partiyaları da öz sıralarını yenidən qurdular. İtaliya kommunist
partiyası kapitalist ölkələri içərisində ən çoxsaylı və nüfuzlu bir
partiya idi. 1945-ci ildə onun üzvlərinin sayı 1,7 milyon nəfər
idi. Rəhbəri isə «mütərəqqi demokratiya» şüarını irəli sürən
Palmiro Tolyatti idi.
İtaliya sosialist partiyası da kütlələr içərisində rəğbət
qazanmışdı. Onun üzvlərinin sayı 7.00 min nəfər idi. İtaliya
sosialist partiyasına Petro Nenni başçılıq edirdi. İtaliya sosialist
partiyası ilə İtaliya kommunist partiyası arasında 1934, 1937-ci
illərdə birgə hərəkat haqqında bağlanan saziş 1946-cı ildə
yenidən təkrar edildi.
Müharibə dövründə, yəni 1942-ci ildə yaranmış
partiyalardan biri də demokratik istiqamətdə olan İtaliya
hərəkat partiyası idi. Onun sosial bazasını ziyalılar və xırda
burjuaziya təşkil edirdi. Onun lideri F.Parre idi.
İtaliyada 1947-ci ildə faşistpərəst İtaliya sosial hərəkat
partiyası da yaranıb fəaliyyət göstərməyə başladı.
Avropada müharibə qurtardıqdan sonra İtaliyanın
şimalında milli-azadlıq komitələri, cənubu və mərkəzində isə
amerikanların rəhbərlik etdiyi inzibati idarə hökm sürürdü.
1945-ci ilin iyunun 21-də Hərəkat partiyasının rəhbəri
Parrinin başçılığı altında İtaliyada müvəqqəti hökumət təşkil
edildi. Onun tərkibinə xristian-demokratlar, kommunistlər,
sosialistlər daxil oldular. Bir sıra, o cümlədən, aqrar sahədə
zəhmətkeşlərin mənafeyini müdafiə edən dəyişiklər edildi.
Mülkədarların becərmədikləri torpaqlar əllərindən alınaraq
kəndlilərə verildi. Mütəhərrik, yəni qiymətlərin qalxmasına
uyğun olaraq əmək haqqlarının qalxması şkalası tətbiq edildi.
Sahibkarlara qəti tapşırıq verildi ki, həmkarlar ittifaqının
icazəsi olmadan heç kəs işdən kənarlaşdırılmasınlar.
Müəssisələrdə müdriyyətin fəaliyyətinə nəzarət etmək üçün
fəhlə şuraları yaradıldı.
204
1945-ci ilin dekabrında başda de Qasperi (XDP) olmaqla
yeni koalisiyalı hökumət təşkil edildi. 1946-cı ilin əvvəllərində
yerli hakimiyyət orqanlarına seçkilər keçirildi. Bu seçkilərdə
xristian-demokratlar 40% səs qazanmaqla öz sosial bazalarını
möhkəmlətmiş oldular. Sol partiyalar hamısı birlikdə səslərin
50%-ni topladılar. Bununla da, milli-azadlıq komitələrinin
fəaliyyəti dayandırıldı. Lakin demokratik dəyişikliklər prosesi
xeyli yavaş gedirdi. Bu dövrdə İtaliya monarxiya idi. Burada
Savoyya sülaləsi hökmranlıq sürürdü. Lakin xalq 1922-ci ildə
İtaliyada hakimiyyəti faşistlərə vermiş monarxiyadan narazı
idi.
İtaliyanın respublika elan edilməsi. İtaliya
müharibədən sonrakı ilk illərdə (1945-1950-ci illər).
İtaliyanın qarşısında duran əsas siyasi məsələ onun dövlət
quruluşu məsələsi idi. Müəssislər məclisinə seçkilərə hazırlıqla
əlaqədar olaraq siyasi partiyaların fəaliyyəti xeyli artdı.
Xristian-demokratlar partiyasının (XDP) 1946-cı ilin aprelində
olan I qurultayı ölkədə respublika quruluşunu bəyəndi. Bütün
mütərəqqi qüvvələr İtaliyanın respublika elan edilməsini
istəyirdilər. Katolik kilsəsinin yüksək iyerarxları, habelə
xristian demokratların bir hissəsi seçiciləri başda kralın oğlu
olmaqla monarxiyaya səs verməyə çağırdılar. 1946-cı ilin
iyunun 2-də ölkədə referendum - ümumi rəy sorğusu
keçirilərkən 10,7 milyon adam monarxiyaya, 12,7 milyon adam
isə respublikaya səs verdi. Monarxiyaya səs verənlər əsasən
kilsənin iradəsini yerinə yetirən cənubun əhalisi idi. İtaliya
respublika oldu. Kral II Umberto ölkəni tərk etdi. 1946-cı ilin
iyunun 13-də keçirilən parlament seçkilərində Xristian-
demokratlar partiyası 8,1 milyon, sosialist partiyası 4,7 milyon,
kommunist partiyası isə 4,3 milyon səs aldı. Nəticədə Xristian
demokratların, sosialistlərin və kommunistlərin koalisiyalı
hökuməti təşkil edildi. Respublikanın birinci hökumətinə
Xristian-demokratların lideri Alçide de Qasperi başçılıq etdi.
205
İtaliyanın siyasi həyatının fərqləndirici cəhəti iki iri sol
Dostları ilə paylaş: |