Microsoft Word s?may?kitab?sas doc


partiyası, 1951-ci ilin noyabrında təşkil edilmiş Avstriya sosi-



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə53/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası, 1951-ci ilin noyabrında təşkil edilmiş Avstriya sosi-
alist fəhlə partiyası ilə birlkdə 228 min səs aldı. Yeni hökumətə 
AXP-nin nümayəndəsi Yulius Raab başçılıq etdi. Bu höku-
mətin fəaliyyəti ölkədə heç bir dəyişikliyə səbəb olmadı. 
Avstriyada fəhlə və demokratik hərəkatın vəziyyəti 
mürəkkəb idi. Bunu ilk növbədə qərb və şərq işğal zonalarında 
şəraitin müxtəlifliyi, xırda burjua ideologiysının təsiri, 
nasizmin qalıqları və s. ilə izah etmək olardı. 50-ci illərin 
əvvəllərində ölkədə tətillər artdı. Təkcə 1950-ci ilin avqust-
sentyabr aylarında 90 iri müəssisənin fəhlələri əmək haqqının 
artırılmsı tələbi ilə çıxış etdilər. Ölkədə sülh uğrunda, müharibə 
əleyhinə hərəkat da gücləndi. 1950-ci ilin iyununda Vyanada 
sülh tərəfdarlarının I Ümumdünya konqresi keçirildi. Atom 
silahının qadağan edilməsi haqqında Stokholm bəyannaməsinə 
bir milyon avstriyalı da öz imzasını qoydu. 870 min adam isə 
böyük dövlətlər arasında sülh paktının bağlanması haqqındakı 
müraciətə qol çəkdi. 1952-ci ilin dekabrında Vyanada xalqların 
sülhü müdafiə Konqresinin keçirilməsi mühüm hadisə idi. 
Fəhlə və demokratik hərəkatın təsiri altında 1952-ci ildə 
parlament aylıq pensiyalara əlavələr və əmək haqqından 


313
tutulan vergilərin azaldılması haqqında qanun qəbul etdi. 
Denasifikasiya prosesi həyata keçirillməyə başladı. 
Avstriya ilə Dövlət müqaviləsi. Müharibə qurtardıqdan 
dərhal sonra SSRİ Avstriya ilə Dövlət müqaviləsinin 
bağlanması təklifi ilə çıxış etdi. Bu problemlə əlaqədar Qərb 
dövlətləri ilə kəskin mübarizə başlandı. 1945-ci ilin iyul-
avqustunda keçirilən Potsdam konfransında SSRİ, ABŞ və 
İngiltərə Avstriyadan təzminat almaqdan imtina etdiklərini 
bildirdilər. 1947-ci ildə Moskvada keçirilən xarici işlər 
nazirlərinin konqresində Avstriyanın alman imperializmindən 
təhlükəsizliyini müdafiə etməyə yönəldilmiş məsələdə tərəflər 
razılığa gəlidlər. 1949-cu ildə Parisdə xarici işlər nazirləri 
Avstriyadakı keçmiş alman aktivlərini SSRİ-yə vermək haq-
qında qərarı bəyəndilər. Bununla belə, Avstriya ilə Dövlət 
müqaviləsi bağlanmasına keçmiş müttəfiqlər arasında «qarışıq 
şəxslər», Avstriyanın silahlanmaya buraxılmaması, BMT-də 
yeri, onün müharibədən əvvəlki və müharibədən sonrakı borcu 
haqqında məsələlərdə razılığa gəlinməməsi mane olurdu. 
1954-cü ilin əvvəllərində Berlində keçirilən xarici işlər 
nazirlərinin müşavirəsində Avstriya nümayəndələri bəyan 
etdilər ki, Avstriya hərbi bloklara qoşulmayacaq və öz 
ərazisində xarici dövlətlərin hərbi bazalarının təşkilinə icazə 
verməyəcəklər. 1955-ci ilin martında Avstriyanın bütövlüyü və 
müstəqilliyi uğrunda mübarizə aparan Xalq konqresi təşkil 
edildi. 1955-ci ilin aprelində Moskvada aparılan Sovet-
Avstriya danışıqları nəticəsində Avstriyanın bitərəf qalacağı 
öhdəliyini üzərinə götürməsi haqqında memorandum nəşr 
edildi. 
1955-ci ilin may ayının 15-də Vyananın Belveder 
sarayında bitərəf, müstəqil və demokratik Avstriya haqqında 
Dövlət müqaviləsi imzalandı. 1955-ci ilin iyulunda o qüvvəyə 
mindi. Müqavilə Avstriyada işğal rejiminə son qoydu, onun 
təhlükəsizliyini və milli suverenliyini təmin etdi, iqtisadi və 
siyasi anşlüsü qadağan etdi. Dövlət müqaviləsinə görə Avstriya 


314
əhalinin demokratik hüquqlarını gözləməli idi. Millətçi 
təşkilatlar ləğv edilirdi. Habsburqların ölkəyə buraxılmaması 
haqqında qanun qüvvədə qaldı. Avstriya təzminatdan azad 
edildi. Avstriyada SSRİ-yə məxsus olan kemiş alman aktivləri 
yenə də ölkədə qaldı. SSRİ isə bunun əvəzində Avstriyadan 
kompensasiya aldı. Bununla əlaqədar Avstriya SSRİ-yə 6 il 
müddətinə 150 milyon dollar dəyərində olan 419 müəssisə 
verməli idi. Digər iqtisadi və mülki məsələlər də həll edildi. 
1955-ci ilin sentyabrında SSRİ, ABŞ, İngiltərə və Fransa 
öz qoşunlarını Avstriyadakı işğal zonalarından çıxartdılar.
1955-ci ilin oktyabrında ölkə parlamenti Avstriyanın 
daimi bitərəfliyi haqqında Konstitusiya qanununu bəyəndi. 
Avstriyanın bitərəfliyi statusu dörd böyük dövlət tərəfindən 
rəsmən tanındı. 1955-ci ilin dekabrın 14-də Avstriya Millətlər 
Cəmiyyətinə daxil oldu. Avstriyanın tarixində yeni mərhələ 
başlandı. 
AXP ilə ASP-nin əməkdaşlığı (1956-1965-ci illər). 
Avstriya suveren və bitərəf dövlət statusunu aldıqdan sonra 
1956-cı illin may ayının 13-də növbədənkənar parlament 
seçkiləri keçirildi. Ən çox səsi AXP və ASP topladı. 
Koalisiyalı hökumət təşkil edildi. Yulius Raab yenə Avs-
triyanın kansleri oldu. 1957-ci ilin mayında T.Kernerin ölümü 
ilə əlaqədar olaraq ölkə prezidenti ASP-nin sədri Adolf Şerf 
seçildi. AXP və ASP əməkdaşlığı saxladılar. 
İqtisadi inkişaf yüksələn xətlə getməyə başladı. İstehsal 
edilən sənaye məhsullarının sayı 92-dən 151-ə çatdı. Ölkədə 
elmi-texniki inqilabın nailiyyətlərindən istifadə edilməyə 
başlandı. Neft və qaz çıxarılması artdı, kimya, maşınqayırma, 
elektronika sənayesi inkişaf etdi. Avstriya yüksək səviyyədə 
inkişaf etmiş sənaye-aqrar dövlətinə çevrildi. «Alşine-
Montan», «Şyöller-Blekman», «Fyöst», «Şteyer-Deymler-Pux» 
kimi iri inhisar birlikləri yarandı.
Kənd təsərrüfatında hakim mövqeyi iri xüsusi torpaq 
sahibliyi tuturdu. 100 ha-dan çox torpağı olanlar bütün 


315
təsərrüfatların 1,4 %-ni təşkil edirdi, lakin onlar kənd 
təsərrüfatı və meşə gəlirlərinin 45,6%-nin sahibi idilər. 
Dövlət-inhisarçı kapitalizmi əhəmiyyətli dərəcədə inkişaf 
etdi. Üç dövlət bankının əlində bütün kredit əməliyyatlarının 
66%-i və ölkə depozit və əmanətlərinin 99%-i cəmlənmişdi. 
Dövlətin əlində polad istehsalının 99%-i, kömür çıxarılmasının 
98%-i, elektrosənayenin 98%-i, neft çıxarılmasının 91%-i, 
elektroenergetikanın 80%-i, bütövlükdə ölkənin sənaye 
istehsalının üçdə biri toplanmışdı. Milliləşdirilmiş bölmədə 150 
min adam çalışırdı ki, bu da sənayedə işləyən adamların ¼-ni 
təşkil edirdi. 
Avstriya AİB ölkələri, xüsusilə AFR-lə xarici ticarət 
dövriyyəsində fəal iştirak edirdi. 1963-cü ildə Avstriyanın 
ixracının 27%-i, idxalının isə 41%-i AFR-lə bağlı idi. 
Siyasi həyatda Dövlət müqaviləsindən narazı olan 
qüvvələrlə demokratik qüvvələr arasında mübarizə gedirdi. 
Mühafizəkar qüvvələrin təzyiqi altında Avstriya Avropa 
Şurasına daxil oldu ki, bu da Dövlət müqaviləsinə zidd idi. 
Ölkədə Ümumdünya həmkarlar ittifaqı federasiyasının 
fəaliyyəti qadağan edildi. Avstriya parlamenti SSRİ və digər 
sosialist ölkələri ilə ticarətə məhdudiyyətlər qoydu. Lakin 
tezliklə bu məhdudiyyət götürüldü. Bundan başqa bir sıra 
sosialist ölkələri ilə Avstriya diplomatik münasibətlər yaratdı. 
50-ci illərin sonunda hökumət koaliisiyası daxilində 
münasibətlər kəskinləşdi. ASP-nin mövqeyi ilə 
hesablaşmayaraq AXP-nin liderləri ölkənin neft sənayesinin 
müəyyən hissəsini ingilis-amerikan kompaniyalarına verməyə 
nail oldular. 1961-ci ilin aprelində sağ qüvvələrin təzyiqi 
altında J.Raab istefa verməyə məcbur oldu. Yeni kansler 
Alfons Qorbax oldu. 1964-cü ilin aprelində isə onu AXP-nin 
sağ qanadına mənsub olan Jozef Klaus əvəz etdi. AXP-nin 
liderləri sosialistləri hökumətdən sıxışdırıb çıxartmağa 
çalışırdılar. 1962-ci ilin sonundan Avstriyada hökumət böhranı 
başlandı. 


316
1965-ci ilin mayında A.Şerfin ölümü ilə əlaqədar 
keçirilən prezident seçkilərində ASP-nin nümayəndəsi F.İonas 
qələbə çaldı. 1965-ci ilin sentyabrında xalqçılar və sosialistlər 
arasındakı fikir müxtəlifliyi növbəti il üçün büdcə məsələsində 
yenidən kəskinləşdi. 1965-ci ilin oktyarın 23-də AXP-nin 
liderləri hökumətin istefasını tələb etdilər. 1966-cı ilin mayında 
keçirilən parlament seçkilərində AXP 48,35%, ASP isə 42,56% 
səs aldı. Kommunistlər parlamentə bir deputat da keçirə 
bilmədilər. Parlament seçkilərindən sonra AXP birpartiyalı 
hökumət təşkil etdi. Bununla da, AXP və ASP-nin 20 illik 
hökumət koalisiyası başa çatmış oldu. 
J.Klausun (AXP) hökuməti hakimiyyətdə. 1966-1970-
ci illərdə Klaus başda olmaqla AXP-nin birpartiyalı hökuməti 
Avstriyada hakimiyyətdə oldu. 1967-1968-ci illərdə 
iqtisadiyyatda inkişaf tempi aşağı düşdü, büdcə kəsiri artdı, 
qiymətlər qalxdı. 60-cı illərin ikinci yarısında Avstriyanın 
xarici borcları 3 dəfə artaraq 4.4 mlrd.şillinqdən 14.3 mlrd. 
şillinqə çatdı. 1968-ci ilin ikinci yarısından yenidən iqtisadi 
yüksəliş başlandı. 
AXP hökuməti daxili siyasətində xüsusi kapitalın 
mövqeyini möhkəmlətməyə, milliləşdirilmiş müəssisələri 
yenidən özəlləşdirməyə çalışırdı. 1969-cu ilin oktyabrında 
xalqçılar parlamentdən milliləşdirilmiş sənayeni idarə etmək 
üzrə səhmdar cəmiyyətlərinin təşkil edilməsi haqqında qanunu 
keçirə bildilər. Bu cəmiyyət milliləşdirilmiş müəssisələrin 
səhmlərinin 49%-ni xüsusi şəxslərə satmaq hüququ oldu. Qərbi 
Almaniya konsernləri keçmiş alman aktivlərini özlərinə 
qaytarmağı bacardılar. 
Klaus hökuməti ictimaiyyət içərisində öz inhisarını 
gücləndirmək məqsədilə radio və televiziyanın idarəsinin 
islahatını keçirdi. Millətçi, monarxist təşkilatlar canlandı.
Ölkənin xarici siyasəti isə əvvəlki kimi Qərbə istiqamət-
lənmişdi. Bununla birlikdə o, bitərəfliyini saxlamaqda davam 


317
edirdi. 1968-ci ildə iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə 
Sovet-Avstriya komitəsi təşkil edildi. 
Avstriya XX əsrin 70-ci illərində. 70-ci illərin birinci 
yarısında ölkədə iqtisadi inkişaf yüksək sürətlə inkişaf edirdi. 
Maşınqnayırma, metallurgiya, elektrotexnika, kimya və 
sellüloz – kağız sənayesinin məhsulları istehsalının həcmi artdı. 
Avtsriyada elektrik enerjisi ehtiyatlarının inkişafına xüsusi 
diqqət yetirilirdi. 1970-ci ilin payızında Andriya (Şimali 
İtaliya) – Vyana neft kəməri çəkilməyə başlandı. Astriya 
hökuməti investisiya siyasətinə xüsusi əhəmiyyət verirdi. 
1974-1975-ci illərdə dünya iqtisadi böhranı Avstriyaya 
da təsir etdi. Topdansatış milli məhsulun artımı zəiflədi. 
Sənayeyə kapital qoyuluşu 1973-cü illə müqayisədə 1974-cü 
ildə 8-13% aşağı düşdü. Büdcə kəsiri 1973-cü ildə 9 milyard 
şillinq olduğu halda, 1974-cü ildə 18 mlrd. şillinq oldu. 1976-cı 
ildə Avstriyada yenidən iqtisadi yüksəliş başlandı. 
1970-ci ilin martında keçirilən parlament seçkilərindən 
sonra ASP-nin lideri B.Krayskinin başçılığı altında Avstriyanın 
tarixində ilk dəfə sosialistlərin birpartiyalı hökuməti təşkil 
edildi. Lakin qiymət və vergidə heç bir dəyişiklik edilmədi. 
1970-ci ilin noyabrında keçirilən seçki islahatı nəticəsində 
Milli Sovetin üzvlərinin sayı 183-ə çatdırıldı. Seçki dairələrinin 
sayı ixtisar edildi, 5%-li seçki baryeri ləğv edildi. 1971-ci ilin 
aprelində prezident vəzifəsini yenə sosialist İonas tutdu. Bu-
nunla da, dövlət hakimiyyətinin mühüm sahələri sosialistlərin 
əlində cəmlənmiş oldu. 1974-cü ildə F.İonasın ölümündən 
sonra prezident yenə sosialistlərdən R.Kirxşleger seçildi. 1975-
ci ilin oktyabrında keçirilən parlament seçkiləri sosialistlərə 
yenə də uğur gətirdi. Yenə də hökumətə B.Krayski rəhbərlik 
etməyə başladı. Beynəlxalq şəraitin kəskinləşməsi ilə əlaqədar 
Avtsriyanın daxilində də mübarizə gücləndi. 1977-ci ildə 
B.Krayski istefaya getməli oldu. 1977-ci ilin sentyabrın 30-da 
Milli Sovet Avstriya hərbi materiallarının və nəqliyyatlarının 


318
onun ərazisindən kənarda dəqiq miqdarda alınması və satılması 
haqqında qanun qəbul etdi. 
Xarici siyasətdə AİB-lə Avstriyanın yaxınlaşmasına 
xüsusi əhəmiyyət verilirdi. SSRİ və sosialist ölkələri ilə də mü-
nasibətlər normal məcrada inkişaf edirdi. 1975-ci ildə Helsinki 
müşavirəsində Avstriya iştirak etdi və müşavirənin Yekun 
aktına qol çəkdi. Ərəb-İsrail münaqişəsində Avstriya realist 
mövqe tutduğunu nümayiş etdirdi. 
Avstriya XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəl-
lərində Avstriyanın iqtisadi inkişafında durğunluq başlandı. İş-
güzar fəallıq azaldı. Xarici ticarət balansının kəsiri artdı. 
Qiymətlər və vergilər artırıldı. 1986-cı ildə işsizlərin sayı 206 
minə çatdı. Bu isə işləyən əhalinin 7.1%-ni təşkil edirdi. Bu 
son 30 ildə Avstriyada ən böyük rəqəm idi. 
Siyasi həyatda ASP ilə AXP arasında rəqabət gücləndi. 
1980-ci ilin mayın 18-dəki prezident seçkilərində ASP-nin 
namizədi R.Kirxşleger prezident seçildi. 1983-cü ilin aprelin 
24-də Milli sovetə sosialistlərdən F.Linovas başsılıq etməyə 
başladı. 
80-c illərin ortalarında Avstriyanın siyasi dairələrində 
şərait kəskin şəkil aldı. Bu ölkədəki sosial-iqtisadi çətinliklərlə 
əlaqədar idi. 1986-cı ilin iyulunda prezident seçkiləri kəskin 
mübarizə şəraitində keçdi. K.Valdhaym prezident seçildi. 
Kansler isə F.Vranitski oldu. Onların hər ikisi ASP-nin 
nümayəndələri idi. Avstriya azadlıq partiyası (AAP) ilə ASP 
arasında 1983-cü ildən yaranmış əməkdaşlıq AAP-nin 
millətçiik mövqeini tutmasına görə 1986-cı ildə pozuldu. 
1986-cı ilin noyabrın 23-də keçirilən növbədənkənar 
parlament seçkilərində ASP yenə də çoxluq qazandı və 
Vranitski yenidən baş nazir oldu.
80-ci illərdə Avstriya xarici siyasətdə bitərəfliyini 
saxlayırdı. Qərbi Avropa ölkələrindən birinci dəfə olaraq o, 
1980-ci ilin martında FAT-ı rəsmən tanıdıını bildirdi. 


319
90-cı illərdə də Avstriyanın iqtisadi inkişafı yüksələn 
xətlə getdi. Xarici siyasətdə isə o əvvəlki xəttini davam etdirdi. 
1996-cı illin parlament seçkiləri yenə də sosialistlərə uğur 
gətirdi. Vranitski kansler vəzifəsində qaldı. Ölkəyə koalisiyalı 
hökumət rəhbərlik etməyə başladı. 1997-ci ildə keçirilən 
növbədənkənar parlment seçkilərindən sonra V.Klimin 
başçılığı altında təşkil edilən koalisiyalı hökumət daxildə və 
xaricdə bitərəflik statusu çərçivəsində siyasət yeritməklə 
fəaliyyətini davam etdirirdi. 


320
XI.ŞİMALİ AVROPA DÖVLƏTLƏRİ 
Norveç 
Norveç Ikinci Dünya müharibəsindən sonrakı ilk
illərdə 
1945-ci ilin mayın 8-də Norveçdə faşıst qoşunları
təslim oldular. Norveç burjaziyasının hərbiləşdirilmiş 
təşkilatı olan “Milorq” ölkədə siyasi vəziyyətə nəzarət
etməyə başladı. Müharibədə ölkə on min adam itirdi ki, 
onlardan 6 mini silahlı qüvvələrdə, donanmada xidmət
edirdi. Maddi itki də çox oldu. O, özünün ticarət
donanmasının yarısından məhrum oldu. Ölkəyə 21 milyard
kron zərər dəydi. O, milli sərvətinin 3,1-ni itirdi. Xüsusilə
Şimali Norveç çox əzab çəkmiş oldu. 
“Milorq” ölkəyə 5 gün nəzarət etdi. Mayın 13-də
Vətən cəbhəsinin və Londondakı mühacir hökumətinin
üzvlərindən ibarət Müvəqqəti hökumət təşkil edildi. 1945-ci
ilin mayın 31-dən iyunun 7-nə qədər hakimiyyətdə 
Nyuqorsvalın mühacir hökuməti oldu. Sonra o, hakimiyyəti
Norveç fəhlə partiyasının rəhbəri Qerxerdsenin başçılığı ilə 
koalision hökumətə verdi. Onun tərkibinə 6 sosial-
demokrat, 6 burjua partiyasının nümayəndəsi, 2 kommunist
daxil oldu.
Norveç fəhlə partiyası müharibə illərində müqavimət
hərəkatında iştirak etmiş və əhalinin müxtəlif təbəqələri
içərisində böyük nüfuz qazanmışdır.
1945-ci ilin sentyabrın 8-də stortinqə keçirilən
seçkilərdən sonra Qerxerdsen birpartiyalı hökumət təşkil
etdi. Bu partiya stortinqdəki 150 yerdən 76 yeri tutdu. 
Qerxerdsen 1963-cü ilə qədər baş nazir vəzifəsində qaldı. 
Fəhlə partiyasının hökuməti “Ümumi proqram”la çıxış
edərək partiyalararası əlaqə yaratdı. Proqramda demokratik
azadlıqlar, əmək hüququ, “iqtisadi demokratiya”, zəhmətkeş-


321
lərin istehsalın idarə edilməsində iştirakını təmin etmək
məsələləri irəli sürülmüşdür. Başlıca vəzifə ondan ibarət idi
ki, Norveç iqtisadiyyatı necə bərpa edilsin və gələcəkdə
daha da inkişaf etdirilsin. 
İxrac üçün işləyən sahələrə, gəmiçiliyə xüsusi fikir
verildi. Dövlətin nəzarəti altında ciddi ehtiyatlar yarandı, 
maliyyə, xarici ticarət, qiymətlər sabitləşdirildi. Kənd 
təsərrüfatı fəhlələri və dənizçilər üçün iş günü 8 saata
qədər ixtisar edildi. 
Sahibkarlarla fəhlələr arasındakı münasibətin dövlət
tərəfindən nizamlanması genişləndi. Dövlət inhisarçı 
kapitalizmi mühüm mövqe tutdu. 
Ticarət donanması, qara və əlvan elektrometallurgiya, 
elektrotexnika sənayesi geniş inkişaf etdi. 
1945-ci ilin mayından 1947-ci ilin martına qədər
Norveç Fəhlə Partiyası ilə Norveç Kommunist partiyası
vahid partiyada birləşmək haqqında danışıqlar apardı. Lakin
“Soyuq müharibə” və antikomunizm təbligatı buna mane
oldu. 1945-ci il seçkilərində kommunistlərdən stortinqə 11 
deputat seçildi.
Qerxerdsenin xarici siyasəti Qərb dövlətləri ilə 
əlaqələri inkişaf etdirməyə yönəldilmişdi. O, bloklara
qoşulmadı. Norveçin ABŞ-dan asılılığı artdı. 1948-ci ildə
Norveç “Marşal planı”na qoşuldu. 1949-cu ilin aprelində o, 
NATO-ya daxil oldu. 1947-ci ildən SSRİ ilə münasibətlər
pisləşdi. Norveç bir-birinə hücum etməmək haqqında sovet
təklifini rədd etdi. 
Norveç XX əsrin 50-60-cı illərində. Norveçin 
iqtisadiyyatı XX əsrin 50-60-cı illərində yüksək surətlə
inkişaf etməyə başladı. Ölkədə hidrostansiyaların, gəmiqayır-
manın inkişafı üçün böyük kapital qoyuldu.
1960-cı ildə Norveçin ticarət donanması müharibədən
əvvəlki illərə nisbətən 2 dəfə artdı. Norveç ABŞ və
İngiltərədən sonra özünün donanma tonnajına görə dünya-


322
da üçüncü yeri tutdu. Xarici ticarət dövriyyəsi artdı, balıq
konservi, sellüloz kağız, elektrometal, elektrotexnika ixracı
artdı. 
Norveçdə dövlət-inhisarçı kapitalizmi gücləndi. 
Ölkənin iqtisadiyyatında 91 ailə hömkranlıq edirdi. Bunlar
iri gəmi sahibləri, sənayeçilər, meşə maqnatları, iri vəkillər
və bankirlər idi. 
ABŞ və NATO-nun təzyiqi altında Norveç hərbi
xərcləri artırdı. Onun hərbi xərcləri 1955-ci ildə 1 milyard
kron, 1961-ci ildə 1,5 milyard kron oldu. 50-ci illərin
əvvəllərində ordunun sayı 270 minə çatdı, halbuki 1939-cu
ildə isə cəmi 10 min idi. Şimalda sovet sərhədinə yaxın
yerdə hərbi quruculuq genişləndi.
Norveçin siyasi həyatında Norveç fəhlə partiyası
(başçısı əvvəl Qerxerdsen, sonra Tori oldu) xüsusi nüfuza
malik idi. Müxalifətdə dayanan mühafizəkarlar partiyasının
liderləri hökumətin daxili siyasətinə qarşı çıxdı. Müxalifət 
«Hökumətin sahibkarların fəaliyyətinə qarışması haqqında»
qanunun 1952-ci ildə qəbul edilməsinə qarşı çıxsa da, bu 
qanun qəbul edildi, hökumət bir sıra mütərəqqi tədbirləri 
həyata keçirməyə müvəffəq oldu. 
1953-cü ildə seçki dairələri sistemi dəyişdirildi və
stortinqə kənd seçki dairələrindən deputatların üçdə ikisini
seçmək hüququ ləğv edildi. Bu qanun bu və ya digər
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin