www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
47
47
47
47
47
47
47
47
47
Məkan qavrayıĢı. Məkan materiyanın mövcudluq
formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv
məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının,
həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının
qavranılması baĢa düĢülür.
Məkanın qavranılmasında bələdləĢmə hərəkət analizatoru
əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar
arasında əlaqə yaranır. Məkan bələdləĢməsinin xüsusi
mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə
arasındakı sinir əlaqələrini: binokulyar görməni, binaural
eĢitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək
lazımdır. ƏĢyaların məkan xassələrinin inikasında bütün qoĢa
analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol
oynayır.
Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası
mürəkkəb prosesdir. Məkan qavrayıĢında baĢlıca olaraq
görmə analizatoru iĢtirak edir. Lakin tədqiqat göstərmiĢdir ki,
bu mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə
lamisə, əzələ-hərəkət duyğuları, bəzi hallarda eĢitmə duyğuları
da iĢtirak edir. Bu duyğuların birgə və qarĢılıqlı fəaliyyəti,
cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və
dəqiq qavranılmasını təmin edir. Məkanın qavranılmasında
həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir.
Cisimlərin həcminin qavranılması onların gözün torlu
qiĢasında alınan əksinin böyüklüyündən və həmin cisimlərin
müĢahidəçinin gözündən nə dərəcədə uzaqda olmasından
asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin
düzgün qavranılması iki cür mexanizmin: akkomodasiya və
konvergensiya vasitəsilə həyata keçirilir. Akkomodasiya göz
büllurunun əyriliyinin dəyiĢməsindən asılı olaraq onun iĢığı
sındırma qabiliyyətinin dəyiĢməsindən ibarətdir. Göz bülluru
qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq