MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə20/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
25 
Onların hər birinin öz predmeti və tədqiqat metodları yarandı. 
Nəticədə psixologiyada psixoanaliz, biheviorizm, qeĢtalt 
psixologiya, marksist psixologiya istiqamətləri və məktəbləri 
yarandı.
XX əsrin II yarısında yeni psixologiya məktəbləri və 
istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koq-
nitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX 
əsrin 60-cı illərindən baĢlayaraq psixologiya elmi özünün yeni 
inkiĢaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik 
xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, 
ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləĢməsi 
prosesi gedir.
I.1.4. Azərbyacanda psixoloji fikrin və elmi
psixologiyanın yaranması, inkiĢafı 
 
Azərbyacanda psixoloji fikrin təĢəkkülü və inkiĢafı 
Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji 
fikrin yaranması və inkiĢafını iki mərhələyə ayırmaq olar: 
elməqədərki və elmi psixologiyanın təĢəkkülü və inkiĢafı. 
Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək 
də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaĢmıĢ, 
biri digərinin inkiĢafına zəmin yaratmıĢdır. 
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox 
qədimdən, eramızdan əvvəldən baĢlanır. O, bir tərəfdən ġərq 
fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələn-
miĢdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər-
dən asılı olaraq inkiĢaf etmiĢ, digər tərəfdən baĢ verən proseslər 
psixoloji fikrə öz təsirini göstərmiĢdir. 
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
26 
tarixinin araĢdırılmasını dünya psixologiya elminin inkiĢafı 
kontekstindən ayırmamağı lazım bildik. 
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki 
psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlan-
dırırlar. Onlar yazırlar: «Güzəran psixologiyasına aid biliklərin 
mənbəyini ictimai və Ģəxsi təcrübə təĢkil edir. Hələ qədim 
zamanlardan baĢlayaraq bu biliklər nəsildən-nəslə verilmiĢ 
müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, 
nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmıĢdır. Bizim 
hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də Ģifahi xalq 
ədəbiyyatı vasitəsilə mənimsəyirik. Ġnsanın Ģəxsi təcrübəsində 
həmin biliklər daha da dəqiqləĢir, yeni məna çalarları kəsb 
edir». 
Onlar daha sonra yazırlar: «Güzəran psixologiyasına aid 
olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan 
müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir 
cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl 
Ģəkildə izah edilmir, sübut olunmur». 
Ġnsanlar lap qədimlərdən qarĢılıqlı münasibətlərdə olduq-
ları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk 
etməyə çalıĢmıĢ, bunun üçün müĢahidələr aparmıĢlar. Tədricən 
toplanan biliklər ümumiləĢdirilmiĢ, dildən-dilə, ağızdan-ağıza 
keçərək ümuminin, hamının qəbul etdiyi fikirlər olmuĢdur. 
Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, 
miflər, əfsanələr və s. Ģəklində, lakonik dillə çatdırılmıĢdır. 
Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr 
içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da 
ondan bəhs olunmasın, münasibət bildirilməsin. 
Xalq yaradıcılığında xalqın düĢüncə və davranıĢ tərzi, 
ayrı-ayrı dövrlərdə baĢ verən hadisələrə münasibəti öz əksini 
bariz Ģəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, 
ümid və istəklər bu yaradıcılığın əsasını təĢkil edir. 
Psixoloji fikrin yaranması və inĢasının digər bir istiqa-
məti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, Ģairlərin yara-



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin