www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
109
tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması baĢa
düĢməsi prosesi (S.L.RubinĢteyn), fikirlərin təəssüratların
baĢqalarına verilməsi prosesi (L.S.Vıqotski), insanların
baĢqalarına olan tələbatı (Y.L.Kolominski) və s.
hesab
etmiĢlər.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında
məlumat əldə edir, eyni zamanda müxtəlif adət və vərdiĢlərə
yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi
istiqamət verir. Deməli,
ünsiyyət, hər Ģeydən əvvəl, obyektiv
varlığın dərk edilməsini təmin edən əsas Ģərtdir.
Həyati faktlar göstərir ki,
ünsiyyət eyni zamanda psixi
proseslərin təzahüründə özünəməxsus tərzdə iĢtirak edir.
Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir
göstərir və onları daha da mütəhərrik edir.
Ünsiyyət eyni zamanda Ģəxsiyyətin formalaĢmasına da
müəyyən tərzdə istiqamət verir. Demək olar ki, Ģəxsiyyətin
təĢəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur.
Ümumi psixologiya baxımından
ünsiyyət probleminin
maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü
dərk etməsi, öz məninə nəzər salması, özünü baĢqaları ilə
müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin
məhlulu kimi qəbul edilə bilir. Ġnsan yalnız baĢqaları ilə
ünsiyyət prosesində onları dərk edir.
Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi,
cəhəti qeyd olunur:
1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiy-
yətin kommunikativ tərəfi;
2) ünsiyyət qarĢılıqlı təsir prosesi
kimi və ya ünsiyyətin
interaktiv tərəfi;
3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi
və yaxud ünsiyyətin perseptiv tərəfi.
Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri