M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə10/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   6   7   8   9   10   11   12   13   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI


Cihazın təsviri

Elastiki burulmanın rəqs perioduna görə cismin ətalət momentini təyin etmək üçün istifadə olunan cihazın quruluşu şəkil 2–də təsvir olunmuşdur. Cihaz əsas oturacaq hissəsindən (1), kronşteynli dirəkdən (2), sıxıcı burğudan (3), nazik metal teldən (4), disk və onunla birlikdə iki sıxıcı qarmaqdan (5) ibarətdir (şəkil 2). Cihaz kütləsi 5 kq-dan artıq olmayan və diskin mərkəzində yerləşdirilmiş ixtiyari cisimin ətalət momentini tapmağa imkan verir.

İlkin olaraq cihazın özünün məxsusi ətalət momenti təyin olunur. Bu məqsədlə cihaz qarmaqlar vasitəsilə şaquli ox üzrə mərkəzləşdirilir, sonra isə disk kiçik amplitudlu rəqsi hərəkətə gətirilir. Saniyəölçən vasitəsilə onun n0 =20-30 rəqsinə sərf olunan t0 –zamanı tapılır və cihazın məxsusi rəqs periodu T0=t0/n0 kimi təyin olunur.

Göstərildiyi kimi cihazın rəqs periodu T0, onun ətalət momenti I0 və burulma modulu G ilə aşağıdakı münasibətdə bağlıdır.



(4)

Bu ifadəyə I0 və G kimi naməlum kəmiyyətlər daxildir. Bunların tapılması üçün əvvəlcə diskin üzərinə ətalət momenti məlum olan silindr formalı etalon cisim qoyulur. Məlumdur ki, silindrin öz oxuna nəzərən ətalət momenti



ifadəsi ilə təyin olunur.



Burada m - etalon silindrin kütləsi, r-isə onun oturacağının radiusudur. Əgər silindirin fırlanma oxu cihazın fırlanma oxuna paralel və onlar arasındakı məsafə d -sə, bu halda Şteyner teoreminə görə, etalon silindrin cihazın fırlanma oxuna nəzərən ətalət momenti

I1 = mr2 +md2 (5)

olar. Cihazın etalon silindirlə birlikdə fırlanma periodu isə



(6)

olar. (4) və (6) ifadələrindən



(7) (8)

olduğu alınır.



Etalon silindri ətalət momenti təyin olunan yüklə əvəz etdikdə yükün cihazla birlikdə fırlanma periodu

(9)

olacaqdır. Burada I - tədqiq olunan yükün ətalət momentidir. I0 və G - in uyğun olaraq (7) və (8) -dəki qiymətlərini (9) ifadəsində nəzərə alsaq



(10)

tapırıq.



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin