www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
78
hazırlıq, icra və
qiymətləndirilmə
.
Fəaliyyətin icra mər-
hələsində insan müvafiq iĢləri və hərəkətləri həyata keçirir ki,
bu da həmin fəaliyyətin məzmununu, ən mühüm komponentini
təĢkil edir. Onlara qısa nəzər salaq.
İş və hərəkətlər
. Fəaliyyət prosesində insan istər-istəməz
müvafiq cari məsələləri həll etməli olur
.
Fəaliyyətin sadə bir
cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş
elementi iş
və ya əməl adlanır
. Məsələn, cümlədə mübtədanı tapmaq, 11
metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və
s. müvafiq fəaliyyətin nisbətən bitmiĢ elementi olan iĢlərdir. Bu
cür iĢlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər.
Bu iĢlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya
xassəsinin dəyiĢməsinə yönəlmiĢ olur. Hər cür maddi iĢ və ya
əməl məkan və zamanla bağlı olan müəyyən
hərəkətlərdən
əmələ gəlir. Məsələn futbol zamanı 11 metrlik cərimə topunu
vurmaq iĢini yerinə yetirmək üçün idmançı topu 11 metrlik
nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaĢır, bir
ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu
hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baĢ
verir. Belə ki, idmançı topu baĢqa yerə deyil cərimə olunmuĢ
komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin
iĢarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu baĢqa
yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz.
Hər cür maddi iĢlər hərəkətlərin müəyyən sistem üzrə
yerinə yetirilməsindən ibarətdir. O, iĢin məqsədindən, həmin
iĢin yönəldiyi əĢyanın xassəsindən və iĢ Ģəraitindən asılıdır.
Belə ki, məsələn,11 metrlik cərimə topunu vurmaq üçün
hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün
lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud,
ümumi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq
üçün hərəkətlər «t» hərfini yazmaq üçün lazım olan
hərəkətlərdən fərqlənəcəkdir.
Fəaliyyət zamanı icra olunan iĢlər daima özünəməxsus
Dostları ilə paylaş: