Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə16/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   12   13   14   15   16   17   18   19   ...   80
həll olunsun, lakin bunun zamana da ehtiyacı vardır. Ancaq biz siyasi, iqtisadi istiqaməti 
düz seçmişik.  Əsas odur ki, bölgələr inkişaf etdirilir, onların problemləri həll olunur. 
Bölgələrin paytaxt Bakının səviyyəsinə çatdırılması üçün çox işlər görülməlidir”.  
Dindarlar Prezidentə bir daha təşəkkürlərini bildirirlər, ölkə-mizdə aparılan quruculuq 
işlərini yüksək qiymətləndirirlər... 
İlham Əliyev avqustun 18-də daha bir neçə yerə baş çəkir. Qəbələ şəhərinə çəkilmiş 
yeni içməli su xəttinin açılış mərasimində iştirak edir. Tikilməkdə olan konserv zavodu ilə 
tanış olur və müəssisənin inzibati binasının təməlinin qoyulması  mərasiminə qatılır. 
Həmçinin  İlham  Əliyev Qəbələdə “Gilan” yeyinti məhsulları istehsalı müəssisəsinin 
açılışını da edir. Bu müəssisə fındıq emalı və çörək zavodlarından ibarətdir... 
“Gilan” tikinti materialları istehsalı müəssisələri kompleksinə  gələn prezident İlham 
Əliyev burada iki qum-çınqıl zavodu və asfalt zavodu, tikilməkdə olan kərpic zavodu və 
yeni yaradılmış “Aqrotexservis”lə tanış olur, Belarusdan alınmış  kənd təsərrüfatı 
texnikasına baxır.  
Müəssisənin rəhbəri Tofiq Allahverdiyev bildirir ki, “Gilan” tikinti materialları 
istehsalı müəssisəsi 2004-cü ildə yaranıb. Kompleksə 4 zavod, 1 aqroservis xidməti 
daxildir. Qum-çınqıl zavodlarından birinin dəyəri 200 min ABŞ dolları, sutkalıq istehsal 


gücü 500 kubmetr, ikincisinin dəyəri 60 min ABŞ dolları, sutkalıq istehsal gücü 200 
kubmetrdir. Zavodlar iki növbədə işləyir, hər növbədə 50 nəfər çalışır.  
2005-ci ilin aprel ayında fəaliyyətə başlayan Asfalt zavodunun saatda 60 ton məhsul 
buraxmaq gücü var. Burada iki növbədə 30 nəfər işləyir.  
Kərpic zavodunda dəyəri 3 milyon ABŞ dolları olan avadanlıq quraşdırılır. Zavodun 
tikintisində 150 nəfər çalışır və yaxın vaxtlarda işə başlaması nəzərdə tutulur. Zavod ildə 
30 milyonadək kərpic buraxacaq və burada bir növbədə 70 nəfər çalışacaqdır.  
“Aqrotexservis”in 1 milyon ABŞ dolları  həcmində avadanlığı  və 30 ədəd kənd 
təsərrüfatı texnikası, habelə texniki yardım və  təmir emalatxanası var. Yaxın vaxtlarda 
texnikanın sayı 60-a çatdırılacaqdır. Fermerlərə  və torpaq sahiblərinə texniki xidmət 
göstərən “Aqrotexservis”də 60 nəfər çalışır. Mütəxəssislər hazırlayan kurslar da açılıb.  
Prezident  İlham  Əliyev istehsal sahələri ilə tanış olur, görülən işlərin 
genişləndirilməsinin vacibliyini bildirir. Sonra bu müəssisəyə iki ədəd “Belarus” markalı 
traktor hədiyyə edir. 
Prezident  İlham  Əliyev buraya toplaşan rayon sakinləri ilə  səmimi görüşüb söhbət 
edir, onların problemləri ilə maraqlanır,  şikayətlərini dinləyir və  məsələlərin həll 
olunacağını bildirir.. Sakinlər ümummilli lider Heydər  Əliyevin tarixi xidmətlərini 
xatırlayaraq, onun yolunu davam etdirdiyinə  və rayonlarda, bölgələrdə  əhalinin 
vəziyyətinin yaxşılaşdırılmasına görə Prezidentə minnətdarlıq edirlər. 
Avqustun 18-də Azərbaycan Prezidenti İlham  Əliyev Qəbələ Tarix-Diyarşünaslıq 
muzeyində olur və “Heydər Əliyev muzeyi”nin binasının tikintisinə baxır.  
Prezident İlham Əliyevə və Mehriban xanıma  məlumat verilir ki, Tarix-Diyarşünaslıq 
muzeyi və tikilməkdə olan “Heydər  Əliyev muzeyi” eyni ərazidə yerləşir. Tarix-
Diyarşünaslıq muzeyi 1980-ci ilin mayından fəaliyyət göstərir. 2004-cü ilin aprelindən 
yeni binaya köçüb. Fondda 12 mindən çox eksponat vardır. Bunların xeylisi nadir 
eksponatlardır. Muzey Qəbələnin 2500 illik tarixini əks etdirir. Burada ümummilli lider 
Heydər Əliyevin və Prezident İlham Əliyevin Qəbələyə səfərlərini əks etdirən fotoşəkillər 
də toplanıb. 
Muzeyin doqquz yüz kvadratmetrlik binası, bir hektar torpaq sahəsi, 13 ekspozisiya 
zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, qədim 
daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi meydançası var. 
Prezident  İlham  Əliyev Qafqaz Albaniyası dövrünə aid eksponatlarla tanış olur, 
bunların böyük əhəmiyyəti olduğunu, Azərbaycanın qədim tarixə malik olmasını sübut 
etdiyini vurğulayır.  
Azərbaycan Prezidenti “Heydər Əliyev muzeyi”nin binasının tikintisinə də baxır.  
Prezident  İlham  Əliyev Tarix-Diyarşünaslıq muzeyi ilə tanışlıqdan sonra xatirə 
kitabına ürək sözlərini yazır:  
“1980-ci illərin  əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 
yaradılmış  Qəbələ diyarşünaslıq muzeyi, şübhəsiz öz eksponatları ilə diyarın qədim 
tarixini  əks etdirir. Qəbələ Azərbaycanın qədim torpağıdır, eramızdan  əvvələ aid yazılı 
mənbələrdə  Qəbələnin adını  çəkirlər. Biz öz tarixi və  mədəni irsimizə böyük diqqətlə 
yanaşırıq. Biz öz qədim tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq 


ictimaiyyətə  təqdim etməliyik. Qəbələ diyarşünaslıq muzeyi bu vəzifələri uğurla yerinə 
yetirir. Qəbələlilərə öz dərin hörmət və məhəbbətimi bildirirəm”.  

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin