Məmmədov N. R.,Aslanov Z. Y.,Seydəliyev İ. M.,Hacızalov M. N.,Dadaşova K. S



Yüklə 7,93 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix24.05.2020
ölçüsü7,93 Mb.
#31490
1   ...   14   15   16   17   18   19   20   21   ...   46
Zabit-Aslanov metrologiya


Elektron-şüa  boruları.    Sadə  birşüalı  boru 

içərisindəki hava sorulub çıxardılan şüşə balondan ibarətdir 



182 

 

və onun içərisində qızdırılan katod K, modulyator  (tor) M, 



fokuslayıcı  anod  A1,  sürətləndirici  anod  A2,  iki  cüt 

qarşılıqlı-perpendikulyar  meyiletdirici  lövhələr  ML

və 


ML

Y

 



(üfüqi 

və 


ş

aquli 


meyiletdirici 

lövhələr) 

yerləşdirilmişdir (şək. 5.14). 

 

Şə



k. 5.14. Elektron-şüa borusunda şüanın 

 idarə edilməsi sxemi 

 

 Balonun  dibinin  daxili  səthi  (ekran  E)  elektron 



bombardmanının  təsiri  ilə  işıqlanma  qabiliyyəti  olan 

lüminoforla  örtülmüşdür.  K,  M,  A1,  A2  elektrodları  birlikdə 

elektron  top  adlanır.  Konstruktiv  cəhətdən  bu  elektrodlar 

borunun 


oxu 

boyunca 


yerləşən 

silindrlər 

şə

klində 


hazırlanmışdır. Elektron topu ensiz elektron dəstəsi - elektron 

ş

üası  buraxır.  Bunun  üçün  torun  elektrodlarına  idarəedici 



gərginlik verilir (bax şək. 5.14), burada EŞİD elektron şüasını 

idarəetmə  dövrəsidir.  Elektron  şüasının  intensivliyini 

modulyatorun  katoda  nəzərən  mənfi  gərginliyini  dəyişməklə 

tənzimləyirlər. Bununla lüminoforun işıqlanmasının parlaqlığı 

dəyişdirilir. Birinci anoddakı gərginlik elektron selini borunun 

ekranında  kiçik  ölçüdə  işıqlanan  ləkə  almağa  imkan  verən 

ensiz  şüa  şəklində  fokuslayır.  İkinci  anoda  elektronları 

lüminoforu işıqlandırmaq üçün lazım olan qədər sürətləndirən 



183 

 

yüksək  müsbət  gərginlik  verilir.  Formalaşan  elektron  şüası 



ML

və ML



Y

 meyiletdirici lövhələr cütünün arasından keçir və 

bu lövhələrə tətbiq edilən gərginliklərin təsiri ilə uyğun olaraq 

X  və  Y  koordinat  oxları  üzrə  meyil  edir.  Bununla  da  işıqlı 

ləkənin  borunun  ekranında  yeri  dəyişdirilir.  Şək.  5.14-də 

həmçinin Y oxu üzrə şüanın başlanğıc vəziyyətə qoyulmasının 

sadələşdirilmiş  idarəetmə  sxemi  göstərilmişdir  (X  oxu  üzrə 

idarəetmə  analojidir).  Dəyişən  rezistorun  («Sürüşmə  Y») 

hərəkətli kontaktının vəziyyətini dəyişməklə Y lövhələrindəki 

gərginliyi dəyişmək, bununla da  ekran  üzərində şüanın  yerini 

dəyişmək olur.  

Kiçik  təkrarlanma  tezlikli  sürətli  prosesləri,  yaxud 

birqat  impulsları  tədqiq  edərkən  elektron  şüası  lüminoforu 

kifayət  qədər  həyəcanlandırmağa  imkan  tapmır  və  nəticədə 

işıqlanmanın parlaqlığı lazımi qədər olmaya bilir. Ona görə 

də müasir  elektron-şüa borularında böyük müsbət gərginlik 

verilən  üçüncü  anodun  A3  köməyi  ilə  elektronların  əlavə 

gücləndirilməsi tətbiq olunur. 

Ossilloqrafik elektron-şüa boruları həssaslıq, buraxma 

zolağı,  işıqlanmadan  sonrakı  müddət,  ekranın  işçi  sahəsi, 

lüminoforun  işıqlanma  rəngi  və  digər  xarakteristikalarla 

səciyyələnir. 

Borunun  həssaslığı 

B

B

B

U

l

=

,  burada 



B

l

-şüanın 


borunun  ekranında  meyil  etməsidir  ki,    onu    meyiletdirici 

lövhələrə  verilən 



B

U

  gərginliyi    yaradır.  Adətən 



V

mm

S

B

5

5



,

0 −


=

. Gərginliyin tezliyinin artması ilə borunun 

həssaslığı  azalır.  Borunun  buraxma  zolağının  yuxarı  tezliyi 

elə  bir  tezliyə  bərabərdir  ki,  bu  tezlikdə  onun  həssaslığı 



B

S

707


,

0

  qiymətinə  kimi  (3dB)  azalır,  burada 



B

S

-kiçik 


tezliklərdə  həssaslıqdır.  Nəzərdən  keçirilən  elektron-şüa 

borularında yuxarı tezlik təxminən 100MHs təşkil edir. 



184 

 

Ekranın  işıqlanmadan  sonrakı  müddəti  elektron 



ş

üasının  təsirinin  kəsildiyi  andan  təsvirin  parlaqlığı  ilk 

ə

vvəlki parlaqlıgın 1%-ni təşkil edən ana kimi keçən vaxtla 



xarakterizə olunur. İşıqlanmadan sonrakı müddəti uzun olan 

(0,1 san-dən böyük) borular qeyri-periodik və yavaş dəyişən 

siqnalları  müşahidə  etməyi  asanlaşdırır.  Xüsusi  yadda 

saxlayan borular siqnalın təsirini bir neçə dəqiqədən bir neçə 

sutkaya kimi zaman intervalında saxlamağa imkan verir. 

Ekranın işçi sahəsi borunun diametri ilə müəyyənləşir. 

Diametri  70  mm  və  daha  böyük  olan  borular  buraxılır. 

Lüminoforun  tipi  ekranın  işıqlanmasının  rəngini  müəyyən 

edir.  Adətən  yaşıl  işıqlanma  rəngli  ekranlar  tətbiq  olunur. 

Ossilloqrafın  ekranından  təsvirin  fotoşəklini  çəkilmək  üçün 

mavi rəngdə işıqlanan ekranlar istifadə edilir.  

Müasir  ossilloqraflarda  həm  də  daha  mürəkkəb, 

xüsusilə  birdəfəyə  iki  və  daha  çox  siqnalları  müşahidə 

etmək  üçün  çoxşüalı  borular,  ifratyüksəktezlikli  rəqsləri 

müşahidə etmək üçün qaçan dalğa xətli borular və s. tətbiq 

olunur. 


Ossilloqrafın  quruluşu  və  iş  prinsipi.  Ossilloqrafın 

sadələşdirilmiş  funksional  sxeminə  daxildir  (şək.  5.15): 

elektron-şüa borusu EŞB, giriş gərginlik bölücüsü GB, ilkin 

gücləndiricidən  IG,  gecikdirmə  xəttindən  GX  və  çıxış 

gücləndiricisindən 

ÇG 


ibarət 

ş

aquli 



meyiletdirmə 

gücləndiricisi  ŞMG,  sinxronlaşdırma  bloku  SB,  açılış 

generatoru  AG,    üfüqi  meyiletdirmə  gücləndiricisi  ÜMG, 

amplitud AK və müddət MK kalibratorlatorları.  

Tədqiq olunan siqnal giriş gücləndiricisindən və şaquli 

meyiletdirmə  gücləndiricisindən  ibarət  şaquli  meyiletdirmə 

kanalının Y girişinə verilir. ŞMG-nin çıxış gərginliyi şaquli 

meyiletdirici  lövhələrə  daxil  olaraq,  elektron  şüasının 

boruda  Y oxu boyunca meyillənməsini idarə edir. Ekranda 

təsvirin  tələb  edilən  ölçüsünü  almaq  üçün  şaquli 

meyiletdirmə kanalında giriş siqnalını borunun həssaslığının 

müəyyən  etdiyi  lazımi  qiymətə  kimi  gücləndirirlər  (və  ya 



185 

 

kiçildirlər).  Gərginlik  bölücüsünün  və  şaquli  meyiletdirmə 



gücləndiricisinin 

ardıcıl 


qoşulması 

tədqiq 


olunan 

gərginliklər  üçün  xeyli  diapazon  təmin  edir.  ŞMG-nin  əsas 

gücləndirməsi  ilkin  gücləndirici  İG  ilə  təmin  olunur,  çıxış 

gücləndiricisi  ÇG  isə  gücləndirilən  siqnalın  meyiletdirici 

lövhələrə  verilən  idarəedici  gərginliyə  çevrilməsinə  xidmət 

edir. 


 

 

Şə



k. 5.15. Elektron-şüa ossilloqrafının funksional sxemi 

 

Y  girişinə  dəyişən  gərginlik  verildikdə  elektron-şüa 



ossilloqrafın  ekranında  şaquli  xətt  çəkir.  Tədqiq  olunan 

siqnalın zamana görə açılmış təsvirini almaq üçün şüanın X 

oxu  boyunca  bərabər  sürətlə  sürüşdürülməsi  (açılışı)  -  xətti 

açılış  lazımdır.  Bu,  ML

X

  meyiletdirici  lövhələrə  xətti 



dəyişən  gərginlik  verməklə  həyata  keçirilir.  Şək.5.16-da 

xətti  dəyişən  (mişarvari)  gərginliyin  forması  göstərilmişdir. 

O,  düzünə    gedişə  t

düz

 

  (açılış  müddəti)  və  əks  gedişə  t



ə

ks

 

malikdir.  



 

Şə

k. 5.16.  Xətti açılış gərginliyinin forması 



186 

 

 



Təsvirin açılış prinsipi şək. 5.17-də göstərilmişdir.  

 

 



 

Şə

k. 5.17. Xətti açılış zamanı ossilloqramın alınmasını 



 izah edən zaman diaqramları 

 

Burada  ML



  və  ML


Y

  lövhələrinə  verilən 



x

u

  və 


y

u

 

gərginliklərinin  dəyişmə  əyriləri  və  ossilloqrafın  ekranında 



bu  zaman  alınan  təsvir  verilmişdir.   

4

1−



4

1





  rəqəmləri 

ilə  zamanın  müvafiq  anlarında  əyrilərin  nöqtələri  işarə 

edilmişdir.  Şək.  5.17-dən  görünür  ki, 

x

u

  və 


y

u

 

gərginliklərinin  periodu  bərabər  olduqda  ekranda  tədqiq 



olunan  siqnalın  bir  periodunun  hərəkətsiz  təsviri  alınır. 

Mişarvari  gərginliyin   



x

u

  periodunu  n  dəfə  artırdıqda 

ekranda tədqiq olunan siqnalın n periodu görünür.  

Açılış gərginliyini 



AG

u

 açılış generatoru AG hasil edir. 

Açılış gərginliyinin real əyrisi (bax şəkil 5.16) düz  t

düz

 

 və 



ə

ks  t

ə

ks

  gediş  müddətinə  -  şüanın  başlanğıc  vəziyyətə 

qayıtma  müddətinə  malikdir.  Əks  gediş  zamanı  elektron 

ş

üanın  ossilloqrafın  ekranında  xətlər  çəkməməsi  üçün  onu 



187 

 

modulyatora  mənfi  impuls  verməklə  bu  müddət  ərzində 



söndürürlər.  Siqnalların  geniş  tezlik  diapazonunda  tədqiqi 

mişarvari  gərginliyin  tezliyini  açılış  generatorunda 

dəyişməklə təmin edilir. Bu, tədqiq olunan siqnalları lazımi 

zaman  miqyasında  müşahidə  etməyə  imkan  verir. 

Generatorun çıxış gərginliyi EŞB-də elektron şüasının idarə 

edilməsi və tələb edilən ölçüdə təsvirin alınması üçün zəruri 

olan qiymətə kimi ÜMG-də gücləndirilir. 

Ossilloqrafın  ekranında  dayanıqlı  təsvir  almaq  üçün 

mişarvari  açılış  gərginliyinin  tezliyi  tədqiq  edilən  siqnalın 

tezliyinin  misillərində  olmalıdır. 



x

u

  və 


y

u

  gərginlik 

tezliklərinin  dəqiq  misillərdə  olmasını  praktiki  olaraq 

saxlamaq  kifayət  qədər  mürəkkəbdir.  Buna  səbəb  açılış 

generatorunun  AG  tezliyinin  «getməsi»  və  tədqiq  olunan 

siqnalın  tezliyinin  dəyişməsidir.  Bu,  siqnalın  təsvirinin 

dayanıqsızlığına gətirib çıxarır. Təsvirin dayanıqlığını təmin 

etmək  üçün  ossilloqrafda  sinxronlaşdırma  bloku  SB  vardır 

(bax  şəkil  5.15).  Həmin  blok  açılış  generatorunun  AG 

tezliyini  tədqiq  olunan  prosesin  tezliyinə  uyğun  olaraq 

dəyişdirir  (müəyyən  hədd  daxilində).  Bunun  üçün  siqnal 

ş

aquli  meyiletdirmə  kanalından  sinxronlaşdırma  blokuna 



verilir. Onun çıxışında açılış generatorunu idarə etmək üçün 

tədqiq olunan siqnalın dəyişməsi ilə sinxron impulslar hasil 

olunur.  Həmin  impulslar  onu  giriş  siqnalının  tezliyinin 

misillərinə  bərabər  olan  tezlikdə  işləməyə  məcbur  edir. 

Açılış generatorunun belə iş rejimi fasiləsiz iş rejimi adlanır 

və periodik siqnalları müşahidə edərkən tətbiq olunur. 

İ

mpulsların  qeyri-periodik  ardıcıllığını  və  ya  tək-tək 



impulsları tədqiq edərkən AG-nin fasiləsiz iş rejimi ekranda 

zaman  oxu  boyunca  impulsların  təsvirinin  vəziyyətinin 

qeyri-müəyyənliyinə  səbəb  olur.  Bu  halda  generatorun 

gözləyən  iş  rejimi  tətbiq  edilir:  AG  ancaq  tədqiq  olunan 

siqnal  gələndə  mişarvari  impuls  hasil  edir.  Belə  rejimdə 

impulsların  təsvirinin  ekranda  dayanıqlı  vəziyyəti  təmin 



188 

 

edilir.  AG-nin  gözləyən  rejimi  şəkil  5.18-də  təsvir  olunub. 



Burada 

giriş 


impulsları 

y

u

(şəkil 


5.18,a), 

açılış 


generatorunun  mişarvari  impulsları 

AG

u

  (şəkil  5.18,b)  və 

ossilloqrafın ekranındakı təsvir (şəkil 5.18,c) göstərilmişdir. 

 

 



 

Şə

k.5.18. Gözləyən açılış zamanı siqnalların təsvirinin alınmasını izah 



edən zaman diaqramları: a-

y

u

giriş impulsları; b-



AG

u

 mişarşəkilli 

impulslar; c-ossilloqrafın ekranında təsvir 

 

Ossilloqraflarda  açılış  generatorunun  AG  xarici 



mənbədən  işə  salınmasının  mümkünlüyü  də  nəzərdə 

tutulmuşdur  (xarici  sinxronlaşdırma).  Bunun  üçün  xüsusi 

“Sinxronlaşdırma  girişi”  kimi  giriş  və  A2  açarı  vardır  (bax 

şə

k. 5.15). 



İ

mpuls 


siqnallarının, 

xüsusilə 

qeyri-periodik 

siqnalların tədqiqi bir sıra xüsusiyyətlərə malikdir. Məsələn, 

açılış  generatoru  ətalətli  olduğundan  işəsalma  impulsuna 

nisbətən  müəyyən  qədər  zamana  görə  gecikmiş  (



AG

t

mişarvari  impulslar  hasil  edir.  Bu  da  impulsun  başlanğıc 



hissəsinin  ekranda  zamana  görə  açılmamasına  səbəb  ola 

bilər  (şəkil  5.19,a).  Belə  təhrifləri  aradan  qaldırmaq  üçün 

ş

aquli meyiletdirici kanalda gecikdirmə xətti GX vardır. O, 



ML

Y

  lövhələrinə  verilən  siqnalın    hər  hansı  bir 



AG

g

t

>

 

müddətində  zamana  görə  sürüşməsini  (gecikməsini)  həyata 



keçirir  (şək.  5.19,b,  burada 

GX

u

-  GX-nin  çıxışında 



189 

 

gərginlikdir).  Belə  gecikdirmə  ossilloqrafın  ekranında 



başlanğıc  hissə  də  daxil  olmaqla  bütöv  impulsun  təsvirini 

almağa  imkan  verir.  Periodik  prosesləri  tədqiq  etmək  üçün 

nəzərdə  tutulan  aşağıtezlikli  ossilloqraflarda  gecikdirmə 

xətti olmaya bilər. 

 

 

Şə



k. 5.19. Gecikdirmə xəttinin təyinatını izah edən 

 zaman diaqramları (a, b

 

Ossilloqrafın  funksional  imkanlarını  genişləndirmək 



üçün  elektron  şüasını  idarə  etməyə  imkan  verən  əlavə 

girişlər  vardır.  Bir  çox  ossilloqraflarda  şüanın  X  oxu 

boyunca  meyil  etməsinin  xarici  gərginliklə  idarə  olunma 

imkanı  nəzərdə  tutulmuşdur.  Bunun  üçün  ossilloqraflarda 

xarici  idarə  edən  gərginlik  verilən  “X  girişi”  və  baxılan 

halda aşağı (sxemə görə) vəziyyətə qoyulan dəyişdirici açar 

A3  vardır  (bax  şəkil  5.15).  Ossilloqraflarda  həmçinin  “X 

lövhələrinin girişi” və “Y lövhələrinin girişi” sıxacları vardır 

ki,  onlar  elektron-şüa  borusunun  lövhələrinə  bilavasitə 

xarici 


gərginlik 

verməyə 


imkan 

yaradır. 

Bəzi 


190 

 

ossilloqraflarda Z girişi olur. O, bölücü kondensator (yaxud 



xüsusi  gücləndirici)  vasitəsilə  elektron-şüa  borusunun 

modulyatoruna  M  birləşdirilir.  Həmin  girişə  gərginlik 

impulsları  verməklə  ekranda  təsvirin  işıqlanma  parlaqlığını 

modullaşdırmaq  (dəyişmək)  olur.  Bu,  məsələn,  lazımi 

zaman  anlarında  Z  girişinə  impulslar  verməklə  təsvirdə 

xarakterik nöqtələri qeyd etməyə imkan verir. 

Tədqiq  edilən  siqnalların  amplitud  və  zaman 

parametrlərini  ölçərkən  adətən  ekranda  siqnalın  təsvirinin 

müvafiq həndəsi öçülərini ölçürlər və kanalların həssaslığını 

səciyyələndirən  meyiletdirmə  əmsallarının  və  açılış 

ə

msallarının  köməyilə  bu  parametrlərin  qiymətlərini  təyin 



edirlər. 

Ölçmələrin 

dəqiqliyini 

yüksəltmək 

üçün 

ossilloqraflar 



amplitud 

(AK) 


və 

müddət 


(MK) 

kalibratorlarına 

malik 

olur. 


Həmin 

kalibratorlar 

meyiletdirmə  əmsallarının  və  açılış  əmsallarının  nominal 

qiymətlərinə  nəzarət  etməyə  və  onların  qiymətini  qoymağa 

imkan  verir.  Kalibratorlar  daha  çox  amplitud  və  tezlik 

qiymətləri  məlum  olan  düzbucaqlı  impuls  generatorları 

şə

klində  olur.  Meyiletdirmə  əmsallarını  yoxlamaq  üçün  A1 



açarı  (bax  şəkil  5.15)  “Kalibrləmə”  vəziyyətinə  qoyulur. 

Ş

MG-də  gücləndirməni  dəyişməklə  ekranda  şüanın 



normalaşdırılmış  meyiletməsi  əldə  edilir,  bu  da  müvafiq 

meyiletdirmə  əmsalının  qoyulmasına  gətirib  çıxarır. 

Kalibrləmə  impulsunun  perioduna  görə  açılış  əmsalının 

normalaşdırılmış qiymətini yoxlamaq və qoymaq olur. Bəzi 

ossilloqraflarda  MK  çıxışı  ölçmə  zamanı  EŞB-un 

modulyatoruna  qoşulan  stabil  tezlikli  generatordur. 

Generatorun  siqnalı  ekranda  növbələşən  işıqlı  və  tutqun 

sahələr yaradır. MK-ın tezliyini bilməklə onların sayına görə 

tədqiq  edilən  siqnalların  zaman  parametrlərini  təyin  etmək 

olur.  


Ossilloqrafların  əsas  metroloji  xarakteristikaları. 

Meyiletdirmə  əmsalı

 

u

m

  -  giriş  siqnalı  gərginliyinin  şüanın 

həmin gərginliyin yaratdığı meyillənməsinə (şkala bölgüləri 



191 

 

ilə)  nisbətidir.  Daha  geniş  yayılmış  ossilloqraflarda 



meyiletdirmə  əmsalı   

böl

mkV

50

-dən   



böl

V

10

-dək 



diapazonda  yerləşir.  Meyiletdirmə  əmsalı  həssaslığın  tərsi 

olan parametrdir.  



Buraxılış zolağı 

 -  elə bir tezlik diapazonudur ki, onun 

hədləri  daxilində  meyiletdirmə  əmsalı  onun  hər  hansı  orta 

(dayaq)  tezlikdəki  qiymətinə  nisbətən  3  dB-dən  çox 

olmayaraq (təqribən 30%) dəyişir. Aşağıtezlik ossilloqrafları 

üçün  buraxılış  zolağı  0-dan  1-5  MHs-dək  diapazonda 

yerləşir;  universal  ossilloqraflar  üçün  yuxarı  tezlik  onlarla 

meqahersə, yüksəktezliklilər üçün yüzlərlə meqahersə çatır.  



Keçid  xarakteristikasının  artma  müddəti  və  maksimal 

artma 

-  impuls  siqnallarını  ölçmək  üçün  keçid 

xarakteristikasının vacib parametrləridir.  

Açılış əmsalı 

t

m

 - zamanın, bu müddət ərzində şüanın 

açılış  gərginliyinin  yaratdığı  meyillənməsinə  nisbətidir. 

Ossilloqraflar  adətən  açılış  əmsalının  geniş  dəyişmə 

diapazonuna  malik  olur.  Məsələn,  C1-65  ossilloqrafında 

açılış  gərginliyi 

böl

mksan

01

,



0

-dən 


böl

san

05

,



0

-dək 


diapazonda  yerləşir.  Açılış  əmsalı  siqnalın  X  oxu  boyunca 

yerdəyişmə sürətinin tərsi olan parametrdir.  

Gərginliyin və zaman intervallarının ölçülməsinin əsas 

xətaları   

ossilloqrafın  girişinə  sinusoidal  və  ya  düzbucaqlı 

standart  siqnal  verildikdə  müvafiq  parametrlərin  maksimal 

buraxıla bilən ölçmə xətaları ilə müəyyənləşir. Bu xətaların 

qiymətlərindən asılı olaraq dörd dəqiqlik sinifli osilloqraflar 

buraxılır. Onlar 3, 5, 10, 12%-dən çox olmayan əsas ölçmə 

xətalarına malik olur. 

Ə

ksər  hallarda  ölçmələrin  əsas  xətalarının  əvəzinə 



meyiletmələr  əmsalının  və  açılış  əmsalının  əsas  xətaları

həmçinin 



meyiletmənin 

və 

açılışın 

qeyri-xəttiliyi

 

normalaşdırılır. 



192 

 

Ossilloqrafın  girişlərinin  parametrləri

  giriş  aktiv 

müqaviməti 



gir

R

 və giriş tutumu



gir

C

 ilə təyin edilir. Adətən  



MOm

R

gir

1

>





gir

C

 isə onlarla pikofarad təşkil edir. Yüksək 

tezlikli  ossilloqraflarda 

gir

C

  bir  neçə  pikofarad  təşkil  edir. 

Ossilloqraflar  digər  parametrlərlə  də  xarakterizə  edilir, 

məsələn,  maksimal  buraxıla  bilən  giriş  gərginliyi,  ekranın 

işçi hissəsinin ölçüləri, tələb edilən güc, xarici ölçülər, çəki 

və s. 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

193 

 

Fəsil 6 



RƏQƏMSAL ÖLÇMƏ QURĞULARI 

 

6.1. Ümumi  məlumatlar 

 

Hazırda rəqəmsal ölçmə qurğuları (RÖQ) geniş tətbiqə 

malikdir.  RÖQ  rəqəm  formasında  (kod  şəklində)  ölçmə 

informasiyalı  siqnalları  avtomatik  hasil  edən  ölçmə 

vasitələridir.  Nəticənin  rəqəm  formasında  təqdim  edilməsi 

göstərişlər 

hesablanarkən 

nəticənin 

təyin 

edilməsi 



probleminin  həllinə  imkan  verir.  Bu  da  subyektiv  xətaları 

azaldır və ölçmə prosesini sürətləndirir. RÖQ analoq ölçmə 

vasitələri (ÖV) ilə müqayisədə daha yüksək dəqiqlik almağa 

imkan  verir.  RÖQ-in  üstünlüklərindən  biri  budur  ki,  əldə 

edilən  ölçmə  informasiyasının  böyük  massivlərinin 

toplanması, 

ötürülməsi, 

saxlanması, 

emalı 

müasir 


kompyuter  texnologiyalarından  istifadə  etməklə  həyata 

keçirilə bilir.  

RÖQ  təyinatına  görə  rəqəmsal  ölçmə  cihazlarına 

(RÖC)  və  analoq-rəqəmsal  çeviricilərinə  (ARÇ)  bölünür. 

RÖC-ün  çıxış  siqnalı  rəqəmsal  hesabat  qurğusunda  (RHQ) 

ə

ks  olunan  onluq  ədəd  şəklində  təqdim  olunur.  ARÇ-nin 



çıxış  siqnalı  kod  şəklində,  adətən  ikili  kod  şəklində  təqdim 

olunur. Rəqəmsal-analoq çeviriciləri (RAÇ) RÖC və ARÇ-

nin  qovşaqları,  həmçinin  avtomat  qurğular  kimi  istifadə 

edilir.  Onlar  kodun  analoq  kəmiyyətinə  çevrilməsi  üçün 

nəzərdə tutulmuşdur. 

RÖQ-in  işinin  əsasını    analoq-rəqəmsal  çevirmə 

prinsipi  təşkil  edir.  Bu  prinsipin  mahiyyəti  zamanın  qeyd 

olunan 


i

t

anlarında 

analoq 

ölçülən 


kəmiyyətinin 

qiymətlərinin  müvafiq  kod  kombinasiyası  (ədədi) 

( )

i

t

N

  ilə 


təqdim  edilməsidir.  Çevirmə  prosesində  zamana  görə 

diskretləmə və səviyyəyə görə kvantlama həyata keçirilir. 



194 

 

Analoq-rəqəmsal  çevirməsinin  prinsipi  şək.  6.1-də 



aydınlaşdırılır. 

Diskretləmə  nəticəsində  ölçülən  analoq  kəmiyyəti 

( )

t

X

  zamanın  müəyyən 



i

t

anlarında  özünün  qiymətləri 

(hesabatlar)  ardıcıllığına   

( )


{

}

i



t

X

  çevrilir,  yəni  elə 

kəmiyyətə  çevrilir  ki,  onun  qiymətləri  ancaq  zamanın 

müəyyən anlarında 

( )

t

X

-nin müvafiq qiymətləri ilə üst-üstə 

düşür.  Qonşu  hesabatlar  arasındakı  müddət  diskretlənmə 

addımı

  

0



T

 adlanır. O, sabit və dəyişən ola bilər.  

 

 

Şə



k.  6.1. Analoq-rəqəmsal çevirməsinin prinsipi 

 

Səviyyəyə görə kvantlama zamanı ölçülən kəmiyyətin 



min

X

-

max



X

  dəyişmə  diapazonunda  məlum  qiymətlər-

kvantlama  səviyyələri  sırası 

kn

k

k

X

X

X

...,


,

,

2



1

  verilir.  Qonşu 

kvantlama səviyyələri arasındakı fərq adətən sabit seçilir və 

səviyyəyə  görə  kvantlama  addımı,  yaxud  kvant  q 

adlandırılır.  Kvantlama  səviyyələrinin  qiymətlərini  Nq  

şə

klində  göstərmək  olar,  burada  N  tam  ədəddir  (kvantlama 



səviyyəsinin 

nömrəsi), 



const

=

Səviyyəyə 



görə 

kvantlama  əməliyyatı  analoq  kəmiyyətləri  olan 

( )

i

t

X

 

hesabatlarının  qiymətlərini  yaxın  kvantlama  səviyyələrinin 



qiymətləri ilə eyniləşdirilməsindən ibarətdir. 

195 

 

 Eyniləşdirmənin üç üsulu vardır: 



• yaxin kiçik, yaxud bərabər kvantlama səviyyəsi ilə ; 

• yaxin böyük, yaxud bərabər kvantlama səviyyəsi ilə; 

• yaxin, yaxud bərabər kvantlama səviyyəsi ilə. 

ARÇ-nin  son  nəticəsini  təqdim  etmək  üçün 



i

t

  zaman 


anında   

( )


i

t

N

  kvantlama  səviyyəsinin  mömrəsi  qeyd  edilir 

(tam  ədəd  şəklində)  və  kod  şəklində  verilir.  Ölçmənin 

nəticəsi kimi 

( )

q

t

N

i

 qiyməti qəbul edilir. 



Yüklə 7,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin