MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə302/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   298   299   300   301   302   303   304   305   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

12 



12 

 

IV. 7. 1. Diqqət haqqında anlayıĢ 

   


Diqqət  haqqında  ümümi  məlumat.  Eyni  anda  bizə 

müxtəlif  cisim  və  hadisələr  təsir  edir.  Biz  bunların  hamısını 

eyni aydınlığı ilə  qavraya bilmirik. Onlardan bəzilərini aydın 

qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və 

ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır. 

Diqqət psixi proseslərin (qavrayıĢ, hafizə, təfəkkür və s.) 

tərkibində  çıxıĢ  edərək,  onların  daha  müvəffəqiyyətli 

cərəyanını  təmin  edir.  Diqqətin  rus  alimi  N.F.Dobrınin 

tərəfindən  təklif  olunmuĢ  tərifini  nəzərdən  kecirək:  «Diqqət 

psixi  fəaliyyətin  müəyyən  bir  obyekt  üzərinə  yönəlməsi  və 

onun  üzərində  mərkəzləşməsidir».  Biz  yönəliĢlik  dedikdə 

idrak  fəaliyyətinin  seçici  xarakter  daĢımasını,  mərkəzləĢmə 

dedikdə  isə  hal-hazırkı  fəaliyyətə  aid  olmayan  bütün 

obyektlərdən  uzaqlaĢmanı  nəzərdə  tuturuq.  Əgər  insan 

psixikasının  strukturuna  istinad  etsək,  biz  diqqəti  həm  bir 

proses kimi (və yaxud psixi prosesin bir tərəfi kimi: məsələn,  

sensor,  perseptiv,  intellektual  diqqət),  həm  psixi  halət  kimi 

(məsələn,  yönəliĢlik),  həm  də  Ģəxsiyyətin  bir  xassəsi  kimi 

(məsələn,  diqqətlilik)  nəzərdən  keçirə  bilərik.  Lakin 

bildiyimiz  kimi  diqqətin  müstəqil  psixi  proses  olması 

haqqında psixoloji ədəbiyyatda fikirlər üst-üstə düĢmür. Bəzi 

tədqiqatçılar  diqqətin  digər  psixi  proseslərin  tərkibində  çıxıĢ 

etməsi  faktını  əsas  tutaraq,  onu  müstəqil  psixi  proseslərə  aid 

etmirlər.  Digər  tədqiqatcılar  isə  diqqəti  idrak  proseslərindən 

biri  hesab  edərək,  onu  əsasən  iradə  və  idrak  fəaliyyəti  ilə 

əlaqələndirirlər. 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin