Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
muhazire

Deni Didro (1713-1784), fransız materialist filosoflarından biridir. D. Didro “Fəlsəfi düşüncələr”, 
“Korların məktubu və gözlülərə nəsihət” adlı əsərlərində feodal quruluşunu tənqid edir, öz fikirlərində ardıcıl 
olaraq materiyanın məhv olmamasını və yaşamasını möhkəm müdafiə edirdi. O, duyğuları qiymətləndirərək 
deyirdi, ağlımız hakim, duyğularımız isə şahidimizdir. Didro tərbiyənin əhəmiyyətinə böyük qiymət verirdi, 
lakin Helvetsi kimi onu həddindən artıq şişirtmirdi. Helvetsiyə cavab olaraq deyirdi: 


56 
“Tərbiyə hər şeyə yox, çox şeyə qadirdir!”. O, insanlar arasında təbii imkanların və ona tərbiyənin 
təsirini izah edirdi. Didro köhnə məktəb sistemi və proqramlarını dəyişdirilib aradan götürülməsini tələb 
edirdi. O, öləndə belə öz materialist fikrindən dönməmişdir. 1773-cü ildə o, İkinci Yekaterina tərəfindən 
Rusiyaya dəvət edilmiş və ona yeni əsaslar üzrə maarif planı tərtib etmək tapşırılmışdır. O, «Rusiyanın 
universitet planı»nı tərtib etmişdir. 
“Korların məktubu və gözlülərə nəsihət” adlı əsərində ictimai quruluşu tənqid etdiyi ümün Didro həbs 
olunmuşdur. həbsdən sonra o isonarnət ensiklopediyasının nəşri ilə məşğüul olur, dövrünün tanınmış 
ziyalılarını ətrafına toplayır. Hökümət tərəfindən göstərilən təzyiqlərə baxmayaraq ensiklopediya 1780-ci ilə 
kimi nəşr olunur. Onun 35 cildi çapdan çıxır. 
 
 
Russo Didronun məsləhəti ilə həmin müsabiqədə iştirak etmiş və qalib gəlmişdi. Daha sonra 
o, “İnsanlar arasında bərabərsizliyin mənşəyi” adlı əsərini yazmışdır. 10 ildən az bir dövrdə Russo 
“İctimai müqavilə”, “Yeni Eloiza”, “Dalamberə məktub”, “Emil və ya tərbiyə haqqında” adlı 
əsərlərini yazmışdır.
 
 
MÜHAZİRƏ № 8 (2 saat) 
 
 
İ.H.Pestalotsi (1746-1827) və A.Disterveqin (1790-1866) pedaqoji görüşləri. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin