Kriminalistik ekspertizanın predmeti və tədqiqat obyektləri
Göstərilən kriminalistik ekspertizalardan başqa, bəzi ekspertiza işlərində məhkəmə fototexniki ekspertizası da aparılır. Bu ekspertiza foto və kini aparatlarının, plyonkaların, fotokağızların eyniləşdirilməsi, eləcədə çəkiliş şəraitinin öyrənilməsi məqsədi ilə aparılır.
Bəzi alimlər (məs. prof.A.R.Şlyaxov) kriminalistik ekspertizanın aşağıdakı növlərini də ayırır:
lak və boya materiallarının ekspertizası. Bu ekspertiza rənglənmiş obyektlərin eyniləşdirilməsi, lak və boyanın növünün və alınma mənbəyinin müəyyən edilmə məqsədi ilə aparılır;
polimer materiallarının və məmulatların ekspertizası;
məmulatların eyniliyi və qarşılıqlı tamasda olma faktının müəyyən edilməsi məqsədi ilə mikrohissəciklərin kriminalistik ekspertizası;
metal və onun ərintilərinin eyniləşdirilməsi, obyektlərin alınma mənbələrinin müəyyən edilməsi məqsədi ilə aparılan kriminalistik ekspertiza;
narkotik maddələrin növünün və onların mənbəyinin müəyyən edilməsi məqsədi ilə aparılan kriminalistik ekspertiza.
Məhkəmə və istintaq təcrübələrinin ümumiləşdirilməsi göstərir ki, bu sinfə videofonoskopiya, partlayış-texniki, odoroloji, məhv edilmiş nömrə işarələrinin və markaların bərpa edilməsi daxildir.