159
Kaledoniyanın taleyi isə 1998-ci ildə keçirilən yerli
referendumla həll edilmiş oldu. Baskların tələbi ödənilmədi.
2000-ci il sentyabrın 24-də Şirakın təşəbbüsü ilə
prezidentin səlahiyyətlərinin 7 ildən 5 ilə endirilməsi haqqında
keçirilən referendumda iştirak edənlərin 73%-i hökumətin bu
təklifini bəyəndi.
2002-ci ilin yazında keçirilən prezident seçkilərində yenə
də J.Şirak qələbə çaldı. Həmin ildə keçirilən parlament
seçkilərində isə yenə də sosialistlər qələbə çaldılar. Lionel
Jospen yenə də baş nazir oldu. Daxili siyasətdə onlar yenə də
əvvəlki xətti davam etdirməyə başladılar.
Seçkilərin I turunda MC-nin lideri Le Penin J.Şiraka
yaxın səs toplaması fransız xalqını çox narahat etdi. II turda
xalq öz müdrikliyini nümayiş etdirdi.
J.Şirakı Jan Pyer Raffareni prezident seçkilərindən sonra
baş nazir təyin etdi. J.P.Raffaren hökuməti təhsil, sığorta,
səhiyyə və təqaüd təminatı sahəsində islahatlar keçirdi.
Hökumət dövlət qulluqçüları üçün minimum iş stajını artırdı.
Bu staj 37,5 ildən 40 ilə qaldırıldı. Məhkəmə, ordu və polis
sistemində də islahatlar aparıldı. Yerli orqanların hüquqları
genişləndirildi.
2002-ci ilin noyabr ayında Xalq hərəkatı uğrunda ititfaq
Dostları ilə paylaş: