www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
60
60
olunması prosesidir. Bu zaman yeni qavranılanların
əvvəllər
əldə
etdiklərimizlə
əlaqələndirilməsi
yolu
ilə
möhkəmləndirilməsi baĢ verir.
Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və
mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın
əsasında anlama dayanır. Bu zaman
insan öyrəndiklərini öz
sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru
əzbərləmə,
bəzən
mənaya
əhəmiyyət
vermədən
yaddasaxlamadır. Adətən mexaniki
olaraq yadda saxlayan
Ģagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda
yada sala bilmir.
Ən fərdiləĢdirilmiĢ psixi hadisələrdən hesab olunan
hafizə çoxsaylı amillərdən:
beynin xüsusiyyətlərindən,
mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən
və Ģəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda
saxlamanın
ən
ümumi
qanunauyğunluqlarını
müəyyənləĢdirmək xeyli çətindir
və daha çətini isə onun
səmərəli Ģəkildə idarə edilməsini öyrənməkdən ibarətdir.
Baxmayaraq ki, hafizənin təkmilləĢdirilməsi ilə bağlı çoxsaylı
metodikalar iĢlənmiĢ, tövsiyələr hazırlanmıĢdır.
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və
emosional
münasibətlərdən
asılı
olaraq
mexaniki
yaddasaxlamanın 16 qanunauyğunluqlarını özündə birləĢdirən
vahid sistem təklif etmiĢdir. Onlardan
bir neçəsini nəzərdən
keçirək.
1. Ġnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha
güclü və uzunmüddətli yadda saxlayır.
2. Güclü
emosional reaksiya doğurmayan, lakin
kifayət qədər mürəkkəb olan
informasiya hafizədə hifz
olunmur.
3. Diqqətin mərkəzləĢdirilməsi nə qədər güclü olarsa,
yaddasaxlama da o qədər sürətli baĢ verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha
yaxĢı yadda saxlanılır.
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.