167
makrohematuriya baş verir. Proqnoz qənaətbəxşdir,
amma NS və ya
hipertenziya olduqda pisləşir. Bəzi ölkələrdə (məsələn, Yaponiyada)
İgA – nefropatiya – ən çox, təsadüf olunan qlomerulonefritdir.
5. Mezangiokapillyar QN – mezangial hüceyrələrin güclü
proliferasiyası, onların yumaqcığa genişlənməsi nəticəsində yumaq-
cığın xarakterik paylı şəklə düşməsi və bazal membranın ikiləşməsi
baş verir. Bu forma virus C hepatit ilə əlaqəli ola bilər və həmçinin
krioqlobulinemiya ilə əlaqədar müşahidə olunur.
Proteinuriya
və hematuriya xarakterikdir, hipertenziya və NS da
tez-tez təsadüf olunur. Bu variant QN-nın ağır forması sayılır, çünki
müalicəyə pis cavab verir, daim proqress edən gedişə malik olub,
XBÇ inkişaf edir.
Sürətli proqressedən QN. Kəskin və xroniki QN başqa,
az halda
təsadüf olunan sürətli proqress edən QN (SPQN) (yarım kəskin)
yumaqcıqda «ayparalarla» və sürətlə proqress edən böyrək
çatışmazlığı ilə xarakterizə olunur. SPQN infeksiyadan, üzvi
həlledicilərlə təmasdan sonra meydana çıxa bilir, amma sistem
vaskulit və qırmızı qurd eşənəyindən sonra xəstəlik daha tez-tez baş
verir. Proqnoz çox ciddi olub, ancaq
massiv immunodepressiv
terapiya xəstəliyin qarşısını ala bilir.
Bu formalar arasında keçid variantlar da müşahidə olunur. Bütün
tiplərdə yumaqcıq dəyişiklikləri ilə yanaşı kanalcıqlarda da epiteli-
nin distrofiyası, degenerasiyası, atrofiyası və interstisiyada dəyişik-
liklər aşkar edilə bilər. Nefrotik sindrom zamanı proksimal kanalcıq-
larda genişlənmə, epitelinin ödemi, atrofiyası və yaxud nekrozu, də-
nəvər, hialin-damcı, yaxud vakuol distrofiya baş verir.
Qlomerulonefritin terminal mərhələsində böyrəklərin ölçüləri
xeyli azalmış,
səthi dənəvər, qabıq maddə nazilmiş olur – ikincili
büzüşmüş böyrək qeyd olunur. Histoloji tədqiqat zamanı yumaqcıq-
ların boşalması, kanalcığın atrofiyası meydana çıxır. Zədələnməmiş
yumaqcıqlarda kapillyar ilgəklərin hialinozu müşahidə olunur. Hər
bir morfoloji tipə uyğun qlomerulonefritin klinik təzahürü aşkar
edilir.