Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1814/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1810   1811   1812   1813   1814   1815   1816   1817   ...   1820
bərabər sayılır

Renta alan fiziki şəxslərdən biri öldükdə onun payının hüquqi taleyi müəyyən xüsusiyyətlərə malikdir. Belə 

ki, renta alanlardan birinin ölməsi payın ondan çox yaşayan renta alanlara keçməsinə səbəb olur (MM-in 877.3-

cü  maddəsi).  Məsələn,  ər  və  arvad  onların  ümumi  birgə  mülkiyyətində olan  yaşayış  mənzilini  ömürlük  renta 

müqaviləsi əsasında renta ödənilməsi üçün renta ödəyicisi olan hər hansı vətəndaşa verirlər. Ər ölür. Belə halda 

renta almaq hüququnda ərin payı ondan çox yaşayan arvadına keçir. 

Ölmüş renta alan fiziki şəxsin renta payını əldə edən sonuncu renta alan fiziki şəxsin həyatı da, şübhəsiz ki, 

ə

bədi  və  daimi  deyildir.  Sonuncu  renta  alan  şəxs  öldükdə  rentanı  ödəmək  öhdəliyinə  xitam  verilir  (MM-in 



877.3-cü maddəsi). Məsələn, bundan əvvəldə çəkdiyimiz yuxarıdakı misalda ölmüş ərin renta payını əldə edən 

arvad da öldükdə rentanı ödəmək öhdəliyi ləğv edilir. Ona görə ki, ömürlük renta şəxsi öhdəlikdir və renta ala-

nın ölümü ilə həmin öhdəlik xitam olunur. 

Renta alanlardan birinin ölməsi ilə renta almaq hüququnda payın ondan çox yaşayan renta alanlara keçməsi 

barədə qanunun göstərişi (MM-in 877.3-cü maddəsi) imperativ yox, dispozitiv xarakterə malikdir. Belə ki, bu 

məsələ barəsində ayrı qayda da nəzərdə tutula bilər. 

Bəzi hallarda bağlanan ömürlük renta müqaviləsi hər hansı bir hüquqi nəticə yaratmır. Bu cür müqavilə puç 

(əhəmiyyətsiz) hesab edildiyinə  görə onun etibarsızlığına səbəb olur. Həmin müqavilə puç  (mütləq etibarsız) 

ə

qd sayılır. Məsələn, müqavilənin bağlandığı məqamda sağ olmayan fiziki şəxsin xeyrinə ömürlük renta müəy-



yənləşdirən müqavilə hüquqi əhəmiyyətə malik deyil (MM-in 877-ci maddəsinin 4-cü bəndi). 

Müqavilənin ikinci tərəfi olan renta ödəyicisinə gəldikdə isə onu demək lazımdır ki, qanun onun subyekt 

tərkibi  barədə  hər  hansı  bir  məhdudiyyət  müəyyən  etmir.  Ona  görə  də  elə  hesab  edirik  ki,  ömürlük  renta 

ödəyicisi  kimi  müqavilənin  bağlanmasında  mülki  hüququn  bütün  subyektləri,  yəni  vətəndaşlar,  hüquqi 

şə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1810   1811   1812   1813   1814   1815   1816   1817   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin