Microsoft Access



Yüklə 264,37 Kb.
tarix10.05.2023
ölçüsü264,37 Kb.
#110463
MS Access

Microsoft Access

Fənn:Rəqəmsal təhsil və müasir təlim texnologiyası

Hazırladı:Əzizova Aynur

Müəllim:Pələngov Əbülfət

Start/ALL/Programs/Microsoft Office/Microsoft Access

  • Microsoft Office-in digər proqramlarından fərqli olaraq Access proqramı yükləndikdə ekranda heç bir yeni sənəd pəncərəsi açılmır. Odur ki, yeni verilənlər bazasının yaradılması məqsədilə proqram yükləndikdə File(Fayl) tabının New(Yeni) kateqoriyası aktivləşir.

MS Access proqramı yükləndikdə dialoq pəncərəsi açılır. Bu pəncərədən yeni sənəd yaratmaq üçün Blank database düyməsini mausun sol düyməsi ilə klik etdikdən sonra, pəncərənin sağ aşağı hissəsində yerləşən Create əmrini icra etmək lazımdır.

  • Verilənlər bazasının susmaya görə adı Database1 olur. Əgər başqa ad ilə verilənlər bazası yaratmaq lazım olarsa, pəncərənin sağ hissəsində yerləşən File Name sahəsinə müvafiq ad daxil edilməlidir.

MS Access proqramında verilənlər bazası yaratdıqdan sonra ekranda belə bir pəncərə görünür.

MS Access proqramı relyasiya tipli verilər bazasının idarəetmə sistemi hesab olunur.

Susmaya görə adı –Table 1 adlanır. Adında max-64 simvol ola bilər. 2048-cədvəl yaratmaq olar. Hər cədvəlin tutumu 2 Gb-dır.

  • Sətir –kortej –record –yazı –nisbətin gücü
  • Sətir təkrarlana bilməz. Bütün sətrlər eyni struktura malikdir. Sətirlər ardıcıllığı istənilən qaydada ola bilər.

    *- sonuncu yazını bildirir.

    - cari yazının yazıldığını bildirir.

    Atributlar sətir kimi sayılır. Bir istifadəçinin bütün məlumatlarını özündə saxlayır.

  • Sütun –domen –field –sahə -nisbətin qüvvəti
  • Sütun təkrarlana bilməz. İstifadəçinin bir məlumatını özündə saxlayır. Müxtəlif struktura malik ola bilər.

Record (Yazı)-bir obyekt haqqında bütün informasiyanı saxlayan cədvəl elementidir. Məsələn, bir əməkdaş haqqında olan bütün informasiya.


Kelejeuee8oeie
  • Record (Yazı)-bir obyekt haqqında bütün informasiyanı saxlayan cədvəl elementidir. Məsələn, bir əməkdaş haqqında olan bütün informasiya.
  • Field(Sahə)-informasiyanın ən kiçik elementidir. Hər növ məlumat ayrıca sahədə saxlanılır, yəni sahə- verilənlər bazasında bütün obyektlərin bir parametrinin qiymətinin saxlanılması üçün ən sadə elementidir. Sahələrə misal olaraq soyadı, adı göstərmək olar.
  • Key(Açar)-cədvəldə konkret yazını birqiymətli təyin edən bir və ya bir neçə sahədən ibarətdir.Açar dedikdə MS Access obyektinin xüsusiyyətlərini xarakterizə edən məntiqi əlaqələndirilmiş sahələr toplusu başa düşülür.
  • Cədvəlin açarı 2 formada olur:

  • Primary key(Əsas açar)- Cədvəlin yazısını birqiymətli təyin etmək üçün istifadə edilir. Əsas açar sahələrin qiyməti unikal olmalıdır.Bu sahənin qiyməti təkrarlana bilməz.
  • Foreign key(Xarici açar)- Cədvəlləri əlaqələndirən zaman istifadə olunur. Yəni, cədvəlləri əlaqələndirən zaman, əsas cədvəlin əsas açarı əlaqələndirilmiş cədvəlin xarici açarı rolunda çıxış edir.

•Kortej nisbətin (cədvəlin) sətirlərin deyilir. •Domen nisbətin (cədvəlin) sütunlarına deyilir.

MS Access proqramı obyektlərlə işləyir.

  • Table-Cədvəl
  • Queries- Sorğular
  • Forms- Formalara
  • Reports- Hesabatlar
  • Pages- Səhifələr
  • Makros- Makroslar
  • Modules- Modullar ( Visual Basic dilində)
  • ■Cədvəl MS Accessin əsas obyektidir, qalan bütün obyektlər törəmə obyektlər hesab edilir.

Cədvəlin əsas xarakteristikaları belədir.

  • Cədvəlin və sahənin adının uzunluğu 64 simvoldan çox ola bilməz
  • Cədvəldə 255-ə qədər sahə ola bilər
  • Sahənin xüsusiyyətinin (təsvirinin) qiymətində 255-ə qədər simvol ola bilər.

Sahədə verilənlər müxtəlif tiplərə xarakterizə olunur. Bu tipləri aşağıda sadalayaq: Text-mətn Number-ədədi Date&Time-tarix\vaxt Currency-pul OLE obyekt MEMO Autonumber-sayğac Yes/No-məntiqi Hyperlink-hiperəlaqə

MS Access proqramında 4 tip əməliyyatdan istifadə olunur.

  • Hesabi
  • Müqayisə
  • Məntiqi
  • Xüsusi


Tapşırıq 1. Verilənlər bazasında <<(Fizika=5 or Riyaziyyat =5) and Kimya=5>>sorğusuna hansı yazı cavab verir?


İlk öncə onu qeyd etməliyik ki, OR funksiyası çoxluqlar üzərində birləşmə, AND funksiyası isə çoxluqlar üzərində kəsişmə əməliyyatını yerinə yetirir.
Əvvəlcə sorğunun (Fizika=5 or Riyaziyyat=5) hissəsini həll edək: 1) Fizika=5 şərtini ödəyən sətirlərin nömrələrini qeyd edək:(2,4)
2)Riyaziyyat=5 şərtini ödəyən sətirlərin nömrələrini qeyd edək:(1,2) 3) Bildiyimiz kimi OR funksiyası birləşmə əməliyyatını yerinə yetirir: (Fizika=5 or Riyaziyyat=5) = ((2,4) or (1,2))=(1,2,4) 4) İndi isə Kimya=5 şərtini ödəyən sətirlərin nömrələrini qeyd edək:(3,4) 5) Sonda isə (Fizika=5 or Riyaziyyat=5 ) and Kimya=5 => ((1,2,4) and (3,4))=(4)

Diqqətinizə görə təşəkkürlər.


Yüklə 264,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin