İki qardaş var idi, biri şah sarayında xidmət edər, o, birisi isə öz
zəhmətilə çörək yeyərdi. Bir gün varlı qardaş yoxsul qardaşa
–Nə üçün şaha qulluq etmirsən ki, canını əziyyətdən qurtarasan?
Qardaşı dedi:
–Bəs sən nə üçün işləmirsən ki, qulluq fəlakətindən xilas olasan?
Ağıllı adamlar demişlər ki, kəmərə qızıl qılınc bağlayıb qul kimi
durmaqdansa, öz yavan çörəyini yeyib evdə oturmaq yaxşıdır.