Microsoft Excel 010 cədvəl prosessoru 112 IX. Microsoft excel 2010 CƏDVƏl prosessoru excel haqqında qısa məlumat



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix25.01.2023
ölçüsü1,64 Mb.
#80832
1   2   3   4   5   6   7   8   9   ...   39
9.MİCROSOFT EXCEL 2010 CƏDVƏL PROSESSORU (1)

1) İlkin xana 
2) Asılı xana 
İlkin xanalara mətn, ədədi və s. tiplər aiddir. 
İlkin xananın qiyməti heç bir xanadan asılı olmur. Yəni, 
istənilən xananın qiymətini dəyişdirdikdə ilkin xananın 
qiyməti dəyişmir və kursoru ilkin xana üzərində iki dəfə 
klik etsək, xananın qiyməti üzərində redaktə əməliyyatə 
apara bilərik. 
Asılı xanada düsturlar olur. Yəni, asılı xanaların qiyməti digər xanalardan asılıdır. Çünki 
digər xanalara istinad edir. Məsələn, yuxarıdakı şəkildə C2 xanası asılı xanadır. Asılı xana üzərində 
mausun göstəricisini iki dəfə klik etdikdə xananın qiyməti yox, xanadakı düstur görünəcək. 
Excel 2010 proqramında hər bir xananın unikal ünvanı olur. Ünvana sütunun adı və sətrin 
nömrəsi aiddir. Hər bir sütun və sətirin kəsişməsindən bir xana yaranır. Məsələn, C sütunu ilə 3-cü 
sətrin kəsişməsindən C3 xanası yaranır. Hər hansısa xananı seçdikdə, həmin xananın ünvanı 
Name 
Box (Ad qutusu) sahəsində görünür. Sağdakı şəkil buna əyani misaldır. 
Elektoron cədvəllərdə iki cür ünvandan istifadə olunur: 
Nisbi ünvan və Mütləq ünvan 



Microsoft Excel 2010 cədvəl prosessoru
116 

Nisbi ünvan- Belə ünvanlaşdırma zamanı xanadakı düsturun başqa xanaya köçürülməsi 
və sürüşdürülməsi nəticəsində düsturun həm sətir nömrəsi, həm də sütun adı dəyişəcək. Məsələn,tutaq 
ki, B1 xanasına =A4 düsturu daxil edilib və C7 xanasına sürüşdürülür. Deməli =A4 düsturu C3 
xanasında =B10 düsturuna çevriləcək. Çünki B1-dən C7 keçdikdə sətir 6 vahid və sütun 1 vahid artır. 
Artımın nəticəsi isə xanadakı düstura təsir edir. Yəni, A4 düsturu 1 sətir və 1 sütun artaraq =B10 
düsturuna çevrilir.

Mütləq ünvan- Belə ünvanlaşdırma zamanı xanadakı düsturun başqa xanaya 
köçürülməsi və sürüşdürülməsi nəticəsində düstur dəyişməz qalır. Mütləq ünvanlaşdırma $(dollar) 
işarəsi ilə göstərilir. Məsələn, H$5,$Q$3 və s Mütləq ünvanlaşdırma 3 formada göstərilə bilər. 
1. $ işarəsi ancaq sütun adının qarşısındadırsa, bu zaman sürüşmə zamanı sütun adı 
dəyişməz qalır ,sətir nömrəsi dəyişir. Məsələn, $Q4, $B12,$E4 və s. Göründüyü kimi $ işarəsi yalnız 
sütunu sabit saxlaya bilir. Bu ünvanlara deyilir-sütun mütləq sətir isə nisbi. Belə ünvanlara qarışıq 
ünvanlar da deyilir. 
2. $ işarəsi ancaq sətir qarşısındadırsa, bu zaman sürüşmə zamanı sətir nömrəsi dəyişməz 
qalır, sütun adı dəyişər. Məsələn, A$6,N$12,G$5 və s. Bu ünvanlara deyilir- sütun nisbi sətir mütləq 
.Belə ünvanlara qarışıq ünvanlar da deyilir. 
3. $ işarəsi həm sütun adının, həm də sətir nömrəsinin qarşısındadərsa, bu zaman sürüşmə 
zamanı sütun və sətir nömrəsi dəyişməz qalır. Məsələn,$B$12,$MB$567,$GH$12 və s. 

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin