Magistratura məRKƏZİ



Yüklə 0,64 Mb.
səhifə19/41
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#34796
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
shirinov ilkin

R=İ/ΔS.

Burada, İ – kapital qoyuluşlarıdır (və ya əsas kapitalın dəyərinin dəyişməsidir).

Qeyd edək ki, əgər vahid məhsulun istehsalı ucun kapital qoyuluşlarına tələbat

muəyyəndirsə, onda akselerator aşağıdakı kimi muəyyən edilə bilər:



R=İ∙K. (5)

Burada, u – məhsulun kapital tutumunun xususi cəkisi;



K – multiplikasiya əmsalıdır.

4. ÜDM-in artımı xaricdən idxal olunan xammal, material və avadanlığa tələbi

artır. Bu isə ölkə daxilində uyğun məhsulların istehsalını ixtisara salaraq,

koməkci məhsulların istehsalını artır.



B blokunda əks əlaqələrin bir zənciri-pərakəndə qiymət indeksi ilə əməkhaqqı

arasında əks əlaqə movcuddur. Digər tərəfdən iki bloka daxil olan göstəricilərin əks əlaqələrini əks etdirən iki kontur da mövcuddur. Birinci konturun əlaqələri – olkə daxilində istehsal olunmuş məhsulun qiyməti ilə xarici ticarətin həcm gostəriciləri arasında əlaqələri; ikinci kontur isə investisiya və ehtiyatların artım gostəriciləri ilə əks olunaraq, məhsula olan tələblə təklifin nisbətindən ehtiyatların kəmiyyəti ilə ifadə olunan asılı olaraq, kapitalın təklifinin, ÜDM-in, məşğulluğun, əmək haqqının və mənfəətin dəyişməsini xarakterizə edir.

Bunlar, eyni zamanda, əlverişli investisiya mühiti yaratmaqla, mövcud imkanlardan daha səmərəli istifadə etməyə şərait yaradır.

Ölkə iqtisadiyyatına xarici kapitalın cəlb olunması prosesinin təkmil-ləşdirilməsi, nəinki xarici-iqtisadi siyasətinin yenidən qurulmasını, həm də olkədə gedən butov bir iqtisadi sistemin radikal iqtisadi islahatlarının struktur dəyişikliklərinin əsas xəttini təşkil etməlidir.



Xarici kapital qoyuluşlarının ölkəyə əhəmiyyətli miqdarda axını və inkişafı ilk öncə münbit investisiya mühütünin formalaşdırılması istiqamətində həyata keçirilən dövlət səviyəli tədbirlə sıx bağlıdır. Xarici investisiyaların həyata keçirilməsi və belə imkanların daha da təkmilləşdirilməsi üçün aşağıdakılar vacib şərtlər hesab edilməlidir, daha dogrusu, qloballaşma prosesinə uyğun, Azərbaycanda beynəlxalq sərmayə hərəkətlərinin istiqamətləri ilə bağlı olan bu problemlərin həll edilməsi məqsədəuyğun olardı:

  • münbit və əlverişli investisiya mühiti yaratmaqla, ölkədə xarici investisiyaların həyata keçirilməsinə imkan verən və iş adamlarının hüquqi normalarını müəyyən edən mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi və onların hər cəhətdən beynəlxalq standart və tələblərə uyğunlaşması;

  • sərmayelərin hərəkətinin beynəlxalq təcrübəsində tətbiq edilən səmərəli formadan geniş istifadə etməklə, dünya kapital bazarında ölkənin reklam-informasiya bazarının yaradılmaına çalışmaq;

  • inkişafı tələb edilən sənaye sahələri üçün potensial xarici investorların axtarılması və cəlb edilməsi üzrə mövcud təşkilatların funksiyalarının vahid dövlət strukturunda cəmləşməsi və ya əlaqələndirilməsi;

  • ölkənin beynəlxalq konvensiyalara, müqavilələrə qoşulması və bir çox dünya dövlətləri tərəfindən qəbul olunan qərarlara əməl etmə öhdəliyinin götürülməsi istiqamətində, həmçinin xarici investisiya siyasətində ölkənin milli və beynəlxalq mənafelərinin, dövlət və cəmiyyətin məqsədlərinin qorunması və uzlaşdırılması;

  • xarici investisiyaların tətbiqi və cəlb edilməsinin sənaye strukturunu səmərələşdirməklə, onların milli iqtisadiyyatınbütün sahələrinə istiqamətləndirilməsi;

  • birbaşa investisyalarla yanaşı, ölkəmizə zəif cəlb olunan portfel investisyaların cəlbi üçün əlverişli şəraita yaratmaq, bunun üçün qiymətli kağızlar bazarını dünya standartlarına uyğun formalaşdırmaq, investisyaların xüsusiyyətlərinin nəzərə alınması təmin olunmalıdır. Çünki, beynəlxalq (birbaşa və portfel) investisya əməliyyatlarında valyuta risklərinin idarə olunması məsələləri vacib amillərdən hesab olunmalıdır;

  • ölkənin bank sisteminin investisiya fəallığının dəstəklənməsindəki zəif iştirakı aradan qaldırılmalıdır. Xarici kapitalın iştirak etdiyi investisiya layihələrinə xidmətdə yerli bankların payı qənaətbəxş səviyyəsinə yüksəldilməlidir;

  • xarici investorların cəlb edilməsində mühüm və milli mənafe baxımından faydalı olan bir istiqaməti – idxalı əvəz edən məhsullar istehsalının təşkilinə xüsusi fikir verilməlidir;

  • xarici investisyaların təkcə mərkəzdə deyil, regionlarda yayılmasına iqtisadiyyatın digər sənaye axınına dövlət səviyyəsində kəsərli tədbirlərin görülməsi ön plana çəkilməlidir;

  • müasir şəraitdə xarici investisyaların cəlb olunması sahəsində konkret vəziyyəti öyrənmək, ölkədə investisiya mühitini təmin edən iqtisadi və qanunvericilik bazasını xarici investisyaların cəlb olunması və birgə müəssisələrin yaradılması mexanizminimüasir tələblərə uyğun təkmilləşdirilməsini təmin etmək.

Ölkənin milli iqtisadiyyatının əsas seqmentlərindən biri olan sənaye sahələrinə yönəldilən xarici sərmayelərin səmərəli və məqsədli istifadəsi, onların cəlb edilməsinin stimullaşdırılması, ölkənin gələcək sabit inkişafının,dünya iqtisadiyyatında və inteqrasyasında əsaslı mövqe tutmasıda tam təminatçısı olacaqdır.

Xarici investisyaların zəruri hüquqi mühitinin daha da zənginləşdirilməsi təkmilləşdirilməsi, onun mütərəqqi dünya səviyyəsinə uygunlaşdırılması Öölkəyə xarici investisya qoyuluşları imkanını daha da inkişaf etdirə bilər və ölkəmizin qlobalaşdırılma proseslərində fəal iştirakına kömək ola bilər.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin