Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


İndi hər şey Laləyə aydın oldu: bu adamlar Dövlət Müdafiə Komi­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə378/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   374   375   376   377   378   379   380   381   382
Sechilmish eserleri II cild

İndi hər şey Laləyə aydın oldu: bu adamlar Dövlət Müdafiə Komi­
təsinin keçici bayrağını Qüdrətin trestinə aparmağa gəlmişdilər.
- Gərək onlar Ramazanın briqadasına təşəkkür eləsinlər! — deyə
Lalə, baş mühəndisin üzünə baxmadı, qaşqabağını salladı.
- Siz Qüdrətə altı ay vaxt vermişdiniz. Ancaq görünür nəyi isə nə­
zərdən qaçırmısımz.
Lalə həyətdəki dəstənin ikinci mərtəbəyə qalxdığını görüb söhbə­
tə ara verdi. Qapı açıldı. Əlində qarmon tutmuş Mişa, sazını qoltuğu­
na vurmuş Tahir hamıdan qabaqda gəlirdi. D əstə nəfərlərinin çoxusu
cavanlardı. Bayramlılann da hamısı burda idi.
Cəmil Tahirlə yanaşı durmuşdu.
- Salam, yoldaş İsmayılzadə! - deyə Mişa sözə başladı v ə Lalənin
stolu arxasındakı divardan asılmış bayrağı göstərdi. - Yarışda qalib
gəldiyimiz üçün, Mərkəzi Komitənin göstərişi ilə bu bayraq indi bizim
trestə verilir!
Məmməd Bayramlı ucadan qışqırdı:
- U-u-u-r-ra!..
Hamı gülüşdü v ə ura səsləri kabineti titrətdi.
Lalə ne isə bir söz deməli, bu məğlubiyyətdən pərt olmadığını
söyləm əli idi:
- Biz sevinirik, yoldaşlar!.. — dedi və bir an duruxdu. — Sevinirik
ki, bizim dostlarımız çətin vuruşmadan qalib çıxıb, belə bir şərəfə nail
oldular. Lakin... - Lalə gülümsündü. - Lakin bu hələ işimizin başlan­
ğıcıdır. Bizim trest də özü üçün nəticə çıxaracaq! - Lalə bayrağa ya­
naşdı, onu divardan götürüb, döşündə hərbi medallar parıldayan
Məmməd Bayramlıya verdi. - İki cəbhənin qəhrəmanına verilsə yax­
şıdır, - dedi.
10
307


Məmməd Bayramlı daha da ucadan qışqırdı:
- Biz söz veririk ki, bu bayraq həm işəlik bi-bizdə qalacaq!
Bu anda telefon zəngi cingildədi. Lale dəstəyi götürdü:

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin