Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə159/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   155   156   157   158   159   160   161   162   ...   166
 
Qoç bürcü 
 
Min doqquz yüz qırxıncı ildə,  
əjdəha ilində, 
qoç bürcündə, 
bahar fəslində 
doğulmuşam. 
Təbiətcə,  
xislətcə  
qoç olmuşam. 
Amma,  
qoç bürcündə doğulanların 
hamısı qoç deyil ki… 
Qoç olmaq  
Şahin Fazil 
 
 
224 
Çoxusundan ötüşüb, 
Mənim bəxtimə düşüb. 
Xislətim  
tez-tez özünü zahir edir… 
qoçluğum təzahür edir 
və alçaqlarla, 
yaltaqlarla, 
ağlı dayazlarla, 
qafiyəpərdazlarla 
gəlirəm kəllə-kəlləyə. 
Amma, buynuzlarım yoxdur, 
Amma, deyən var ki,  
içəridədir onlar. 
Qoy olsunlar,  
buynuzlarım  
içəridən möhkəmlədiblər beynimi, 
başımı başlara vururam 
qoç kimi. 
Buynuzlarım  
olmasaydılar əgər 
beynim dözməzdi bu qədər 
kəllə-kəlləyə, 
dağılardı bir anda – 
alçaqlarla, 
yaltaqlarla, 
ağlı dayazlarla, 
qafiyəpərdazlarla 
dalaşanda. 
Kimsənin önündə  
mümkün deyil 


  Йапонийа сяфярнамяси 
 
 
225 
müt’i-müt’i əyiləm, 
Qoçam,  
mən qoyun deyiləm! 
 
6.10.2000 
İkinci Divan, səh.620 
 
 Yaponiyadan adıma bir məktub gəldi. Xanım Ayumi 
Yanagiya  göndərmişdi.  Konverti  açdım.  İçərisində  bir 
məktub  və  bir  neçə  şəkil  vardı.  Mənim  Toyo  Bunkonun 
təşkilatçılığı  ilə  Tokioda  mühazirəmlə  bağlı  çəkilmiş 
şəkilllər. Məktub fars dilindədir və onun tərcüməsi belədir: 
 
«26 mart, 2009 
Hörmətli professor Şahin F.Fərzəliyev. 
Salam və ehtiram təqdim etməklə, arzu edirəm ki, Siz 
və  ailəniz  sağlam  və  şadimansınız.  Sizin  iltifat  kölgəniz 
altında mənim də vəziyyətim yaxşıdır və daim sizin mübarək 
vücudunuzun sağlam qalmasından ötrü dua edirəm. 
Fevral  ayında  sizin  buradakı  elmi  çıxışınız  bizim 
üçün  olduqca  faydalı  və  öyrədici  (amuzənde)  oldu.  Mənə 
unudulmaz təsir bağışladınız. Xeyli təşəkkür edirəm. Sizinlə 
birgə  çəkdirdiyimiz  bir  neçə  şəkli  göndərirəm.  Ümidvaram 
ki, xoşunuza gələcək. 
Xahiş  edirəm  ki,  əgər  məndən  asılı  hər  hansı  bir  iş 
xüsusnda  buyuruğunuz  olarsa  mənə  bildirin,  əmrinizin 
icrasını yerinə yetirməklə mənə iftixar bəxş edin. 
Ümid  edirəm  ki,  sizin  buraya  yenə  səfəriniz 
olacaqdır.  Sizi bir daha  görməklə, ey əziz dost, olduqca şad 
olaram. Qiymətli fəaliyyətinizdə müvəffəq və şadiman olun. 
 
Şahin Fazil 
 
 
226 
Sizin daimi minnətdarınıs və səmimi dostunuz 
Ayumi Yanagiya 
(imza) 
Dokumentation Center for İslamik Area Stadies, The 
Toyo Bunko 
(Oriental Library) 
Merino-Rikugien Building 5 F, 
1-3-1 Komagome, Toshima-ku, 
Tokyo, YAPAN». 
 
Yaponiyaya səfərimlə bağlı aldığım sonuncu  məktub 
bu  oldu.  Hörmətli  yaponlar,  sizlərlə  yeni  görüşlər 
arzusundayam. Sağ olun, salamat qalın. 
19.07.2011-21.08.2011 
Quba şəhəri. 
 
P.S.  Beləliklə,  adını  «Yaponiya  səfərnaməsi»  adlan-
dırdığım  kitabı  bitirdim.  Yazdıqlarımın  əsasını  Yaponiyada 
yazdığım qeydlərim təşkil etdi. 
Yaponiya,  var  ol!  Məhz  sənin  sayəndə  kitablarımın 
sayı bir vahid də artdı. 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin