Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46169
1   2   3   4   5   6   7   8   9   ...   53
Təhsildə İKT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Giriş 

 

İ

nsanların  baxışları  və  düşüncə  tərzləri  dəyişdikcə,  elmi  nailiyyətlər  artdıqca,  yeni 



informasiya  və  kommunikasiya  texnologiya  məhsulları  ortaya    çıxır  və  bununla  da 

dünya iqtisadiyyatının tələbləri  dəyişikliyə məruz qalır.Müasir dövrdə İKT-nin inkişaf 

etdirilməsi  hər  bir  ölkənin  intellektual  və  elmi  potensialinin  vacib  göstəricilərindən 

biridir.Bu  prosesin  zəruriliyi  indiki  qloballaşan  dövrdə  daha  cox  hiss 

olunur.Texnologiyalarin sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün böyük 

imkanlar yaradır. 

Bu gün informasiya cəmiyyətinin və dünya ölkələri ilə rəqabətə girə biləcək yüksək 

texnologiyalı milli iqtisadiyyatın yaradılması bir  çox ölkələrin dövlət siyasətinin əsas 

istiqamətinə çevrilmişdir. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları 

(İKT) sahəsi inkişafın aparıcı amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi 

və sosial fəaliyyətinə aktiv təsir edərək  ictimai münasibətlərin formalaşmasını təmin 

edir. İnformasiya  cəmiyyətində təhsil sisteminin necə qurulması, təhsilin inkişafı üçün 

hansı texnologiyalardan və necə istifadə edilməsi hazırda  əsaas məsələlərdən biridir. 

Dünya   iqtisadiyyatı  daha  çox  bilik  yönümlü  olduğundan  ölkələrin   təhsil 

sistemlərindən  də  məhz  bu tələblərə   cavab  verən   sistemlərin qurulmasını  tələb  edir. 

Bu amil inkişaf etmiş ölkələrdə  təhsilin informasiyalaşdırılması üçün  sistemli şəkildə  

mərhələli    islahatların    keçirilməsinəsəbəb  olmuşdur.  Bu  islahatlar iki  mərhələdə, 

2003-cü ildə Cenevrədə,2005-ci ildə isə Tunisdə keçirilmiş İnformasiya cəmiyyətinin 

qurulması  problemlərinə  həsr  olunmuşdünya  sammitində  təhsilin  daha  çox 

informasiyalaşdırılması və modernləşdirilməsi  məsələlərinə önəmli yer verilmişdir[13, 

s.1-3]. 

Respublikamizda  da  bu  sahədə  ciddi  addımlar  atılmışdır.  2003-cü  ildə  prezidentin 

sərəncamı  ilə  İKT-nin  geniş  tətbiq  edilməsi  və  inkişafı  haqqında  “Azərbaycan 

Respublikasının  inkişafı  naminəinformasiya  və  kommunikasiya  texnologiyalarının 

inkişafı  üzrə  Milli  Strategiya  (2003-2012-ci  illər)”  sənədində  hazırki  dövrdə 



 

Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək 



prioritetə malik sahə hesab edilmişdir[13, s.1-3]. 

AR  Prezidentinin  2005-ci  il  21  avqust  tarixli  355  nömrəli  Sərəncamı  ilə  təsdiq 

edilmiş  “Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəblərinin  informasiya  və 

kommunikasiya texnologiyaları ilə təminatı programı (2005-2007-ci illər)”–nın həyata 

keçirilməsi ilə böyük işlər görülmüşdür. 

Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci il 

illərdə  Azərbaycan  Respublikasında  təhsil  sisteminin  informasiyalaşdırılması  üzrə 

Dövlət  Proqramı”ölkəmizdə  müasir  İKT-ni  geniş  şəkildə  tətbiq  etməklə  vahid 

ümummilli  təhsil  mühitinin  yaradılması  və  əhalinin  bütün  təbəqələrinin  keyfiyyətli 

təhsil  almaq  imkanının  təmin  edilməsi  məqsədinə  xidmət  edir.Bu  proqram 

çərçivəsində  boyük  bir  layihə  olaraq  “Xalq  Kompüter”  layihəsi  həyata  keçirilmişdir. 

“Azərbaycan  Respublikasında  rabitə  və  informasiya  texnologiyalarının  inkişafı  üzrə 

2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” sənədində də təhsil 

sisteminin  təkmilləşdirilməsində  İKT-nin  tətbiq  edilməsi  və  İKT  sahəsində  ümumi 

maarifləndirmə  üzrə  xüsusi  tədbirlər  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Bunlardan  biri 

kimi  İKT  üzrə  ən  böyük  kompaniyalarından  biri  sayılan  MİCROSOFT  şirkətinin 

dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi İNTEL-

AZƏRBAYCAN  kurslarını  göstərmək  olar.Bütün  bunlar  göstərir  ki,  Azərbaycanda 

təhsilin  modernləşdirilməsi,  təhsildə  informasiya  texnologiyalarının  tətbiqi 

istiqamətində ciddi addımlar atılmış və bir çox əməli işlər görülmüşdür. Bütün təhsil 

pillələri  üçün  İKT  üzrə  proqramlar  hazırlanıb  təsdiq  edilmiş,  distant  təhsil  üzrə 

eksperimentlər  aparılmağa  başlanılmışdır.Təhsil  portalıformalaşdırılmış,bir  çox  təhsil 

müəssisələrinin  saytları  yaradılmışdır.Təhsilin  idarə  olunmasının  məlumat 

sistemlərinin  yaradılması,  informasiya  və  kommunikasiya  texnologiyalarının 

ümumtəhsil  məktəblərində  tətbiqi  və  ümumtəhsil  məktəbləri  üçün  informasiya  və 

kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət 

(laborant) kadrlarının hazırlanması üzrə işlər isə aparılmaqda davam edir[13, s.3-5]. 

 İKT-nin təhsil sahəsinə tətbiqi bir sıra vacib olan şərtlərin təminatına, o cümlədən: 




 

-



  təhsilə geniş şəkildə yanaşmaya; 

-

  mütəmadi təhsilə və praktiki aşkarlıq prinsipinin reallaşdırılmasına; 



-

  təhsil  prosesinə  yardımçı  vasitələrin,  ayrı-ayrı  müəssisələrin  və  fərdi 

vətəndaşların  müasir  elektron  təhsil  informasiya  resurslarına  girişinin  təmin 

edilməsi hesabına təhsilin effektivliyinin artırılmasına; 

-

  ali  təhsil  müəssisələrinin  tabeliyində  olan  təcrübə-layihələndirmə  işlərinin  və 



elmi tədqiqatların inkişafı prosesinin müasirləşdirilməsinə; 

-

  təhsil sahələrinin idarə olunması effektivliyinin artırılmasına; 



-

  təhsil  və  elm  sahələrinin  xalqlararası  kooperasiyasını  inkişaf  etdirməklə 

Azərbaycan təhsilinin xaric edilməsinə və s. imkan yaradır. 

 Yalnız klassik təhsil formasına istinad edən ənənəvi təhsil informasiya cəmiyyətində 

ixtisaslı kadrların hazırlıq keyfiyyətlərinin artırılmasına olan tələblərə, ümumiyyətlə, 

kadr  siyasətinə  cavab  verə  bilməzdi.  İnkişaf  etmiş  ölkələrdə  İKT-nin  geniş  tətbiq 

olunmasına əsaslanan təhsil forması böyük məna kəsb edir. 

İ

KT-n təhsil prosesində tətbiq oluması zərurəti aşağıdakı tələblərdən yaranmışdır: 



-

  təhsil  müəssisələrinin  müasir  hesablama  texnikası  vasitələrilə  zəif  təmin 

olunması; 

-

  informatika sahəsində məktəblərin zəif ixtisasltı kadrlarla təmin olunması; 



-

  çox  cüzi  sayda  məktəblərin  (şəhər  və  kənd)  tam  şəkildə  İnternet  şəbəkəsinə 

qoşulması. 

Hal-hazırda  Azərbaycan  qlobal  telekommunikasiya  şəbəkələrinə  qoşulmaları  sayına  

eləcə də bunun üçün ayrılmış kanalların sürət xarakteristikasına görə heç də inkişaf 

etmiş  qərb  ölkələrinin  təhsil  müəssisələrindən geri  qalmır.  Müasir kompüterlərin və 

kompüter  siniflərinin  bütün  orta  ümumtəhsil  və  ali  təhsil  müəssisələrinə  verilməsi, 

informatika sahəsində müəllimlərin hazırlanması, dövlətin təhsil portal sistemlərinin, 

elektron  kitabxanaların,  resurslar  mərkəzinin  yaradılması  və  habelə  təhsil 

müəssisələrinin internet şəbəkəsinə geniş miqyasda qoşulması mümkün olmuşdur. 

Aydındır  ki,  təhsil  müəssisələrinin  informasiya  təhsil  resusrlarından  istifadə 

etmələrinin  təmin  edilməsi  məsələsinin  həlli  zamanı  mövcud  telekommunikasiya 

strukturlarının  elm  və  təhsil  sahələrində  maksimal  effektiv  istifadə  olunması  tələb 



 

olunur.  Təhsil  prosesində  informasiya  və  telekommunikasiya  texnologiyalarının 



tədbiqinin  dövlət  strategiyası  şagird  və  tələbələrin  təhsil  müəssisələrində 

(məktəblərdə  və  universitetlərdə)  və  evlərdə  informasiya  texnologiyalarınageniş 

şə

kildə  azad  girişinin  təmin  edilməsinə  və  təhsillə  bağlı  digər  məqsədlərə 



nailolunmasına yönəlmişdir. 

   Təhsil  sisteminin  islahatları  ilə  bağlı  ən  aktual  məsələlərdən  biri  də  İKT  tətbiq 

etməklə  təhsilin idarə  olunmasının  təkmilləşdirilməsidir.  Bu sırada təhsildə  İKT-nin 

tətbiqi  sahəsində  yerli  özünüidarə  və  dövlət  orqanlarının  fəaliyyətini  tənzimləyən 

normativ hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün 

zəruri  olan  və  bu  sahənin  vəziyyətini  xarakterizə  edən  elektron  məlumat  bazası 

sisteminin hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin, ölkənin təhsil 

sisteminin  yüksək  İKT  bilik  və  bacarıqlarına  malik  pedaqoji  və  inzibati  kadrlarla 

təminatının  müasir  standartlar  səviyyəsinə  çatdırılması  qarşıda  duran  prioritet 

məsələlərdəndir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin