www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
214
asılılıq
səviyyəsidir.
Buraya
fərdlərin
emosional
xoĢagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik və həmrəylik və
s. vasitəli asılılıq səviyyəsi daxildir.
İkinci
, daha əsaslı səviyyə
vasitəli asılılıq səviyyəsi
olub
Ģəxsiyyətlərarası münasibətlərin məcmuunu təĢkil edir. Bu
səviyyəyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi, qrup
həmrəyliyi, iĢtirakçıların öz davranıĢ etalonlarını
kollektivin
etalonlarına uyğunlaĢdırmaq meylləri,
kollektivdə sosial
sxemlər və onların iĢtirakçılar tərəfindən qavranılması və s.
daxildir.
Üçüncü səviyyəni
qrupun
istehsalat, təlim və yaxud
ictimai vəzifələri səviyyəsinin məcmuu təĢkil edir. Buraya
qrupun yerinə yetirdiyi vəzifəyə hazırlığı, iĢgüzarlığı, baĢqa
qruplarla rabitə münasibətləri və s. daxildir.
Psixoloji
iqlim
qruplarda
Ģəxsiyyətlərarası
münasibətlərin mühüm göstəricisi kimi.
Qruplarda
Ģəxsiyyətlərarası münasibətlərin necə olduğunu burada sosial-
psixoloji iqlimin necə olmasından görmək mümkündür.
Psixoloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləĢdirən
Ģəxsiyyətlərarası münasibətlər sistemindən ibarətdir. BaĢqa
sözlə
sosial-psixoloji iqlim qrupda, kollektivdə mövcud olan
psixoloji vəziyyətdir. Qrupun qarĢısına qoyulmuĢ
vəzifənin
səmərəli Ģəkildə həyata keçirilməsi üçün normal sosial-
psixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür.
Ümumiyyətlə qrup və kollektivlərdə
psixoloji iqlim müsbət
(pozitiv) və mənfi (neqativ) xarakter daĢıya bilir. Bunların hər
biri isə özünəməxsus qarĢılıqlı münasibətlərdə təzahür edir.
Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün
fəaliyyət növündən asılı olan davranıĢ etalonu yaradılmasının
və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti
olduqca böyükdür.
Səmərəli sosial-psixoloji iqlimin yaradılması
üçün qrup
və kollektiv iĢtirakçıları arasında uyğunluq, uyuĢmanın olması