www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
76
76
IV.11.2. Dilin və nitqin təfəkkürlə əlaqəsi
Təfəkkür və dil.
Dünyanı dilsiz təsəvvür etsək o
anlayıĢlarsız, mədəniyyətsiz olardı.Ġnsan onlar arasında rabitə
rolunu oynayır. Dil insanın fikirləĢdiyi, qavradığı
və yadda-
saxladığı Ģeylərə təsir edir. Müvafiq olaraq təlim insanın sözlü
(fikri) gücünü artırmaq məqsədi daĢıyır. Lakin fikri proseslər
əksər hallarda sözsüz baĢ verir.
Dilin təfəkkürə təsiri psixologiyada çox mübahisəli
məsələdir. Dilçi B.Uorf təsdiq etmək istəyirdi ki, dil təfəkkür
üsulunu
müəyyən
edir.
Uorfun
linqvistik
nisbilik
nəzəriyyəsinə görə müxtəlif dillər gerçəkliyi müxtəlif cür
qavramağa gətirib çıxarır. «Dil özü insanın əsas ideyasını
formalaĢdırır».
Uorf təsdiq edir ki, xopi tayfasında felin
keçmiĢ zaman forması yoxdur. Uorfa görə xopi tayfası
asanlıqla keçmiĢ haqqında fikirləĢə bilməz.
Uorfun nisbilik nəzəriyyəsi bir dildə danıĢan
və dilin
fikrin ötürücüsü kimi baĢa düĢən insanlar üçün yaddır. Amma
iki müxtəlif sistemli dillərdə danıĢan ingilis və yapon yəqin ki,
müxtəlif dillərdə fərqli fikirləĢir. Ġki dildə danıĢan bir çox
insanlar
hesab edir ki, istifadə etdikləri dildən asılı olaraq
fərqli qavrayıĢ nümayiĢ etdirirlər.
Dili öyrənməklə
mədəniyyət haqqında çox Ģey öyrənmək olur. Dili itirməklə
dilə bağlı olan təfəkkürü də itiririk.
Yeni qvineyalılar ingilis və ya fransız
dillərindən
istifadə etmədən forma və rəngi bildirən Ģeyləri qeyd edilən
dillərin nümayəndələri kimi qavrayır. Lakin ingilis, fransız və
ya forma və rəngi bildirən sözlərin
olduğu dillərin sözləri
insanın nə fikirləĢdiyinə, nə haqda düĢündüyünə təsir edir, ona
görə söz seçimində insan çalıĢır ki, sözlər Ģeyləri dəqiq əks
etdirsin.
Dilin təfəkkürə təsir etməsi qabiliyyəti söz ehtiyatının
artırılması hesabına təhsilin
əsas hissəsi üçün mühüm rol
oynayır.
Dilin fikri formalaĢdırmaq və ya ifadə etmək vasitəsi