Məhəmməd Əmin Rəsulzadə


Bu ay, ulduz boyaların qurultayı nə demək



Yüklə 41,41 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü41,41 Kb.
#37540
1   2   3   4   5   6   7   8
Məhəmməd Əmin Rəsulzadə

Bu ay, ulduz boyaların qurultayı nə demək,

Bizcə belə söyləmək.

Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı.

Yaşıl boya- islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı.

Bu al boya - azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.
M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkələrində mühacirətdə qorudular, yaşatdılar.

Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1956-cı ildə üç azərbaycanlı vətəndaşımız (Cahid, Çingiz və Nazim) tərəfindən bir saatdan çox “Qız Qalası” üzərində dalğalandırıldı. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan 12-13 ilə qədər həbsə məhkum etdilər.

1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı.
DÖVLƏT RƏMZLƏRİNİN BƏRPASI
1. 29.11.1990-cı ildə “AzSSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 5.02.1991-ci ildə təsdiqləndi. AR Konstitusiyanın 23-cü maddəsinin 2-ci bəndində göstərilir: “Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.

2. Gerb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət gerbimizin rəngli və ağ-qara təsviri.



3. Himn. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Himnimiz Milli Məclisin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib.


M. Rəsulzadə inandığı adamların köməyi ilə Sarı Ələkbər adında çox etibarlı bir çobanın bələdçiliyi sayəsində qaranlıq gecədə gizli şəkildə Novxanını tərk edib Xızının Gimçi kəndinə, Seyid Zəki ağanın evinə pənah gətirir. Burada ağa öz oğlu ilə bərabər M. Rəsulzadəni Lahıc kəndinə göndərir (Rəsulzadənin kürəkəni Daməd hacı Müslümoğlu o kənddən idi).

M. Rəsulzadəni həbs etmək üçün Novxanaıya gələnlər onu orada tapmadıqlarından bütün yol boyu, vağzallarda axtarışa başlamışdılar. Bolşeviklərə işləyən yerli sakinlərdən biri (lahıclı Nəsrulla oğlu Əliabbas ) M. Rəsulzadənin Lahıcda olduğunu əlaqədar təşkilata bildirib. M. Rəsulzadə təqibdən qurtarmaq üçün 17 avqust 1920-ci il gecəsi Lahıcı tərk edib Aşıq Bayram kəndinə gedəndə (başqa bir məlumata görə, Qaraməryəmə gedəndə) “sayıq” bolşeviklər tərəfindən həbs olunur və Bakıya gətirilir.

1920-ci ilin iyun ayında İranın Ənzəli şəhərində yaranan İran Kommunist Partiyasının siyasi fəaliyyəti rus bolşevikləri tərəfindən müəyyənləşdirilirdi. Həmin ilin avqust ayının sonlarında M.Rəsulzadə ilə çox səmimi dost olan Heydər xan Əmioğlu (Tarıverdiyev) təlimat almaq üçün Bakıdaydı (1920-ci ilin sentyabr ayında Heydər xan Əmioğlu İran Kommunist Partiyasının baş katibi seçilmişdi). Məhəmmədəmin Rəsulzadənin həbs olunduğu xəbərini eşidən Heydər xan Əmioğlu dərhal bu barədə İosif Vissarionoviç Stalinə teleqram vurur. İ. V. Stalin vəziyyətin ciddiliyini dərk edərək Azərbaycan Respublikası İnqilab Komitəsinin Sədri N. Nərimanova təcili şifroqram göndərir: “До моего приезда не трожьте М.Расулзаде. Наркомнац, член Реввоенсовa И. Сталин. Владикавказ. 01.09.1920 (Mən gələnədək M.Rəsulzadəyə toxunmayın. Milli Məsələlər üzrə Xalq Komissarı, İnqilabi Hərbi Şuranın üzvü İ. Stalin. Vladiqafqaz. 01.09.1920)".

Şifroqramı alan N. Nərimanov Xüsusi Şöbənin rəisi Semyon Pankratova zəng edərək İ. Stalinin əmrini ona çatdırır. Səhəri gün mərkəzi “Kommunist” qəzetində M. Rəsulzadənin Bakı təcridxanasına gətirilməsinin səbəbləri barədə N. Nərimanovun açıqlaması çap olunmuşdu, guya, M. Rəsulzadənin təcridxanada saxlanılması onun təhlükəsizliyini təmin etmək məqsədilədir.

M.Rəsulzadənin güllələnməsinə çalışanlar, ilk növbədə, Levon Mirzoyan, Sarkis Danilyan, Baqdasar Ovsepyan kimilər uzun müddət dərk edə bilməmişlərdi ki, M. Rəsulzadənin tutulması barədə xəbəri bu tezliklə İ. Stalinə kim çatdırmışdır.

M. Rəsulzadə ilə İ. Stalin əsrin əvvəllərindən tanış idilər. Rəsulzadəgil İ. Stalini iki dəfə real ölümdən, bir dəfə də sürgündən qurtarmışdılar. Birinci dəfə, 1904-cü ilin dekabr ayının 12-də (həmin ilin 13-31 dekabr günlərində Bakıda çarizmə qarşı güclü hərəkat olmuşdur) Koba (İ. Stalin 1898-ci ildən özünə Koba təxəllüsü götürmüşdü. Gürcü yazıcısı A. Kazbeqinin 1882-ci ildə yazmış olduğu “Ata qatili” povestindəki xeyirxah qaçaq Koba obrazı Stalinin sevdiyi ədəbi qəhrəman idi) polis təqibindən qurtulmaq üçün qaçıb Novxanı məscidində gizlənmişdi. Bakıda böyük hörmət və nüfuz sahibi olan Axund Hacı Molla Ələkbər (M. Rəsulzadənin atası) onu polisə təslim etməmiş, onun “buraya kənar şəxs gəlməmişdir” sözlərinə inanan polislər ərazidən uzaqlaşıb getmişlər. İkinci dəfə isə, 1908-ci ildə Bayılda Məşədi Kazım adlı qoçu Kobanı bıçaqlamaq ("şoşqalamaq") istəyəndə M. Rəsulzadə Kobanı ani ölümdən qurtarıb. Qoçu Məşədi Kazımın Rəsulzadəyə böyük sayğısı olduğundan, onun sözünü sındırmır və Kobadan əl çəkir. Bir dəfə də (23 mart 1910-cu ildə ) Koba “Qudok” qəzetində çap olunmuş məqaləyə görə jandarmeriyaya gətiriləndə M.Rəsulzadənin atası ona zamin olmuş və Koba 30 mart 1910-cu ildə Bakı Quberniyası jandarm idarəsinin poruçiki Podolskinin təqdimatına əsasən 6 aylıq şərti cəzayla yaxasını qurtara bilmişdi.

Qafqazda Denikinin komandanlığı altında hərəkət edən ağqvardiyaçıları məğlub edən İ. Stalin 2 noyabr 1920-ci ildə gözlənilmədən Bakıya gəlir. Dərhal da XI Ordunun Xüsusi Şöbəsinin təcridxanasına gedir. Az sonra Xüsusi Şöbənin rəisi S.Pankratovun kabinetində M. Rəsulzadə ilə İ. Stalinin tarixi qarşılaşma səhnəsi gerçəkləşir. Stalinin əmri ilə Pankratov kabineti tərk edəndə Stalin M. Rəsulzadəyə tərəf gəlir, tanış gürcü şivəsində rusca “Tanımadın? Mənəm – Koba, yəni, Stalin.” deyir. M.Rəsulzadə isə “Mən Kobanı tanıyıram, Stalini yox” – deyərək, onunla qucaqlaşır.

Təqribən bir saata qədər ikilikdə söhbət edirlər. Stalinin sözlərindən məlum olur ki, Bakı bolşeviklərinin bir hissəsi onun güllələnməsini, bir hissəsi isə ömürlük həbs olunmasını istəyir. Təkcə Stalin (o özü haqqında həmişə 3-cü şəxsdə danışmağı xoşlayarmış ) düşünür ki, M. Rəsulzadə nə güllələnməyə, nə də ömürlük həbsə layiqdir. Rəsulzadə Stalinlə bərabər Kremldə işləməli, buradan bir yolluq getməlidir. Burada qalarsa, İ. Stalin gedən kimi, onlar bir şey düşünüb M. Rəsulzadəni mütləq şərləyib tutacaq, sonra da “bədbəxt bir hadisənin qurbanı oldu” deyə əsas gətirəcəklər.

M. Rəsulzadə düşünmək üçün vaxt istəyir və İ. Stalinin əmri ilə S. Pankratov ona ayrıca bir otaq ayırır. M. Rəsulzadə bu hissəni özünün məşhur “Stalinlə ixtilal xatirələri” əsərində təsvir etdiyi üçün məsələni təfərrüatı ilə yazmağı lazım bilmirik. 9 noyabr 1920-ci ildə İ. Stalin və M. Rəsulzadə Bakını tərk edirlər.
Yüklə 41,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin