Mektebdaxili qiymet-nin aparilmasi barede telimat



Yüklə 99,41 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix24.03.2022
ölçüsü99,41 Kb.
#54109
1   ...   8   9   10   11   12   13   14   15   16
             Zəif 

            Orta 

                    Yüksək 

Hərəkətin icrası qüsurludur.  

Hərəkətin icrasında kiçik 

qeyri-dəqiqliyə yol verir. 

Hərəkətləri nümunələrə müvafiq 

icra edir.  



 

Nümunə: 

1.  Hərəkətin icrası qüsurludur.  

2.  Hərəkətin icrasında kiçik qeyri-dəqiqliyə yol verir. 

3.  Hərəkətləri nümunələrə müvafiq icra edir. 

 

 

                                                       6. Summativ  qiymətləndirmə 

 

6.1. Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. 

6.2.Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda  müəllim tərəfindən, böyük 

summativ  qiymətləndirmə  isə  yarımillərin  sonunda  ümumi  təhsil  müəssisəsinin  

rəhbərliyinin  və  ya  orada  yaradılan  müvafiq  komissiyanın  nəzarəti    ilə  fənni  tədris  edən 

müəllim  tərəfindən  aparılır.  Yekun  qiymətləndirmə  təhsil  səviyyələrinin  sonunda  buraxılış 

imtahanları şəklində aparılır. 

6.3. Summativ qiymətləndirmələrin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. 

6.4. Kiçik  summativ  qiymətləndirmə  fənn  kurikulumları  tətbiq  olunan  siniflərdə  bəhs  və  ya 

bölmələrin  sonunda  altı  həftədən  gec  olmayaraq  müəllim  tərəfindən  keçirilir.  Onun 

nəticələri   yarımillik qiymətlərin  hesablanmasında nəzərə alınır. 



 

10

6.5. Kiçik  summativ  qiymətləndirmənin  keçirilməsi  üçün  vaxt  fənni  tədris  edən  müəllim 

tərəfindən  müəyyənləşdirilərək  qiymətləndirmə  vasitələri  hazırlanır.  Böyük  summativ 

qiymətləndirmə  vasitələri  isə  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyinin  tövsiyələri 

əsasında  yerli  təhsili  idarə  edən  orqanlar  və  ümumi  təhsil  müəssisəsi    rəhbərliyinin  təşkil 

etdiyi komissiya tərəfindən hazırlanır. 



6.6. Kiçik  summativ  qiymətləndirmə  bir  dərs  saatı    və  ya  dərs  saatının  bir  hissəsində  aparıla 

bilər. Bu  müddət  fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. 



6.7. Yarımillərin    sonunda  böyük  summativ  qiymətləndirmənin    bir  dərs  saatı  ərzində 

keçirilməsi illik planlaşdırmada  nəzərdə tutulur. 




Yüklə 99,41 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin