www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
57
Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd
edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı)
eksperiment. YaĢ və pedaqoji psixologiyada eksperimentin bu
növlərindən geniĢ istifadə olunur. Müəyyənedici eksperiment
psixi hadisələrin fərdlərdə inkiĢaf səviyyəsini aĢkara çıxarmaq
üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin
gediĢinə təsir etmir.
Öyrədici (formalaĢdırıcı) eksperimentə gəldikdə bu
eksperimentatorun fəal, məqsədəyönəlmiĢ təsiri prosesində
yoxlananlarda psixikanın inkiĢaf xüsusiyyətlərini aĢkara
çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji-
pedaqoji eksperiment adı ilə də adlandırırlar.
Eksperimenti fərdi Ģəkildə, ayrıca bir adam üzərində və
qrup Ģəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq
mümkündür.
Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da
istifadə olunur. Bəzən müĢahidə və eksperiment zamanı bu və
ya digər hadisənin baĢ verməsi səbəblərini aĢkara çıxarmaq
mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun
köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı
əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar
düĢünülmüĢ və birmənalı olmalıdır. Müsahibə metodunu çox
vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif
variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və
çatıĢmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd
edirlər: şifahi, yazılı və sərbəst sorğu.
Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranıĢı
üzərində müĢahidə aparmaq tələb olunduqda həyata keçirilir.
Yazılı sorğuya nisbətən Ģifahi sorğu insan psixologiyasına daha
dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı
yoxlanan adamın reaksiya və davranıĢından asılı olaraq
|