dağılmağa və onlarla yeni dövlətlər
yaranmağa başladı.
395
XX əsrin 40-cı illərinin əvvəllərində Suriya və Livan
müstəqil oldular. 1947-ci ildə İngiltərə Hindistanı dini
əlamətlərə görə Hindistan və Pakistana bölərək onlara
dominion hüququ verdi. XX əsrin 50-60-cı illərində Əlcəzair,
Tunis, Mərakeş fransızlardan, 50-70-ci illərdə Ədən, Küveyt,
Bəhreyn ərəb knyazlıqları ingilislərdən müstəqillik aldılar.
1960-cı il tarixə «Afrika ili» kimi daxil oldu. İngiltərə, İtaliya,
Fransa və Belçikanın müstəmləkəsi olan 17 dövlət həmin ildə
suverenliyə nail oldu. 1973-1975-ci illərdə keçmiş Portuqaliya
müstəmləkələri də azadlıq qazandılar. 1989-cu ildə isə
Afrikada yeganə müstəmləkə kimi hələ də qalan Namibiya
siyasi müstəqillik əldə etdi. 1997-ci ildə Honkonq İngiltərənin,
1999-cu ildə Asiyada Çinin şərqində yerləşən Makao
müstəmləkəsi Portuqaliyanın tabeliyindən çıxdı və yenidən
Çinə qaytarıldı.
Müstəqillik qazanmış dövlətlər beynəlxalq birliyin tam
hüquqlu üzvü oldular.
Şərqin müstəmləkə sistemindən azad olmuş ölkələrini üç
qrupa – kapitalist ölkələri, Avropa qitəsində olmayan digər
sosialist ölkələri, sosialist istiqamətli ölkələr qrupuna bölmək
olardı.
XX əsrin 60-70-ci illərində sosialist istiqamətli ölkələrdə
inqilabi-demokratik partiyalar yarandı ki, onlar da ölkədə
sosialist xarakterli dərin sosial-iqtisadi islahatlar həyata
keçirdilər.
Üç dünyanın təşkili. Beləliklə, XX əsrin ortalarında
dünya birliyi iqtisadi inkişaf səviyyəsi, həyat tərzi,
dünyagörüşü cəhətdən fərqlənən üç müxtəlif dünyaya bölündü.
Bunlardan biri Avropa və Şimali Amerikanın inkişaf etmiş
kapitalist ölkələri, Yaponiya və Asiyanın bir neçə kapitalist
ölkəsi idi ki, onlar iqtisadi inkişafda yüksək nailiyyətlər
qazanmışdılar. Bu əsas ölkələr dünyanın «mərkəzi» hesab
olunurdular. SSRİ daxil olmaqla sosialist ölkələri ikinci
dünyaya aid edilirdi.
396
Üçüncü qrupa isə Asiya, Afrikanın yenicə müstəqillik
qazanmış ölkələri və Latın Amerikası ölkələri daxil idi. Bu
ölkələr iqtisadi və sosial sahələrdə inkişaf etmiş ölkələrdən
xeyli geridə idilər. Ona görə də bu ölkələrin qarşısında duran
birinci dərəcəli vəzifə iqtisadi müstəqilliyə nail olmaq idi.
Bunun üçün isə geriliyi aradan qaldırmaq və xalq təsərrüfatını
sürətli xəttə keçirmək vacib idi. Çünki iqtisadi müstəqillik
ancaq siyasi müstəqilliyi möhkəmləndirə bilərdi. Bu ölkələrə
həm inkişaf etmiş kapitalist, həm də SSRİ başda olmaqla
sosialist ölkələrinin maliyyə və iqtisadi kömək etmələri onların
öz maraqlarından irəli gəlirdi.
İnkişaf etmiş kapitalist ölkələri XX əsrin 70-ci illərinin
sonu 80-ci illərin əvvəllərində müasir dünyanın
4
1
hissəsini,
sosialist ölkələri 37 %-ni (16 ölkə, 1,7 milrd əhali), üçüncü
dünya ölkələri isə 38 %-ni əhatə edirdi.
2. Siyasi inkişafın xüsusiyyətləri
Sosial-demokratlar demokratik islahatların
təşəbbüsçüsüdürlər
İkinci dünya müharibəsindən sonra inkişaf etmiş zonanın
sosial-siyasi formalaşması, hər şeydən əvvəl cəmiyyətin
həyatının müxtəlif sahələrində dövlətin rolunun daha da
artması əlaməti altında gedirdi. Bu isə xeyli dərəcədə onunla
müəyyən olunurdu ki, başlıca sosial-siyasi qüvvələr bu və ya
digər formada keynsiançılıq və ümumi rifah (firavanlıq) dövləti
prinsiplərini qəbul edirdilər.
Qərbi Avropada sosial islahatların başlıca təşəbbüsçüləri
sosial-demokratlar oldular. Bu islahatlar içərisində
iqtisadiyyatın bir sıra sahələrinin milliləşdirilməsi, sosial
proqramların genişləndirilməsi, iş vaxtının qısaldılması və s.
göstərmək olar. Bu islahatların keçirilməsinə təkan verən əsas
397
amil isə güclü iqtisadi inkişaf idi. Məhz güclü iqtisadi inkişaf
firavanlıq dövlətinin yaranması və möhkəmlənməsi üçün şərait
yaratdı.
İkinci Dünya müharibəsindən sonra Almaniyada
faşizmin, SSRİ-də bolşevizmin təcrübəsindən ibrət dərsi alan
sosial demokratlar real siyasətə keçdilər. Onlar marksizmdən
uzaqlaşaraq hüququ dövlətin daimi qiymətliliyini tanımalı
oldular. 1951-ci ildə təşkil edilən və 42 sosialist və sosialist-
demokrat partiyasını birləşdirən Sosialist İnternasionalının
qəbul etdiyi Frankfurt bəyannaməsində demokratik sosializmin
başlıca dəyərləri öz əksini tapmışdır. Bu bəyannamədə
Avstriya Sosialist partiyasının 1958-ci ildə qəbul etdiyi
proqramında və Almaniya sosial-demokrat partiyasının 1959-
cu il Hodesberq proqramında irəli sürülən başlıca
müddəalardan, məsələn, proletariat diktaruası, sinfi mübarizə,
xüsusi mülkiyyət, istehsal vasitələrinin ictimailəşdirilməsi və s-
dən ibarət müddəalardan imtina edilmişdi. 80-ci illərin sonuna
qədər sosial-demokratların bütün milli dəstələri bu yolu qəbul
etdilər.
Liberalizm və mühafizəkarlıq. İkinci dünya
müharibəsindən sonra bir sıra səbəblər üzündən liberal
Dostları ilə paylaş: |