“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə22/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   18   19   20   21   22   23   24   25   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

18

bunkulların  ətrafına  vururlar.  Xəstələri 



müalicə  etdikdə  xüsusi  müali cədən  başqa 

simptomatik  müalicəyə  də  fikir  vermək 

lazımdır.  Xüsusilə  ürək  fəaliy yətini  tən-

zimləyən  preparatlar  müntəzəm  surətdə 

işlədilməlidir.

Qarayara  ilə  mübarizə  üçün  qeyri-sağ-

lam məntəqələrdə Azərbaycan Respublikası 

Kənd Təsərrüfatı Nazirliyi tərə findən təsdiq 

edilmiş  “Heyvanlarda  qarayara  xəstəliyinə 

qarşı  mübarizə”  təlimatına  uyğun  olaraq 

sağlamlaşdırıcı tədbirlər aparılmalıdır. Belə 

tədbirlər  ilk  növbədə  həmin  xəstəlik  mən-

bələrinin  ləğv  edilməsinə  yönəldilməlidir. 

Bununla bərabər, qeyri sağlam məntəqələri 

qısa müddətdə sağlamlaşdırmaq xeyli çətin 

olduğu  üçün  həmin  təsərrüfatda  olan  qara-

yaraya həssas heyvanları vaxtaşırı profilak-

tik peyvənd etmək lazımdır.

L.Paster ilk dəfə 1981-ci ildə, Rusiyada 

isə  L.S.Senkovski  1883-cü  ildə  qarayaraya 

qarşı vaksin hazırlamışlar.

Qarayara  törədicisinin  kapsulsuz,  zəif 

virulentli ştammından 1940-cı ildə N.N.Ginz-

burq  tərəfindən  hazırlanmış  quru  və  maye-

STİ 

(Sanitariya 



Texniki 

İnstitutu) 

vaksinlərin dən 

istifadə 

olunur. 

Bu 


vaksinlərlə  peyvənd  edildikdə  heyvanların 

orqanizmində qarayaraya qarşı əmələ gələn 

immunitet bir ilə qədər davam edir.

1951-1952-ci  illərdə  S.Q.Kolesov, 

Y.F.Borisoviç, N.A.Mixaylov Şuya-2 ştam-

mından  QNKİ  vaksini  hazırlayıb  təklif 

etmişlər.  1961-ci  ildən  həmin  vaksin  quru 

halda  hazırlanmış  və  təsərrüfatlarda  tətbiq 

olunmuşdur.  Hal-hazırda  isə  heyvanlarda 

qarayara  əleyhinə  55№-li  ştammdan  hazır-

lanmış  quru  və  maye  vaksinlərdən  istifadə 

edilir  ki,  bunun  da  immunitet  müddəti  bir 

ildir.

Hazırda  insanların  və  heyvanların  qara-



yara xəstəliyinə qarşı universal “UNUVAK” 

vaksini hazırlanmışdır. Bu vaksinlə ummu-

nitet 7 günə yaranır və 1,5 il davam edir.

Qeyd  etmək  lazımdır  ki,  qarayara 

xəstəliyini  qeyri-sağlam  təsərrüfatda  yalnız 

peyvəndetmə ilə ləğv etmək olmaz. Müba-

rizə həmişə, hər yerdə və hərtərəfli olduqda 

məqsədə  nail  olmaq  olar.  Bu  məqsədlə 

müntəzəm olaraq qarayaraya görə epizootik 

vəziyyəti  öyrənmək  lazımdır.  Xəstəliyə 

qarşı  görüləcək  tədbirlərin  kecikdirilməsi 

külli  miqdarda  mal-qaranın  tələf  olmasına 

səbəb  ola  bilər.  Buna  görə  də  heyvan 

sahibləri  və  mal-qaraya  baxan  işçilər,  hey-

van  qəflətən  öldükdə,  onun  bə dənində  tez 

böyüyən  şişlər  əmələ  gəl dikdə,  qanla  qarı-

şıq ifrazat və ya bərk sancı olduqda dərhal 

baytar işçilərinə məlumat verməlidirlər.

Yaddan  çıxarmaq  olmaz  ki,  qarayaraya 

qarşı  aparılan  mübarizənin  mü vəffəqiyyəti 

xəstəliyi vaxtında müəyyənləş dirib ona düz-

gün  diaqnoz  qoymaq  və  lazımi  tədbirlər 

görməkdən ibarətdir.


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin