www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
116
116
bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır.
Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və
hadisələrə münasibəti ilə müəyyən olunur. BaĢqa sözlə desək
insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı
(söz, hərəkət, hadisə, cism, və s.) yaddaĢda daha yaxĢı
saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovĢağında
önəmli bir fenomen – emosional hafizə fenomeni əmələ
gəlmiĢdir.
«
Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala
çatıdan qorxar»
tipli atalar sözləri
empirik surətdə hisslərin
hafizə və qavrayıĢa göstərdiyi təsiri təsdiq edir.
QavrayıĢ sahəsində tədqiqat aparan klinist-psixoloqlar
psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut
olunmuĢdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün
qorxulu olan cisim və hadisələri
bir qayda olaraq düzgün
qavramır. Yaxud da əksinə insan sevinc hissini yaĢayanda,
sevəndə kiməsə vurulanda ətrafda baĢ verən hadisələrin,
insanların yalnız yaxĢı cəhətini görür, onları dəyiĢdirmək
istəmir, olduğu kimi qavrayır,
tənqidi münasibət bəsləyə
bilmir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi
hissinin qavrayıĢa göstərdiyi təsir ön plana çəkilir.
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayıĢ və
hafizə prosesləri ilə məhdudlaĢmır. Təfəkkür, təxəyyül və nitq
kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən
ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkiĢaf
etdirilməsi müasir Azərbaycan
məktəbi üçün prioritet
olmalıdır. Təhsil müəssisələrində təlim-tərbiyə iĢlərinin bu
istiqamətdə qurulması daha da ahəngdar, kamil Ģagird
Ģəxsiyyətinin formalaĢdırılması deməkdir. Ali psixi funksiya
kimi təfəkkürlə hiss arasında funksional –
genetik əlaqə
mövcuddur. Yeni təhsil konsepsiyası Ģagirdin, tələbənin
təfəkkürünü inkiĢaf etdirməyi əsas məqsəd kimi qarĢıya
qoyur. Bu yolda hafizə artıq köməkçi vasitəyə çevrilir.
Mütəxəssislərin fikrincə son dövrdə bir çox yerlərdə,
təhsil