Magistratura məRKƏZİ Əlyazması hüququnda


 Ətraf təbii mühitin mühafizəsi üzrə beynəlxalq konvensiyalar



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   34   35   36   37   38   39   40   41   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

3.2. Ətraf təbii mühitin mühafizəsi üzrə beynəlxalq konvensiyalar  

və yardım mənbələri 

 

Təbiətin mühafizəsi istiqamətində milli səviyyədə həyata keçirilən ən effek-



tiv tədbirlər belə planetar miqyasda ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən 

davamlı  istifadə  məsələlərini  tam  şəkildə  həll  edə  bilmir.  Əvvəla,  milli  hüquq 

təminatlarından  kənarda  olan  təbii  sərvətlər  (Dünya  okeanı,  Antarktida,  Kosmos) 

dünya dövlətləri tərəfindən intenvis istismara məruz qalır. Digər tərəfdən, dövlətlər 

öz  ərazilərində  təsərrüfat  və  başqa  fəaliyyətlər  göstərərək  qonşu  dövlətlərin  ətraf 

təbii mühitinə ciddi ziyan vurur, ya da qonşu dövlətlərin ekoloji maraqlarını bu və 

ya digər formada pozur. Buna real misal olaraq Araz və Kür çaylarının Ermənistan 

və Gürcüstan tərəfindən həddən artıq çirkləndirilməsini göstərmək olar. Üçüncüsü, 

dövlətlər tərəfindən  razılaşdırılmış  beynəlxalq tədbirlərin həyata  keçirilməsi  milli 

miqyasda ətraf mühitin mühafizəsi məsələlərinin həllini daha effektiv edir. Məhz 

bu əsas amillər beynəlxalq hüquqi nizamlayıcı kimi ətraf mühitin mühafizəsi üzrə 

beynəlxalq əməkdaşlığın rolunu artırır. 

Hal-hazırda dünya ictimaiyyətini qlobal ekoloji problemlər daha çox narahat 

edir. Bunlar, əsasən, iqlim dəyişmələri, ozon qatının nazikləşməsi, turşulu yağışlar, 

səhralaşma,  bioloji  müxtəlifliyin  getdikcə  azalması,  əhali  artımının  yüksək  tempi 

və təbii ehtiyatların getdikcə tükənməsi problemləridir. 

Ətraf  təbii  mühitin  beynəlxalq  hüquq  normaları,  əsasən,  indiki  və  gələcək 

nəsillər  naminə  Yerin  təbii  sərvətlərinin  davamlı  istifadə  olunmasının  və  qlobal 

ətraf mühitin zərərli təsirlərdən mühafizəsinin effektiv idarə edilməsinə yönəlmiş-

dir. Təbiətdən istifadənin nizamlanması, əsasən, aşağıdakı vasitələrlə həyata keçiri-

lir: 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin