İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də Qəbələ rayonunun ən qədim
yaşayış məntəqələrindən olan Nic qəsəbəsinə gəlir.
2300 illik tarixi olan bu qəsəbənin sakinləri dövlətimizin başçısı İlham Əliyevi və
xanımı Mehriban Əliyevanı böyük səmimiyyət və ehtiramla, gül-çiçəklə qarşılayırlar.
Prezident İlham Əliyevə məlumat verilir ki, Nicin 6,5 min nəfər əhalisi var, bunun 4
mindən çoxu udinlər, qalanı azərbaycanlılar və ləzgilərdir. Qəsəbədəki 5 orta məktəbin
3-də tədris rus dilində, 2-də isə Azərbaycan dilində aparılır. Nicdə qədim alban kilsəsi
və digər abidələr vardır. Respublika hökumətinin köməyi ilə burada tarix muzeyi və açıq
havada etnoqrafiya qoruğu yaradılacaqdır. Eçmiədzin (erməni) katolikosluğunun təkidi ilə
Peterburq Müqəddəs Sinodu 1836-cı ildə alban katolikosluğunu ləğv etdikdən sonra
udilərin dini fəaliyyətlə məşğul olmasına qadağan qoyulmuşdu. 2003-cü ildə Azərbaycan
Respublikasının Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi udilərin dini fəaliyyətinin bərpa
olunması barədə qərar vermişdir. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Nic məktəblərinin I-IV siniflərində udi dili də tədris
olunur. Udilər bunu ulu öndər Heydər Əliyevin xidməti kimi yüksək qiymətləndirirlər.
Prezident İlham Əliyev qəsəbə sakinləri qarşısında nitq söyləyir. “...Mən ilk dəfədir ki, Nicdəyəm. Çox eşitmişəm, bilirəm ki, Nicin çox böyük tarixi var, çox böyük mədəniyyəti var, nailiyyətləri var, tarixi irsi çox zəngindir. Ona görə bu gün çox xoşbəxtəm ki, özüm gəlmişəm sizin yanınıza, sizinlə birlikdəyəm. Görürəm ki, burada əhval-ruhiyyə də yaxşıdır, ab-hava da yaxşıdır. Bütövlükdə rayonda görülən işlər məni çox sevindirir. Rayon rəhbərliyi yaxşı işləyir, çalışır ki, bütün problemləri həll etsin. O cümlədən sizin də problemlərinizin həllində çox böyük işlər görür. Mən də çalışacağam ki, sizin problemlərinizi bundan sonra daha da sürətlə həll edək. Sizi narahat edən, sizə çətinlik yaradan, maneəçilik yaradan hansı məsələ varsa, indi mənə deyin ki, Bakıya qayıdanda bunların hamısını həll edim. Əgər bir sözünüz yoxdursa, onda sizin hamınıza uğurlar, can sağlığı arzulayıram. Arzu edirəm ki, həmişə olduğu kimi xoşbəxt yaşayaq, Azərbaycan inkişaf etsin” - deyən
cənab prezident sakinlərin problemlərini öz dilindən eşidir, lazımi tapşırıqlar verir.
İqtisadiyyatın artımı üçün dövlət tərəfindən görüləcək işləri sadalayan ölkə başçısı hər
bir vətəndaşın da məsuliyyətini xatırladır və bildirir ki, Azərbaycanın ən böyük
nailiyyətlərindən, sərvətlərindən biri də odur ki, bizim ölkəmizdə milli və dini baxımdan
həmişə mehribanlıq olub. “Bu zəmində heç vaxt ayrı-seçkilik, ziddiyyət olmayıbdır. Milli və dini dözümlülük bizim ölkəmizin inkişafında böyük töhfədir. Hamımız bilirik ki, heç də bütün ölkələrdə vəziyyət buna bənzər deyildir. Dünyada elə ölkələr var ki, orada yaşayan müxtəlif xalqlar bir-biri ilə yola getmir, müxtəlif dinlərin nümayəndələri ünsiyyətdə olmurlar. Onlar təcrid olunmuş vəziyyətdə yaşayırlar. Bu, həmin ölkələrin bəlası,
faciəsidir. Böyük xoşbəxtlikdir ki, Azərbaycanda yaşayan bütün xalqlar ölkəmizin bütün yerlərində özünü doğma evindəki kimi hiss edir. Bu, bizim nailiyyətimizdir. Biz bəlkə də buna öyrəşmişik, gündəlik həyatda buna fikir vermirik və düz də edirik ki, fikir vermirik. Çünki bu amil, bu problem Azərbaycanda yoxdur. Çünki Azərbaycanda yaşayan bütün xalqlar mənim qardaşlarımdır və Azərbaycan Respublikasının prezidenti kimi mən