Mərhəmətli, Rəhimli Allahın adı ilə



Yüklə 230,4 Kb.
səhifə3/4
tarix25.04.2017
ölçüsü230,4 Kb.
#15730
1   2   3   4
Souban (Allah ondan razı olsun) soruşur: “Onlar kimlərdir, ey Allahın rəsulu? Onları bizə vəsf et ki, biz onlardan olmayaq”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Onlar sizin namaz qıldığınız kimi namaz qılarlar, oruc tutarlar, hətta gecə namazına da qalxarlar. Amma Allahın haramları ilə tək tənha qaldıqda bu haramlara yol verərlər, insanların gözü önündə özlərini saleh bir insan kimi apararlar.
Amma özü televizorun və ya  internetin qarşısında tək qalanda, artıq onu heç kim görməyəndə başlayır Allaha asi olmağa, və nə istəyir onu da edir” . İnternet bir alova bənzər kiminin evini yandırar kiminin evini isitər. Amma çox təəsüflər olsun ki çoxunu yandırır. Bunun üçündə heç vaxt onunla tək başına qalmaq məsləhət deyil. Xüsusi ilədə evlərdə onu her kəsin görəcəyi yerə qoymaq lazımdır. iblis ən böyük naliyətlərini və zərbələrini internet üzərindən həyata keçirir.
   Allah Təalə buyurur:
   “Məgər o bilmir ki, Alah Təalə onu görür?”
    Allah Təalə Qiyamət günü onun etdiyi əməllərin hamısını ona göstərəcək. Cəhənnəmi görəndə o insan dərindən bir ah çəkəcək və etdiyi bütün əməlləri xatırlayacaq. Necə ki, Allah Təalə buyurur:
    «“Cəhənnəm gətiriləndə, məhz o gün, insan öz günahlarını xatırlayacaq, peşman olacaq, artıq o peşmançılığı ona heç bir fayda verməyəcək və O gün insan belə deyəcək: “Kaş ki, həyatımı yaxşı işlərə həsr edəydim”.»
Elmi olan kimsə deyəcək: “Kaş ki, insanlara bu elmi çatdırardım. Kaş ki, pis əməllərdən onları çəkindirərdim, səhlənkarlıq etməyərdim”. Ey Allah yolunda dəvət edən kimsə! Sənən nə olub? Sənə Allah yoluna, Islama dəvət etməyə nə mane olur? Utanmaqmı? Allah utanılmağa daha layiqdir, yoxsa qorxumu? Allah qorxulmağa daha layiqdir. Ey insan, Allahın əmr etdiyi yerdə danışmadın. O məclisdə ki, Allaha qarşı, saleh insanlara, dinə qarşı xoşagəlməyən söhbətlər edirdilər. Amma sən o yerdə elmin, ixtiyarın olduğu halda sakit dururdun, hətta o məclisi tərk etmirdin və bu hərəktini xatırlayıb belə deyəcəksən:
   “Kaş ki, həyatımı yaxşı işlərə həsr edəydim.”
 Həmin şəxs Qiyamət günü öz günahlarına baxıb bunların səbəbkarı olan pis dostlarını xatırlayacaq.
   Allah Təalə Qurani Kərimdə buyurur:
     “O gün zalım olan insan peşmançılıqdan  iki əlini ağzına salıb çeynəyərək belə deyə¬cəkdir: “Kaş ki, mən Peyğəm¬bərin yolunu tutub gedəy¬dim! Vay halıma! Kaş ki, fi¬lankəslə dost olmayaydım! Çünki Zikr (haqq) mənə çatdıq¬dan sonra, məni bu yoldan uzaqlaşdıran filankəs oldu. Hə¬qiqətən, şeytan insanı tənha qoyub qaçar və rüsvay edər”
Dünyada ikən yaxşı və pis dostlarını xatırlayacaqsan, o dostları ki, dünyada ikən səni məscidlərə, dini elm məclislərinə, xeyir yığıncaqlarına dəvət edirdilər. Amma pis insanlar, pis dostlar isə sənə belə deyirdi:           “ Cavansan, beş günlük dünyadır, get kefini çək, bunlara qoşulub özünü bədbəxt etmə. Avaralanmaq yox, içki içmək yox, gəzmək yox, kef çəkmək yox. Onlar həyatını itiriblər” Şübhə yoxdur ki, bu anları sən Qiyamət günü xatırlayacaqsan. O zaman peşmançılıqdan nəinki bir barmağını, əfsuslar olsun ki, iki əlini ağzına salıb çeynəyəcəksən. Mələklər gəlib həmin şəxsi Cabbar, Qabbar və dünyaya, yerlərə, göylərə sahib olan Allah Təalənin hüzuruna aparacaqlar.
Qiyamət günü sıxıcı anlar barəsində  Aişə (Allah ondan razı olsun)dən  belə rəvayət olunur: “Bir gün cəhənnəmi xatırlayıb ağladım və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)dan soruşdum: “Ey Allahın rəsulu Qiyamət günü bizi xatırlayacaqsanmı?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Üç an vardır ki, o zaman heç kim, heç kimi xatırlamaz: Əməl dəftərləri verilməyəbaşlayandan, hətta sağ və ya sol əlinə çatana qədər; Əməllər tərəzidə çəkilməyə başlayandan qurtarana qədər və Sirata ayaq qoyandan, hətta keçib qurtarana qədər”.
Ey insan! Nəhayət sən o sıxıcı anları yaşamaq üçün, sorğu–suala çəkilməyə, Uca Allahın hüzuruna gətiriləcəksən.  Allah təalə buyurur :   «Əməl dəftərləri açılacağı zaman». (ət-Təkvir 10).. «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən». (əl-İsra 13-14).
«Əməl dəftəri qarşısına qoyulacaq. (Ya Muhəmməd!) günahkarların orada yazılmış pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vayhalımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahlarımızınəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49
     Allah, insanı aralarında heç bir tərcüməçi olmadan sorğu suala çəkəcək. Əgər bu insan Allaha ası olan zalımlardandırsa, Allah ona etdiyi günahları xatırladacaq: “Ey qulum! Mənə asi olub, günah işləməyini, sabah namazına yatıb qalmağını, insanları əyri yola yönəldib düz yoldan sapdırmağını, rüşvət almağını, oğurluq etməyini, haram faiz yeməyini xatırlayırsanmı? Dünyada ikən faizin haram olduğunu bilirdin, amma əl çəkmirdin. Bilirdin ki, ailəndə baş verən günahlara görə, övladların namazı tərk etməsinə, cahillərə qoşulmasına görə sənin üzərinə məsuliyyət düşür. Amma bunların qabağını almaq üçün  elm öyrənib hikmətlə səbirlə tətbiq etməyə çalışmırdın tənbəllik və səhlənkarlıq dediyin şeylər gör səni haralara gətirdi ”.
 O gün insan bu suallara hansı üzlə cavab verəcək?! Allah bilir. Əgər boynuna almayıb deyərsə ki, “mən deməmişəm, mən etməmişəm” onda Allah mələklərdən və onu bu iş üzərində görən insanlardan şahidlər gətirəcək. Dünyada ikən ona nəsihət edən kimsələr gəlib deyəcək: “Ya Rəbbi! Dəvət etdim, amma icabət etmədi, başa saldım, lakin təkəbbürlük edib qəbul etmədi, dünyaya olan məhəbbətinə güc gələ bilmədi, iradəsinə qalib gələ bilmədi nəfsinin arzularına uydu”. Bu insan əgər bu şahidləri də qəbul etməsə, onda Allahın izni ilə onun ağzına möhür vurulacaq və öz əzaları özünə qarşı şahidlik edəcək. Əlləri, ayaqları və dəriləri danışacaq.
Allah Təalə buyurur:
   “Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.”

Ənəs -radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi vəsəlləm –buyurdu  qul hesaba çekiləndə Allah sübhınıhu tıaladanb «Ey Rəbbim! Sən məni zülmdən qorumadınmı?» soruşar . Allah: «Bəli, qorudum» deyər. Qul: «Mən bu gün özüm üçün özümün şahidliyindən başqa heç kəsi qəbul etmirəm»deyər. Allah: «Bu gün sənə tək şahid olaraq nəfsin, çox şahid olaraq Kiramən Kətibin kifayət edər». Ağzına möhür vurular və digər əzaları ona şahidlik edər ( Buxari, Müslim 605)
Və insanın əzalarına : Şahidlik et deyilər. Onlar da qulun əməllərindən bir-bir xəbər verərlər. Sonra qul danışmaq üçün sərbəst buraxılar. Qul əzalarına: «Vay olsun sizə!  Məndən Uzaq olun! Mən sizin qurtulmağınız üçün çalışırdım» deyər . (Buxari 606)

Bunları görən insan dəhşətə gələrək öz əzalarına belə xitab edəcək:
   «Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?”– deyə-cəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. »
Bəli, ey insan! O gün əl şahidlik edərək deyəcək: ”Ya Rəbbi! mən verdim, mən aldım, mən götürdüm”. Ayaq deyəcək: “Mən getdim”. Dil deyəcək: “Mən danışdım”. Göz isə deyəcək: “Mən baxdım”. O gün insanın bütün əzaları danışacaq.
       Sorğu-sualdan sonra onun əməl dəftəri  ona soldan veriləcək. Allah Təalə Qurani Kərimdə bu barədə belə xəbər verir:
    «Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabın nə olduğunu bilməyəydim! Kaş ölüm həmişəlik olaydı! Var-dövlətim məni Allahın əzabdan qurtara bilmədi Hökmranlığım və dünyadakı nüfuzum da yox olub getdi”  ».
    Başqa bir ayədə Allah Təalə belə buyurur:
    “ Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazıl¬mış olanlar¬dan qorx¬duqlarını görə¬cək¬sən. Onlar deyə¬cəklər: “Vay halı¬mıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar et¬dik¬ləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haq¬sızlıq etməz!”
Amma indi o insan görəsən nə istəyir? Allah Təalə Səcdə surəsində buyurur:
“Kaş ki, günahkarları öz Rəbbi qar¬şısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi ge¬ri qay¬tar ki, yaxşı işlər görək. Hə¬qi¬qətən də, biz qəti inan¬dıq!”– deyəndə görəy¬din!”
Vallahi ki, o zaman insan dünyaya qayıdıb məsciddə oturmağı, Allaha səcdə halında qovuşmağı, bircə qəpiyi olsa belə onu Allah üçün sədəqə verməyi düşünəcək. Amma artıq çox gecdir. Əgər hesaba çəkilən insan Rəbbinin hüzuruna tövbə edərək gələnlərdən olarsa, bütün günahlarını etiraf etdikdən sonra Allah Təalə ona belə deyəcək: “Dünyada ikən sənin etdiyin günahları insanlara bəyan etmədim, bildirmədim və sənin günahlarını örtdüm. Bu gün isə səni bağışlayıram”. Həmin insana kitabı  sağdan veriləcək və o, başqalarının yanına gedib belə deyəcək:
   “Kitabı sağ əlinə verilən deyəcək¬dir: “Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdik¬lə¬rimin he¬sabına qovuşacağam”.
      Gedib insanlara müjdələndiyini çatdıracaq və belə deyəcək: “ Baxın Mənim kitabıma, səhifələrimə, gecə qıldığım namazlara, gündüz tutduğum oruclara, sədəqələrə, insanlara etdiyim yaxşılıqlara baxın”. Allah bizləri həmin kimsələrdən etsin.
    Qiyamət günü sıxıcı anlardan biri də hədisdə zikr olunduğu kimi əməllərin tərəzidə çəkildiyi vaxtdır. Həmin an barəsində Allah Təalə buyurur:
    “Biz Qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Hər hansı bir əməli bir xardal dənəsi ağırlığında olsa belə onu tərəziyə gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.”
     Başqa bir ayədə Allah Təalə buyurur:
   “O gün məhz tərəziləri ağır gə¬lənlər nicat tapacaqlar. Tərəziləri yüngül gə¬lənlər isə öz¬lərini ziyana uğra¬danlardır. Onlar Cə¬hənnəmdə əbədi qala¬caqlar.”
Ey Allahın qulu! O gün insanların yaxşı və pis əməllərini tərəzidə çəkmək üçün gətirəcəklər və bu zaman insanlar üç qrupa bölünəcəklər:


1)      Savabları günahlarından çox olanlar;
2)      Günahları savablarından çox olanlar;
3)      Savabları günahlarından çox olub, amma sahibinə fayda verməyənlər, yəni Allahın həmin şəxsin savablarını adilliklə puça döndərdiyi kimsələr.
Birinci qrup, savabları günahlarından çox olan kimsələr, möminlərdir. Allah Təalə bizləri onlardan etsin. Möminlərin əməllərini tərəzidə çəkmək üçün gətirəcəklər. Onların tövhidini, namazlarını, oruclarını, zəkatlarını, sədəqələrini və gözəl əxlaqlarını gətirib tərəziyə qoyacaqlar. Onların savabları ağır gələcək.
Sonra günahları savablarından çox olan kimsələrin əməlləri tərəzidə çəkilmək üçün gətiriləcək. Amma savabları az olduğu üçün bu onlara fayda verməyəcək. Sonra Allah tərəfindən onların Cəhənnəmə atılması üçün bir nida gələcək:
    « “Mələklərə deyiləcək: “Onu yaxa¬la¬yıb zəncirləyin! Sonra da Cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun”.  »
Cəhənnəmə üzü qoylu süründürüləcəklər və oda yaxınlaşdırıldıqları zaman Cəhənnəmin qapıları açıq olacaq. Allah Təalə bu yerdə belə buyurur:
     “O gün Biz Cəhənnəmə: “Dol¬dun¬mu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcək¬dir” .
Üçüncü qrupdan olanlar barəsində isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz səhabələrinə belə xitab edir: “Bilirsinizmi müflis kimdir?” dedilər. “Ey Allahın rəsulu! İçimizdən malı-mülkü olmayanlar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Ümmətimdən müflis olan kimsə Qiyamət günü çoxlu savablarla gələr, amma dünyada  ikən insanlarn haqqını tapdaladığına görə həmin insanlar gəlib öz haqqlarının əvəzinə onun savablarını götürüb gedərlər. Hətta onun savabları qurtarar. Başqa bir dəstə haqqlarının əvəzinə savab almağa gələndə görərlər ki, artıq onun savabı qalmayıb və bu zaman haqqı tapdalanmış bu insanlar öz günahlarını onun üstünə töküb gedərlər” . Ey insan! O gün dünyada ikən zülm etdiyin, döydüyün, söydüyün, böhtan atdığının, qeybətini etdiyin, malını haqsız yerə yediyin insanların hamısı səndən öz haqqlarını tələb etmək üçün gələcəklər və bunun əvəzində onlara sənin savablarından veriləcək. Savabların bitdikdən sonra onlar günahlarını sənə yükləyəcəklər və həqiqətən də sən müflislərdən olacaqsan, əlin boş qalacaq.
Allah Təalə adildir, dünyada zülm etdiyin insanların haqqlarını səndə qoyan deyil. O gün bu insan, Allahın ondan qəbul etdiyi, yaxşı əməllər yazılmış  kitabına baxacaq, amma heç bir şey görməyəcək. Hamısı silinib getmişdir. Onun qıldığı namazları, tutduğu orucları və s. başqa ibadətlərin savabı haradadır? Artıq onun yaxşı əməlləri başqalarının xeyrinə oldu. Halbuki, insan onları uzun müddət əziyyət çəkib toplamışdır. Amma indi onun savabları haqqlarını tapdaladığı insanların səhifələrinə yazıldı. Öz kitabı isə başqalarının günahları ilə doldu. Bax, ey insan! Kiməsə zülm və xəyanət edənin, böhtan atanın, haqsız yerə insanların malını yeyənin, qeybət edənin müflislikdən payı var.
Allah Təalə buyurur:
     “Alla¬hı Zalımların etdikləri əməl¬lərdən əsla qafil və xəbərsiz oldu-ğunu san¬ma. Allah onları cəza¬landırmağı göz¬lərin bərələ qala¬cağı günə saxlayır. O gün onlar başlarını yu¬xarı qal¬dı¬raraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və on¬ların qəlbi də bomboş qala¬caqdır (qəlbləri qor¬xu¬dan bütün başqa duyğu¬lardan xali olacaqdır).
Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən Allah yenilməz qüdrət və intiqam sahibidir
Yadda saxla! Qiyamət günü elə bir gündür ki, yer başqa bir yerlə, göylərdə başqa bir göylərlə əvəz olunacaq, yer dəyişib baqa, göydə dəyişib başqa bir yer olacaq. onların mahiyəti , şekli oqədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər və bütün insanlar qəbirlərindən çıxıb haqq hesab üçün bir olan, hər şeyə qalib olan Allahın hüzurunda duracaqlar!
 O gün günahkarları qandallanmış zəncirlə bir birinə bağlanmış görəcəksən.
köynəkləri qətrandan olacaq, üz gözlərini də atəş bürüyəcəkdir.
Allah hər kəsə dünyada etdiyi əməlləri cəzasını vermək üçün belə edəcəkdir!
Şübhəsiz ki Allah tezliklə haqq hesab çekəndir!
( İbrahim 42,43,47,48,50,51 )

Ey Allahın qulu! Qiyamət günü ən çətin anlardan sonuncusu sirat körpüsündən keçməyin çətinliyidir. İnsanlar Qiyamət günü bu mərhələlərdən keçdikdən sonra sirat körpüsünə tərəf yönələcəklər. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun)nin rəvayətinə görə, “Bu körpü Cəhənnəm üzərində Cənnətə keçmək üçün salınmışdır. Özü də tükdən nazik, qılıncdan itidir” .
Kim dünyada ikən Allahın buyurduqlarına əməl edib, qadağan etdiklərindən çəkinmişdirsə Allahın köməkliyi ilə bu körpünün üzərindən keçəcəkdir. Kimlər ki, dünyada öz Rəbbinə asi olaraq günahları çox olub, tövbə etmədən Allahın hüzuruna gələrsə körpünü salamat başa vurmaq onlara nəsib olmayacaq və körpünün üzərindən Cəhənnəmə düşəcəklər.
Ey Allahın qulu! Siratın üzərindən keçərkən yaşanacaq qorxulu anları qəlbində canlandır və fikirləş ki, artıq sirat körpüsünün üzərindəsən və Cəhənnəm də ayağının altında alovlanır. Oraya düşən insanların ah-naləsinin səsi gəlir və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də körpünün yanında durub keçənlər üçün belə dua edir:
  “Ey Rəbbim, sən onları salamat saxla”.
    İnsanlardan bəziləri siratdan külək kimi yüngül, bəziləri qaçan at kimi, bəziləri sürünərək keçəcək və digər bir qismi də yıxılaraq Cəhənnəmə düşəcəklər.
Ey insan! Heç Cəhənnəmin vəsfi barədə eşitdinmi? Ey Allahın qulu! Səhih qaynaqlardan toplanmış Cəhənnəmin vəsfinə qulaq as:
Cəhənnəm - Allahın kafirlərə, zalimlərə, Allahın əmrlərinə qarşı gələnlər üçün hazırladığı bir məskəndir. Odu çox şiddətli, qamçıları dəmirdir. Cəhənnəmin dibi, atılan daşın yetmiş ildən sonra ora çatacaq məsafəsi qədər dərindir. Qiyamət günü Cəhənnəmi sürüyüb gətirəndə Cəhənnəmin yetmiş min qulpu olacaq və hər bir qulpundan yetmiş min mələk tutacaq. Cəhənnəm odu dünya odundan yetmiş dəfə artıq yandırır. Orada insanlara əzab vermək üçün böyük ilanlar və əqrəblər var. Onlardan biri kafiri sancanda, kafir zəhərin ağrısını qırx ilə kimi çəkir. Cəhənnəm əhlinin paltarı od, yeməkləri zəqqum, içkiləri isə qaynar və qanlı irinli sudan başqa bir şey deyil. Zəqqum Cəhənnəmin ortasında bitən bir ağacdır. Meyvəsi çox acı, iyi çox pis, şəkli isə çox iyrəncdir. Əgər zəqqumun bir damcısı bu dünyaya düşsəydi, dünya əhalisinin həyatını korlayardı. Gör onu yeyənin vəziyyəti necə olar?! Cəhənnəm əhli ondan qarınlarını doyuzdurana qədər yeyər, sonra isə üstündən qaynar su içərlər. Daha sonra isə onları orada dəmir qamçılarla vurarlar. Zərbənin şiddətindən əzaların hərəsi bir yerə düşər. Sonra yenidən birləşib, əzaba məruz qalarlar. Sonra onların əllərini boyunlarına dəmir halqalarla, saçlarını isə çəkib arxadan ayaqlarına bağlayarlar və beləcə onlar Cəhənnəm odunu üzləri ilə qarşılayarlar, əlləri ilə üzlərini yandıran odu dəf edə bilməzlər. Allah bizləri Cəhənnəm əzabından qorusun! Həmin zaman Cəhənnəm əhli Cəhənnəmə düşməkdə pis dostlarını təqsirləndirərlər.
Necəki Allah Təalə buyurur:
 «Allah deyəcək: “Sizdən əvvəl gə¬lib-getmiş günahkar cin və in-san tay¬fa¬la¬rı ilə bir¬likdə Oda girin!” Hər tayfa Oda gir¬dikcə başqalarını lə¬nətlə¬yə¬cək¬dir. Nə¬hayət, hamısı orada top¬lan¬dığı zaman sonra¬kılar əvvəlkilər barə¬sində deyə¬cəklər: “Ey Rəbbimiz! Bun¬lar¬¬dır bizi azdıran! Elə isə onlara ikiqat əzab ver!” »
Dünyada ikən öz nəfslərinə uyub, şeytanın vəsvəsələri ilə oturub duran, Allahın insanlara doğru yol göstərdiyi halda Allahın əmrlərini tərk edən, şeytanın insana zərər verdiyi halda ona tabe olan, özlərini şeytanın əsgərinə çevirən kimsələrə, şeytanın heç bir köməyi çatmayacaq və bu zaman onlar peşman olacaqlar, amma bu peşmançılıq onlara fayda verməyəcək. Bununla belə Cəhənnəmə düşdükləri üçün pis dostlarını qınadıqları kimi, şeytanı da qınayacaqlar.
   Allah Təalə bu barədə Quarni Kərimdə buyurur:
  “İş bitdikdə, cənnətliklər cənnətə cəhənnəmliklərdə cəhənnəmə daxil olduqda, şeytan deyə¬cək: “Hə¬qiqətən də, Allah sizə gerçək vəd ver-mişdi. Amma mən də sizə vəd vermişdim, la¬kin mən və¬dimə xilaf çıxdım. Mənim sizin üs¬tünüzdə heç bir hökm¬ran¬lı¬ğım yox idi. Mən sizi az¬ğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən si¬zin köməyi¬nizə çata bilərəm, nə də siz mənim kö¬mə¬yimə çata bilərsi¬niz. Heç şübhəsiz ki, mən əv-vəllər də sizin məni Allaha şərik qoşma¬ğınızı rədd et¬miş¬dim”. Həqiqə-tən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır” . Sonra onlar Cənnət əhlinə belə müraciət edəcəklər. Allah Təalə buyurur:
    «Od sakinləri Cənnət əh¬lini səs¬lə¬yib deyəcəklər: “Bi¬zim üstü¬müzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafir¬lərə haram etmişdir” ».
      Onlar qəlbi daşdan da sərt olan Cəhənnəm mələyinə belə deyərlər:         “Allaha dua et ki, əzabımızı heç olmasa bircə gün belə yüngülləşdirsin. Onlar deyəcəklər: “Məgər, sizə öz Peyğəmbəriniz açıq– aşkar möcüzələr göstərmədimi?” Onlar: “Bəli” deyə cavab verərlər. Bu zaman onlara deyərlər: “Elə isə özünüz dua edin!” Kafirlərin duası isə boş şeydir, heç vaxt qəbul olunmaz. Onlar Cəhənnəm mələyinə deyərlər: “Ey Malik! heç olmasa Rəbbin bizim üçün ölüm hökmü kəssin və öldürsün ki, bu əzabı görməyək”. Cəhənnəm mələyi olan Malik isə onlara yalnız bir cavabla kifayətlənərək: “Siz orada əbədi qalacaqsınız” deyəcək. Sonra onlar Allaha dua edəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart. Əgər bir də günahlara qayıtsaq biz zalimlərdən olarıq”. Allah Təalə onlara belə deyəcək: “Orada qalın və məni dindirməyin”. Bunu eşidəndə onlar hər şeydən ümidlərini kəsəcəklər. Allah biz

əri Cəhənnəm əzabından qorusun.


Müsəlman bacı və qardaşlar! Kimə sirat körpüsünün üzərindən keçib Cənnətə girmək nəsib olarsa o, artıq nicata çatmışdır. Allah Təalə öz saleh qulları üçün orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, xəyallara gəlməyəcək şəkildə nemətlər hazırlamışdır. Hər bir möminin Cənnətdə hurilərindən iki zövcəsi olacaq. Əgər onlardan biri dünya əhlinə görsənsəydi, Günəşin işığını batırıb bütün dünyanı işıqlandırar, gözəl qoxusu yerlə  göylərin arasını doldurardı. Cənnətdə bir qırmanc qədər kiçik bir yer, dünya və onun içində olan hər bir şeydən daha xeyirlidir. Cənnət əhlinə verilən ən böyük nemət isə Allah Təaləni görməkdir. Necə ki, onlar Allah Təaləni görəndə onlara bəxş olunmuş bütün nemətləri unudaraq ona baxacaqlar. Necə ki, Allah Təalə buyurur:
  “O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxa¬caqdır.”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)in  əshabələri belə anları ölümü və dəhşətini, qəbri və zülmətini, Qiyaməti və onun şiddətini, sorğu-sualın çətinliyini, əməl dəftərinin açılmasını, əməllərin çəkilməsini, siratı, Cənnəti və Cəhənnəmi fikirləşəndə... necə ki, Allah Təalə onlar barəsində Qurani Kərimdə xəbər verir:
    “Onlar gecə namazını qılmaq üçün yataq¬dan qalxar, az yatar, qorxu və ümid içində öz Rəbbinə yalvarır və on¬lara verdiyimiz ruzi-lərdən Allah yolun¬da xərcləyirlər.”
Necə ki, sələfilərdən olan Mələ bin Zeyyadın belə dediyi rəvayət edilir:
   “Cəhənnəmdən qorxan adamın halına təəccüb edirəm. Ondan qorxan, ondan qaçan adam necə yata bilər. Cənnəti istəyən adamın halına təəccüb edirəm. Onu tələb edən, onu istəyən adam necə yatar bilər, necə onun gözünə yuxu gedə bilər.”
Onlar Allahın əzabını, ölümü, Allah qarşısında durmağı, Qiyamət günü qəbirlərdən çıxıb haqq hesab üçün məhşərə toplanacağını fikirləşəndə gecələr yata bilmirdilər, gecələrini Allaha ibadətdə keçirərdilər. Çətin də olsa çoxlu savab qazanmağa çalışırdılar.
Nəyə görə?  Ona görə ki, Allah Təalədən qorxurdular və Onun rəhmətini istəyirdilər. Allah Təalə buyurur:
  “Heç bilənlərlə, bilməyənlər eyni olarmı?”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir gün İbn Məsuddan onun üçün Quran oxumasını xahiş edir. İbn Məsud (Allah ondan razı olsun) deyir: “Ya Rəsulullah! Quran sənə endiyi halda mən sənin üçün Quranmı oxuyum?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyir: “Oxu, mən onu başqasından dinləməyi çox sevirəm”. İbn Məsud (Allah ondan razı olsun) oxumağa başladı. Oxudu, hətta Nisa surəsindəki bu ayəyə çatanda  “Biz hər ümmətdən bir şahid gə¬ti¬rəcəyizdə və səni də bu ümmətə şa¬hid tutacağımız za-man onla¬rın halı necə ola¬caq?”  Ibni Məsud (Allah ondan razı olsun) deyir: “Baxdım gördüm ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ağlayır\" .
    Başqa bir rəvayətdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə namazına qalxar. İsa peyğəmbərin dilindən hekayət olunan ayəni- “Əgər onlara əzab ver¬sən, sözsüz ki, onlar Sənin qul-larındır. Əgər onları bağışla¬san, şübhəsiz ki, Sən Qüdrət¬li¬sən, Müdriksən!”    bütöv gecəni təkrarlayaraq “ümmətim, ümmətim” deyib ağlayardı .
   Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dən sonra ən xeyirli insandır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) xəstə olduğu zaman zövcəsi Aişə(Allah ondan razı olsun) yə belə əmr edərdi: “Əbu Bəkrə de ki, camaata namaz qıldırsın”. Aişə (Allah ondan razı olsun) deyir:  “Ya Rəsuləllah! Əbu Bəkr kövrək insandır. Namazda dözüb dayana bilmir, çox ağlayır. Hətta Fatihə surəsini oxuyanda belə ağlayır” .
Başqa bir rəvayətdə Əbu Bəkr (Allah ondan razı olsun) bir gün ənsarlardan birinin bağına girərkən orada uçan bir quş görüb, dizi üstə yerə çökərək ağlayır. Ondan soruşduqda sənə nə olub ey Əbu Bəkr? O, belə cavab verir: “Quşa baxdım, ağacların üzərindən uçur və bağın meyvəsindən yeyir. Sonra isə ölüb gedir. Nə hesab var, nə də əməl. Kaş ki, bir quş olaydım” .
Yüklə 230,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin