Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1145/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1141   1142   1143   1144   1145   1146   1147   1148   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

662 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Əməyin təhlükəsizliyi mühüm ictimai-iqtisadi problem olaraq daim ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Buna 

uyğun olaraq iş mühiti, işin xüsusiyyəti,  risklərin sayının azaldılması , aradan qaldırılması və davamlı yaxşılaşdırılması iş 

dünyasının gerçək ünsürləri arasında iştirak etməkdədir. Bu ünsürlərin sağlam bir şəkildə təmin edilməməsi iş həyatında iş 

barışına , cəmiyyətin vicdanına mənfi təsir etməkdədir. Bu səbəblə  hər nə  qədər keçmişi olduqca köhnəyə dayansa da,  

Sənaye  İnqilabından sonra davamlı  məhdudiyyət və qanuni tənzimləmələr gətirilən  əməyin mühafizəsi və  təhlükəsizliyi 

mövzusu bu gün yerini standartlaşdırılmış idarəetmə sistemlerine vermişdir. 

Əməyin mühafizəsi və təhlükəsizliyi ilə əlaqədar ilk standart İngilis Standard Təşkilatı (BSI) tərəfindən BS 8800 olaraq 

1996-cı ildə bələdçi xüsusiyyətində nümayiş olunmuşdur. Hazırlanmasında  ISO 9000 və ISO 14000 kimi standartlar əsas 

alınmışdır. 1999-cu il tarixində isə sürətlə yayılması  nəticəsində bir çox milli standartlaşdırma təşkilatının iştirakı ilə 

"Occupational Health and Safety Assessment Series" ifadəsinin baş hərflərinin bir araya gətirilməsi ilə qısaldılaraq  OHSAS 

18001 Peşə Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı olaraq qəbul edilmişdir. 

Peşə  təhlükəsizliyi  fəaliyyətlərini təşkilatların ümumi strategiyalarına uyğun olaraq sistematik  bir  şəkildə  ələ  alan 

OHSAS 18001 hər növdə sektora və bütün fəaliyyətlərə tətbiq oluna bilər. Bu standartı həyata keçirməklə təşkilat nümayiş 

etdirir ki, o işçilər və fəaliyyətləri ilə əlaqədar olaraq peşə sağlamlığı təhlükəsinə məruz qala biləcək  tərəflər üçün risklərin 

aradan qaldırılması və ya ən azından minimuma endirilməsi məqsədilə peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemini 

təşkil etmək arzusundadır.  

Standartın prioritet məqsədləri bunlardır; 

1.  İşçiləri qorumaq 

2.  İstehsal təhlükəsizliyini təmin etmək 

3.  Təşkilatın təhlükəsizliyini təmin etmək. 

Standart ümumi olaraq könüllülük əsaslı olub, risk təməllidir. Bu səbəblə risklərin idarəedilməsi strategiyasını meydana 

gətirmədə  təsirlidir. Bu istiqamətiylə bir çox ölkənin qanunvericiliyində  zərurət halını almaqda və bu meyl gedərək 

yayılmaqdadır. Işçilərin sağlamlıq və  təhlükəsizliklərinin təmin edilməsində planlı  və sistematik davranaraq bu mövzuda 

inkişaf etdirilmiş olan qanunvericiliyin tətbiqi yalnız işçilərin  motivasiyası baxımından deyil, eyni zamanda təşkilatın 

performansını inkişaf etdirmək və məhsuldarlığını artırmaq baxımından da əhəmiyyət kəsb edir. 

Təşkilatın OHSAS 18001 sertifikatına sahib olması onun  müvəffəqiyyətinə müsbət təsir göstərərək aşağıdakı faydaları 

verər: 


1.  Təşkilat daxilində məsuliyyətlərin bölüşdürülməsi yolu ilə təhlükələrə nəzarəti təmin edərək risklərin azaldılması 

2.  Əməliyyatların effektivliyinin artırılması və nəticə olaraq bədbəxt hadisələrin və istehsalatda vaxt itkisinin azaldılması 

3.  Əməyin təhlükəsizliyi sahəsində qanun tələblərinin yerinə yetirilməsi 

4.  Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi ehtimalının və sonradan aradan qaldırma kimi reaktiv menecment 

strategiyası ilə əlaqədar xərclərin azalması 

5.  İş yerlərinin təhlükəsizlik keyfiyyətinin yaxşılaşdırılması, işçilərin əxlaqının və təşkilatın dəyərlərinə bağlılığının artması  

6.  Sığorta risklərinin azaldılması  

7.  Təşkilatın imicinin inkişaf etdirilməsi 

Bu  əhatədə  təşkilatların peşə  təhlükəsizliyi siyasətlərini meydana gətirmələri, təşkilat içində risk analizi etmələri, bu 

çərçivədə təşkilat quruluşunu nəzərdən keçirmələri, hər səviyyədə işçilərin ehtiyaclarını (məsuliyyət, səlahiyyət, təhsil və s.) 

müəyyənləşdirmələri, təşkilatın peşə təhlükəsizliyi planını meydana gətirmələri; bu plan daxilində hədəfləri, strategiyaları, 

performans ölçüm meyarlarını almaqları lazımdır. Proqramlar izlənilərək periodik vəziyyət qiymətləndirmələri edilməli, 

hədəflərə çatma vəziyyəti, qarşılaşılan problemlər və ehtiyaclar təyin olunmalıdır. 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1141   1142   1143   1144   1145   1146   1147   1148   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin