Fəaliyyətin motivləri. Ġnsanı əhatə edən cisim və hadisələr
heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında
tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik
edir. Bununla yanaĢı olaraq insanın bu və ya digər tələbatını
ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur.
Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək
insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə
əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə,
fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. Ġnsan
fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə
olunur.
Motivlər hər Ģeydən əvvəl bir-birlərindən tələbatların
növlərinə görə fərqlənirlər. Bununla yanaĢı olaraq motivlər
tələbatların kəsb etdiyi formalara, onların geniĢliyinə və ya
məhdudluğuna, reallaĢdıqları fəaliyyətin konkret məzmununa
və s. görə fərqlənirlər. Təcrübə göstərir ki, fəaliyyətin
mərəkkəb növləri, adətən, bir motivə deyil, eyni vaxtda təsir
göstərən bir neçə motivə cavab verir ki, bu da motivləşmə
adlanır. MotivləĢmə elə motivlər birliyidir ki, Ģəxsiyyətin
yönəliĢliyini
müəyyən
etməklə
onun
fəaliyyətinin
|