www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
55
həyata keçirilir. MüĢahidə metodunun üstün cəhəti ondan
ibarətdir ki, bu zaman üzərinə müĢahidə aparılan bundan xəbər
tutmur, müĢahidə təbii Ģəraitdə (iĢ zamanı, oyun, dərs və s.)
aparıldığına görə öz hərəkətlərində dəyiĢiklik etmirlər.
MüĢahidə qısamüddətli, uzunmüddətli, dövrü və
sistematik ola bilir. Qısamüddətli müĢahidə dəqiqələr ərzində
insan psixikası və davranıĢının təzahürünü izləməklə həyata
keçirilir. Məsələn, müəllimin izahına Ģagirdlərin münasibətini
aĢkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan
müĢahidə buna misal ola bilər. Uzunmüddətli müĢahidəyə
bütün dərs və ya bütün rüb ərzində aparılan müĢahidələri aid
etmək olar. Dövrü müĢahidəyə gəldikdə bu müəyyən
dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin
təzahürünü izləməkdən ibarətdir. Dövrü müĢahidə psixi
hadisənin inkiĢaf dinamikasını aĢkara çıxarmağa imkan verir.
Sistematik müĢahidə də inkiĢaf dinamikasını aĢkara çıxarmağa
xidmət edir. Lakin burada müĢahidə arası kəsilmədən uzun
müddət məsələn, bütün dərs ili, müəyyən yaĢ dövrü ərzində
aparılır. MüĢahidənin nəticələri qeydə alınır, sonradan təhlil və
ümumiləĢdirmə əsasında müvafiq nəticələrçıxarılır.
MüĢahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin
gediĢini izləməyə imkan verir. Buna baxmayaraq müĢahidə
zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər Ģeydən əvvəl
psixoloq müĢahidənin həyata keçirildiyi Ģəraitdəki dəyiĢikliyi
müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək
imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda
qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək
çətinləĢir. Bundan baĢqa müĢahidə psixoloqun subyektiv
mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi
baxıĢları, təcrübəsi, peĢə hazırlığı ilə yanaĢı formalaĢmıĢ
qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. öz
təsirini göstərə bilər. ġübhəsiz müĢahidə aparan psixoloq bu
kimi təsirlərin aradan qaldırılmasına çalıĢmalıdır.
|