MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə61/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
frazeoloji

Hey dön
ə-dönə açdı-tökdü yaddaşını; 
görsün yen
ə nə var: 
Gözl
əri – qan çanağı, 
Ağzı – qupquru. 
Barmaqları yazmaqdan qabar, 
Su ç
əkən burnu 
Darı dəmləyən qulaqlar (96, II, 184). 
 


          
 
 
142 
1960-1980-ci  ill
ərin  şeirindəki  frazeoloji  novatorluğun 
yaratdığı  poetik  təəssürat  öz  başlanğıcını  bədii  sözə  sənətkar 
m
əsuliyyətindən alır. Novatorcasına yaradılan ifadələr üslubi bir 
dövr 
şeirinin ləyaqətindən, dil gözəlliyindən danışmağa material 
verir.  Frazeoloji  birl
əşmələrə yaradıcı mövqedən yanaşma bədii 
fikr
ə təravətli forma gətirmək cəhdinin səmərəsidir və çox təbii 
haldır ki, frazeoloji novatorluq öz gözəllik yaratma imkanlarını 
şeirdə  tapır.  Bu  üslubi  əməliyyatı  ana  dilinə  məxsus  doğma 
deyim t
ərzinin şeirə geniş axınının təzahürü kimi qiymətləndiril-
m
əyə layiqdir. 
Sevindirici 
haldır  ki,  sabit  söz  birləşmələrinin  qəlibləri 
daxilind
ə təzə deyim formalarının axtarışları 1960-1980-ci illər 
üçün s
əciyyəvi olan üslubi dinamikanın vacib əlamətidir, obrazlı 
t
əfəkkürdə  əmələ  gələn  hərəkətin,  yeniləşmənin  poetik 
t
əzahürüdür. 
Nümun
ələrdən  aşkar  hiss  olunur  ki,  fərdi  yaradıcılıq  mə-
ziyy
ətlərinin  məhsulu  olan  ifadələrdə  saxta  novatorluq  əlaməti 
yoxdur. S
ənətkarlıq mükəmməlliyinin formalaşmasında həlledici 
xidm
əti aydın sezilən bu ifadələr şair niyyətini üslubi cəhətdən 
doğruldur və həqiqi yaradıcılıq ehtirasının qanunauyğun nəticəsi 
t
əəssüratını qətiləşdirir. 
Hikm
ətli sözlərin olduğu kimi saxlanılan misralar, əlbəttə ki, 
çoxluq  t
əşkil  edir.  Əksərən  şair  sabit  birləşmələrin  həm 
quruluşunu,  həm  də  lüğət  tərkibini  dəyişməli  olur.  Bu,  hər 
şeydən əvvəl, şeir dilinin əsas əlamətlərinin – vəzn və qafiyənin 
xatirin
ə həyata keçirilir. Elə hallar da olur ki, sənətkar bu və ya 
dig
ər  məzmunun,  konkret  mənanın  daha  tutarlı  ifadəsi  naminə 
eyni  frazeoloji  birl
əşmə  qəlibində, eyni  üslubi-məna  zəminində 
yeni  ifad
ələr  yaradır.  Bu,  ən  etibarlı  hikmət  yaradıcılığı 
modelidir. E.
Borçalı «Yarımçıqlar haqqında» adlı şeirində məhz 
bu  üsuldan  istifad
ə edərək «əyriyə əyri: düzə düz» frazeologiz-
min 
əsasında  orijinal  novator  ifadə  yaratmışdır.  Daha  sonra 
«
əyni qalın, beyni yalın» aforizmini də həmin motivin zəminində 
düşünüb meydana gətirmişdir. 


          
 
 
143 
 
Əyriyə dost, 
 
Düz
ə zalım 
 
 
yarımçıqlar. 
İşimizə qarışanda 
 
Əyni qalın 
 
 
beyni 
yalın 
 
 
 
yarımçıqlar. 
V
əzifəyə daraşanda (63, 134). 
Frazeoloji 
novatorluğa  xas  olan  estetik  dəyərlərdən  biri  də 
ondan  ibar
ətdir  ki,  o,  müəyyən  həddə  şeirin  dilini  şab-
lonçuluqdan,  mühafiz
əkarlıqdan  qoruyur,  donuq  birləşmələrin 
isinm
əsinə  və  bədii-üslubi  dirçəlişinə  yol  açır.  Bu  üslubi 
prosesin 
gedişatı poetik nəfəsdəki hərarət və təravətdən güc alır. 
Şeir mətni, şeir dilinin şərtilikləri frazeoloji novatorluq üçün 
münbit 
şərait yaradır və bu şəraitdə başqa bir bədiilik siqlətinin 
qaynağı – yeni bədii notlarda canlı ifadəsini tapan şair fərdiyyəti 
v
ə onun əlamət göstəricilərinin tündləşdirilməsi diqqətdən yayın-
mır. 
Frazeoloji birl
əşmələr kimi, frazeoloji novatorluğun özündə 
d
ə duzlu və təkrarolunmaz kolorit vardır. Yarandığı tarixi dəqiq 
bilm
ədiyimiz  bu  koloritli,  dadlı-duzlu  ifadələr  oxucu  qəlbində 
əks-səda yaradır, onun koloritindən, bədii şirinliyindən yaranan 
improvizasiya da özünd
ə söykəndiyi dil qəlibinin həm səslənmə 
– melodiya keyfiyy
ətlərini saxlayır, həm də bədii nitqdə yeniliyi, 
t
əzə  ifadə  tərzini  təmin  edir.  Bu  ifadələr  şeir  nitqindən  təcrid 
olunsa  bel
ə,  dilin  poetik  materialı  kimi  təravətlidir.  Çünki 
onların  cövhərində  müdriklərimizin  şairanə  düşüncələrinin  po-
zulmaz 
naxışları  vardır.  Onu  hiss  etməmək  mümkün  deyil  ki, 
onlar  b
ədii  nitq  şəraitində  olduqca  cazibədardır.  Məsələn, 
M
əmməd  Arazın  «Durnaları  dönməz  oldu»  şeirində  qafiyə 
mövqeyind
ə  dayanan  frazeologizmlərdən  yalnız  biri  –  «buz 
bağladı» xalq dilində işlənir. «Söz bağladı» (müqavilə, əhd-pey-


          
 
 
144 
man 
bağlamaq), «göz  bağladı» (gözləmək,  gözlərini  yollara 
dikm
ək) isə sırf frazeoloji novatorluq dur. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin