Mədəni əməkdaşlıq


Qrabagda GÖRÜLƏN İŞLƏR, HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR



Yüklə 18,81 Kb.
səhifə3/3
tarix23.03.2023
ölçüsü18,81 Kb.
#89158
1   2   3
Mədəni əməkdaşlıq

Qrabagda GÖRÜLƏN İŞLƏR, HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR

Son bir ildən artıq dövrün əsas müzakirə mövzusu işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləridir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə işğaldan azad edilmiş ərazilərə 32 səfər edib. Və hər bir səfər Böyük Qayıdışa doğru atılan addım olmaqla “Qarabağda cənnət yaradacağıq" vədi ilə əməlin bir olmasının göstəricisidir.

Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da Qarabağda cənnət yaratmaq vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, Azərbaycan Prezidentinin bu ərazilərdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək hazırda bu işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. İlk gündən infrastruktur layihələrinin icrası prioritet oldu.

2021-ci ilin oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən oldu. Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır. Həmçinin ötən il Zəfər yolunun tikintisi də başa çatdırıldı. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb. Dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixili Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənib ki, bu da növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış;

təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Nəzərə alaq ki, bütün bu işləri Azərbaycan dövləti öz daxili imkanlarımız hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsinə start vermələri də təqdirəlayiqdir. Belə ki, ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda "ağıllı kənd" layihəsi çərçivəsində Ağalı kəndində görülən işlərlə tanışlıqdan sonra "Dost Aqropark"ın təməlini qoymuşdular. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Həmçinin, Baş planı hazır olan şəhərlərin, xüsusilə Şuşa və Ağdamın minalardan təmizlənməsi prosesi sürətlə gedir. "İlk növbədə, biz bundan başqa elektrik təsərrüfatını yaratmalıydıq. Çünki azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əgər orada infrastruktur olmasa, hərbçilər üçün xidmət aparmaq çox çətin olacaq, bəlkə də mümkünsüz olacaq. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yol çəkilib", deyən Prezident İlham Əliyev görülən işlərin fonunda bu reallığı da xüsusi qeyd edib ki, biz təkcə maliyyə deyil, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından da müstəqilik. Heç kimdən yardım almamışıq.

Göründüyü kimi, öu gün görülən işlər planlv şəkildə aparılır. Ancaq bugünümüz üçün yeganə rəqib zamandır. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq. Bu mərhələ həmin ərazilərin malik olduğu potensialdan səmərəli istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi olacaq. Məhz Qarabağın tacı Şuşaya və Ağdama avtobus reyslərinin təşkil edilməsi, ardıcıl olaraq bundan sonra görülən işlər bir məqsədə xidmət edir: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilməklə qarşıya çıxan hər bir çətinlik arxada qomaqla bizi hər gün Böyük Qayıdışı yaxınlaşdırır və Böyük Qayıdışın başlanması ilə ölkəmizin həyatında da yeni mərhələ başlanacaq. Bütün bölgələrimizin malik olduqları potensialdan səmərəli istifadə etməklə Azərbaycanın növbəti mərhələdə dayanıqlı inkişafı tam təmin ediləcək, bu ərazilərimiz xarici turistlərin diqqətini çəkəcək, investisiyaların artırılması üçün gözəl imkanlar yaranacaq. Azərbaycan heykəltəraşları



Azərbaycan heykəltəraşları: Cəlal Qaryağdı, Fuad Əbdürəhmanov, Mirələsgər Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarov
Azərbaycanın professional heykəltəraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir.Daha dəqiq, milli heykəltəraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı, Fuad Əbdürəhmanov, Pinxos Sabsay, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarovun adı ilən bağlı olmuşdur.
Yüklə 18,81 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin