MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə5/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   2   3   4   5   6   7   8   9   ...   614
ƏDƏBİYYAT VƏ QAYNAQLAR….….....478 

 

 

 

 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

10 



10 

 

Türklüyün varlığı qeyrə nə böyük qorxuymuş –  

Dost-düşmən onu məhv etməyi istər, Azər! 

Səməd Mənsur 

 

 

MÜƏLLİFDƏN 

 

«Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış»  adlı 



monoqrafiyanın  I hissəsi 2011-ci ildə AMEA  Fəlsəfə, Sosio-

logiya və Hüquq İnstitutu Elmi Şurasının (20 aprel 2011-ci il, 

4 saylı protokol) və həmin institutun  «Fəlsəfə və ictimai fikir 

tarixi»  şöbəsinin  (7  fevral  2011-ci  il,  2  saylı  protokol) 

qərarları ilə çap olunmuşdur.  

2013-cü  ildə  həmin  kitabın  II  hissəsi  «Fəlsəfə  və 

ictimai  fikir  tarix»  şöbəsində  iki  dəfə  müzakirə  olunmuşdur. 

İlk  iclasda  (1  fevral  2013-cü  il  tarixli  1  saylı  protokol) 

müəllifə monoqrafiya ilə bağlı şöbənin əməkdaşları tərəfindən 

bir  sıra  iradlar    qeyd  edilmiş,  növbəti  müzakirəyə  qədər 

bunları aradan qaldırmaq, yaxud da razılaşmadığı iradları elmi 

sübutlarla  əsaslandırmaq  tövsiyə  olunmuşdur.  Şöbənin  bəzi 

əməkdaşlarının  iradı  əsasən  kitabın  türkçülük  ruhunda 

yazılması  ilə  bağlı  olmuşdur.  Məsələn,  əməkdaşlardan  biri 

«XX yüzilliyin başlanğıcında (1900-1920-ci illər) Azərbaycan 

türk  ictimai-fəlsəfi  fikrində  milli  ideologiya  problemi» 

adlanan  I  fəsildən  “türk”  sözünün  çıxarılmasını  təklif  

etmişdir.  Ümumilikdə,  şöbənin  bəzi  əməkdaşları  müəllifin 

əsərdə  “Azərbaycan  türk  filosofu”,  “Azərbaycan  türk 

ideologiyası”,  “Azərbaycan  türk  milləti”,  “Azərbaycan  türk 

dövləti”,  “Azərbaycan  Türk  dili”  və  s.  bu  kimi  söz 

birləşmələrində  “türk”  sözünün  işlədilməsini    məqbul 

saymamışlar.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin