Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən


Körpü sxemli telefon aparatının prinsipial sxemi



Yüklə 444,28 Kb.
səhifə27/34
tarix20.11.2023
ölçüsü444,28 Kb.
#163246
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
KOMMUTASİYA-SİSTEMLƏRİ-MÜHAZİRƏLƏR

Körpü sxemli telefon aparatının prinsipial sxemi
Bütün telefon aparatlarında 6 əsas dövrələrinin öyrənilməsi vacibdir. Bunlara aşağıdakılar aiddir:
1)çağırış siqnalının qəbuledilmə dövrəsi
2)mikrofonun qidalanma dövrəsi
3) danışığın göndərilməsi dövrəsi
4) danışığın eşidilməsi dövrəsi
5)ATS-ə çağırışın göndərilməsi və stansiyanın cavab siqnalının qəbulu dövrəsi
6)çağırılan abunəçinin ünvan məlumatlarının yəni nömrə rəqəmlərinin göndərilməsi dövrəsi
Körpü sxemli telefon aparatının nümunəsində yuxarıda qeyd olunan dövrələri öyrənək
Körpü sxemli telefon aparatının prinsipial sxemi aşağıdakı şəkildə göstərilmişdir.
ŞƏKİL

  1. Körpü sxemli TAP-ın iş prinsipi

  1. Çağırış siqnalının qəbul edilmə dövrəsi statik rejimdəmikrotelefon dəstəyi, yəni mikrofonla telefonun yerləşdiyi dəstək TA-da öz yürinə qoyulmuş olur. Bu onlarda ATS-dən çağırış siqnalı gəlirsə, o a=dakı dövrə ilə qəbul olunur.

ATS, X1 xətti qollu çeviricinin QÇ2-1 kontaktı, C kondensatoru Zn zəng, nömrə yığanın n3-4 kontaktı və X2 xətti ilə yeni ATS.
Qeyd edək ki, çağırış siqnalı 15-25 hs tezlili dəyişən cərəyandan ibarətdir. Və ATS-də xüsusi qurğu vasitəsi ilə yaradılır. Bu cərəyan zəngin sorğularından keçən zaman anını işlədir.
Dövrədəki C kondensatoru sabit cərəyanı zəng dövrəsinə buraxmamaq üçün qoşulur. Bu kondensator olmasa və yaxud xarab olmasa zəng işləmir.

  1. Mikrofonun qidalanma dövrəsi.

Zəngin işləməsi sayəsində mikrotelefon dəstəyi qaldırılarsa qollu seçicinin QÇ1-2 kontaktları açılır. QÇ2-3 kontaktları isə birləşirlər. Bu zaman zəng dövrədən açlıır. Mikrofonun işləməsi üçün sabit cərəyanın onun dövrəsindən keçməsi üçün aşağıdakı dövrə yaranır.
ATS, X1 xətti QÇ2-3 transformatorun ikinci sarğısı, mikrofon nömrəyığanın N3-4 kontaktı , X2 xətti və yenə ATS .
Bu dövrə ilə mikrofon sabit cərəyanla qidalanır.

  1. Danışğın göndərilməsi dövrəsi

Mikrofon qarşısında danışıldıqda yaranan dəyişən cərəyan iki kanallı dövrə ilə qapanır.

  1. Mikrofonun bir ucu b nöqtəsi, balans kontur transformatorunun birinci sorğusu, a nöqtəsi və yenə mikrofounun digər ucu

  2. Mikrofonun bir ucu b nöqtəsi transformatorun ikinci sarğısı QÇ3-2 kontaktı X1 xətti, ATS sxemi, X2 xətti , nömrə yığanın, n 4-3 kontaktları a nöqtəsi və mikrofonun digər kontakt.

Bu dövrə axan, dəyişən danışığın ikinci abunəçiyə çatdırlmasını təmin edir.
Bu iki dövrələrdə axan cərəyanlar qiymətcə bir-birnə bərabər istiqamətcə bir-birnə əks olduğuna görə onların ayartdıqları naqnit selləri birbirini əksinə yönəlmiş olur. Bu səbəbdən transformatorun üçüncü sarğısında heç bir cərəyan yaranmır.
Beləliklə danışan şəxs özü-öz səsini eşiməyəcəkdir.
4-cü. Danığın qəbul edilməsi və eçidilməsi dövrəsi.
İkinci abunəçinin danışığına və nitqinə uyğun olan dəyişən cərəyan a-dakı dövrə ilə telefonun sarğısından keçir. İkinci abunəçinin mikrofounu, ATS, X1 xətti QÇ2-3 kontaktı, transformatorun ikinci sarğısı, b nöqtəsi paralel olaraq mikrofon və transformatorun birinci sarğısı, balans konturu, {Rb, Cb} a nöqtəsi, nömrəyığanı 3-4 kontaktı X2 xətti və yenə də ATS-dən keçməklə danışan abunəçinin mikrofonu.
Bu dövrə ilə axan dəyişən cərəyan transformatorun üçüncü sarğısında induksiyalanır və şəkildə göstərilən istiqamətdə telefonun sarğılarından keçən ikinci abunəçinin nitqini yenidən canlandırır. Bunun nəticəinsə telefonda eşidilmə baş verir.

  1. ATS-ə çağırışın göndərilməsi və stansiyanın cavab siqnalının qəbulu dövrəsi

Abunəçi telefon dəstəyini qaldırdıqda onun telefon aparatının mikrofon dövrəsində sabit cərəyan axmağa başlayır. Bu cərəyan ATS-də həmin abunəçinin abunəçi komplektində qeyd olunur.
ATS-in tərkibində olan qurğular tərəfindən stansiyanın cavab siqnalı, yəni zummer abunəçi komplekti vasitəsi ilə bu xəttə qoşulur. Stansiyanın cavab siqnalı tezliyi 125 hs olan dəyişən cərəyandan ibraət olur. Bu siqnal telefona yuxarıda göstərilən dövrə ilə verilir.Və abunəçi rabitə yarada biləəcyinə əmin olur.
6)çağırılan abunəçinin ünvan məlumatlarının yəni nömrə rəqəmlərinin göndərilməsi dövrəsi

Çağırılan abunəçinin ünvan məlumatlarının yəni nömrə rəqəmlərinin ATS-ə verilməsi telefon aparatında olan nömrə yığan vasitəsi ilə mümkün olur. Abunəçi nömrə yığanın düyməsini basdıqda (müvafiq rəqəmə uyğun olaraq ) onun şuntlayıcı n1-2 kontaktları bir-birnə birləşir. Yəni qapanır və inpuls n3-4 kontaktları yığılan rəqəməuyğun olaraq qısa müddətlə açılır və bağlanır.


Bunun nəticəsində ATS-ə yığlan rəqəmlərə müvafiq sayda aşağıdakı dövrə ilə impulslar göndərilir. Nömrə yığanınn3-4 impuls kontaktları , nömrə yığanın n1-2 şuntlayıcı kontaktları X1 xətti, ATS və yenə də X2 xətti ilə nömrə yığanın n3-4 kontaktı.
Bu dövrə ilə sabit cərəyan impulsları ATS-in müvafiq qurğularına verilərək çağrılan abunəçinin ATS-ə qoşulmuş abunəçi xətti axtarılıb tapılır.

Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin