www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
45
45
45
45
45
45
45
45
45
Appersepsiya hər Ģeydən əvvəl insanın
bilikləri ilə,
onun həyat təcrübəsi ilə, onun keçmiĢ fəaliyyəti ilə bağlı olur.
Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən
onu tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz
edilməyən sözü eĢitdikdə onu anlayırıq.
QavrayıĢ
insanın qarĢısına
qoyduğu məqsədlə,
fəaliyyətinin motivləri ilə və onun maraqları, Ģəxsiyyəti ilə də
bağlı olur. Məsələn, texnika ilə maraqlanmayan bir adam
müxtəlif konstruksiyaya malik olan maĢınlarda ancaq zahiri
fərqləri qavrayır, bir sıra digər
çox sayda olan konstruksiya
fərqlərini qavraya bilmir.
Appersepsiya zamanı insanın emosiyaları, onun
yönəliĢliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı
yaranan emosiya qavrayıĢa təsir edir, hətta onu dəyiĢdirir.
«Ġlan vuran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın
görünür. M.F.Axundovun «Hacı Qara» komediyasında belə
bir səhnə var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq
malını ata yükləyir, yükün də üstündə Kərəməlini əyləĢdirir,
atın da yüyənini verirlər Hacının əlinə. Hacı Qara yolda əylis
ermənilərinə rast gəlir. Hacı
Qara əllərində oraq dayanan
ermənilərin quldur olduğunu söyləyir, hətta atəĢ də açır.
Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın
öz malını itirməsindən keçirdiyi qorxu hissi idi.
ġəxsiyyətin yönəliĢliyi də qavrayıĢa təsir edir. Gecə