LİNİ m a I ƏLƏR



Yüklə 0.58 Mb.
Pdf просмотр
tarix23.12.2016
ölçüsü0.58 Mb.

93

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

UOT: 617.7-007.681-089

Ağayeva F.Ə., İbadova N.T., Bəşirova V.A., Mirzəxanlı G.V.

 

BİRİNCİLİ AÇIQ BUCAQLI QLAUKOMA CƏRRAHİYYƏSİNDƏ 



SUPRAXOROİDAL SİLİKON DRENAJIN İMPLANTASİYASI (KLİNİKİ HAL)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan 

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı, Azərbaycan

Açar sözlər: açıq bucaqlı qlaukoma, supraxoroidal drenaj, qlaukomanın cərrahiyyəsi

Ən çox rast gəlinən qlaukoma forması kimi birincili açıq bucaqlı qlaukomanın (BABQ) konservativ müalicəyə 

refrakter olan hallarda cərrahi müalicə problemi aktual olaraq qalır və son dərəcə mübahisəlidir. Yaradılmış axın 

yolunun fibrozlaşması və çapıqlaşması ilə əlaqədar trabekulektomiya əməliyyatlarında alınmış müsbət nəticələr 

75% təşkil edir [1, 2]. Uveoskleral axının (USA) artırılması da daxil olmaqla qlaukomanın cərrahi müalicəsində 

yeni yollar axtarılır [3, 4]. Hələ 1967-ci ildə James Gill supraxoroidal sahəni cərrahiyyə məqsədi ilə nəzərdən 

keçirmiş və teflon implant üzərində işləmişdir [5]. Müasir dövrdə müxtəlif materiallardan (silikon, polipropilen, 

qızıl)  olan  implantların  supraxoroidal  sahəyə  yeridilməsinin  effektivliyi  öyrənilir  [6-10].  Bununla  yanaşı 

mikroinvaziv cərrahi yol kimi drenajlar ab-interno-iStent (Glaukos), Cypass (Transcend Medical) [5, 11] və ab- 

externo kimi [12, 13] implantasiya oluna bilər. Refrakter qlaukoma zamanı supraxoroidal sahəyə silikon drenajın 

implantasiyasının  yüksək  effektivliyi  göstərilmişdir.  Əldə  olunmuş  müsbət  nəticərin  tezliyi  (göz  daxili  təzyiq 

(GDT)  ≤  21mm  c.st.  hipotenziv  damcılar  istifadə  edilmədikdə)  13.3%  olmuşdur.  O  cümlədən,  Jordan  J.F.  və 

həmm. qeyd edirlər ki, 60% gözlərdə supraxoroidal sahəyə silikon şuntun implantasiyasından sonrakı 52 həftəlik 

müşahidə müddəti ərzində GDT-in hədəf həddə qədər enməsi müşahidə olunmuşdur [14].

2012-ci il may ayında Avropa ölkələrində STARflo™ supraxorioidal silikon drenajının istifadəsinə icazə verildi 

(CE Mark Approval). Bioloji uyğunluğa malik, deqradasiyaya məruz qalmayan, məsaməli materialdan hazırlanan 

bu  implant  əməliyyatdan  sonra  fibrozlaşma  və  çapıqlaşma  proseslərini  inhibə  edir.  Implant  haqqında  ilk  dəfə 

2012-ci  ildə  oktyabrda  Belçikada  keçirilmiş  “STARflo  Glaucoma  İmplant  selected  for  presentation  at  leading 

Europian ophthalmic research” konqresində məlumat verilmişdir. İlk implantasiya proseduru klinik sınaq kimi 

professor Christophe Baudouin tərəfindən Parisdə müvəffəqiyyətlə həyata keçirilmişdir. Pourjavan S. və həmm. 

STARflo™ implantasiyasından sonrakı 12aylıq müşahidə müddəti zamanı gəldikləri nəticəyə görə antiqlaukomatoz 

preparatlardan istifadə etmədən GDT-in səviyyəsi 37mm c.st.-dan 14.3mm c.st.-na düşmüşdür. Erkən əməliyyatdan 

sonrakı ağırlaşmalar kimi erkən tranzitor hipotoniya və xoroidal hemorragiyalar qeyd olunmuşdur [15].

Biz istərdik ki, BABQ xəstədə STARflo™ silikon drenajının supraxoroidal sahəyə ilk implantasiyasının 18 

aylıq müşahidə müddəti ərzində olan klinik nəticələrini təqdim edək.

Xəstə, A.T., 62 yaşında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma şöbəsinə daxil 

olub. OD- əməliyyat olunmuş BABQ (normal GDT ilə); OS- BABQ yüksək GDT ilə (dərmanlar altında kompensə 

olunmayan);  OU-  başlanğıc  katarakta  diaqnozu  qoyulub. Anamnezində  6  il  əvvəl  sağ  gözdə  trabekulektomiya 

əməliyyatının keçirilməsi. Müayinə zamanı görmə itiliyi sağ gözdə 0,1, sferik korreksiya ilə -1.5D =0,4, görmə 

itiliyi sol gözdə 0,1, sferik korreksiya ilə -1.5 D=0.5; Maklakov üsulu ilə təzyiq sağda16 mm c.st., solda 32 mm c. 

st. (son 6 ildə gündə 2 dəfə Azarga damcısı istifadə etməklə).

Biomikroskopik:  sağ  göz-  orta  dərəcəli  filtrasiya  ilə  filtrasion  balış,  şəffaf  buynuz  qişa,  ön  kameranın  orta 

dərinliyi,  saat  12-də  bazal  iridektomiya,  bəbək  orta  genişlikdə,  büllurun  kortikal  qatında  başlanğıc  bulanma. 

Qonioskopik- Şefferə görə açıq bucaq 3-cü dərəcə. Oftalmoskopik - 0.9 ekskavasiya ilə görmə sinirinin qlaukomatoz 

atrofiyası. Sol gözdə - şəffaf buynuz qişa, ön kameranın orta dərinliyi, bəbək orta genişlikdə, büllurun kortikal 

qatında başlanğıc bulanma. Qonioskopik- Şefferə görə açıq bucaq 3-cü dərəcə. Oftalmoskopik - 0.8 ekskavasiya 

ilə görmə sinirinin qlaukomatoz atrofiyası. Görmə sahəsi konsentrik daralmışdır. Buynuz qişanın mərkəzi qalınlığı 

sağ gözdə 500 µм, sol gözdə 485 µм təşkil edib (şək. 1).



94

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

Şək.1. Görmə sahəsi. Heydelberq retinotomoqrafiyası (HRT III)

Sol gözdə STARflo™ supraxoroidal silikon drenajının implantasiya olunması haqda qərar verildi.

Əməliyyatın  texnikası.  Drenaj  STARflo™  məsaməli,  silikon,  bioloji  uyğunluğa  malik  material-  STAR® 

Biomaterialdan  hazırlanıb,  3  hissədən  ibarətdir-  baş,  boyun  və  cisim,  uzunluğu  8  mm,  eni  275  µм,  (şək.  2). 

Implantasiya  yerli  subtenon  anesteziya  altında  əsası  limbə  baxan  konyunktival  loskutun  kəsilməsi  ilə  aparıldı. 

Skleranın 50% qalınlığında ölçüsü 3х8 мм (uzunluq х en ) olan səthi skleral loskut formalaşdı. Əmələ gəlmiş 

loskutun yuxarı kənarından 1mm məsafədə skleranın dərin qatlarında damarlı qişaya qədər eni 6 mm olan kəsik 

aparıldı. Ön kamera açılana qədər saat 9-da əlavə parasentez aparıldı. Limb nahiyəsində trabekulyar aparatdan 

ön  kameraya  3mm  genişliyində  keçid  yaradıldı.  Nazik  bıçaq  və  xırdamolekullu  viskoelastikin  istifadəsi  ilə 

skleroxoroidal cibin formalaşması həyata keçirildi. Cisminə fizioloji məhlul hopdurulmuş implant supraxoroidal 

sahəyə yerləşdirildi. Sonra implantın boynu ön kameraya salındı. Əməliyyatdan sonrakı periodda filtrasion balışın 

əmələ gəlməməsi üçün düyünlü tikişlər (Nylon,10-0) vasitəsilə səthi skleral loskutun hermetik fiksasiyası əmələ 

gətirildi (şək. 3).

Ertəsi gün birinci sarğı zamanı görmə itiliyində heç bir dəyişiklik müşahidə olunmadı, GDT 8mm c. st. olmuşdu 

(kontaktsız tonometriya, Tomey), biomikroskopik- göz almasının yuxarı - bayır kvadrantında zəif filtrasiyaya malik 

yastılaşmış filtrasion balış, orta dərinlikdə ön kamera, ön kameranın yuxarı səthində implantın boynu görünürdü. 

Vigadex damcı gündə 6dəfə təyin olundu (şək. 4).

 

 



Şək.2. STARflo™ drenajı

 

Şək.3. STARflo™ drenajının implantasiya texnikası



95

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

 

 



Şək.4. Əməliyyatdan sonrakı birincigündə sol gözün biomikroskopiyası

Implantasiyadan  1  həftə  sonra  Zeiss  Visante  OCT  aparatında  aparılmış  ön  seqmentin  optik  koherens 

tomoqrafiyası (OKT) ilə yastı filtrasion balış, konyunktival divarda xırda kistoz boşluqlar aşkar olundu. Filtrasion 

balışın tam yastılaşması əməliyyatdan bir ay sonra müşahidə olundu. 

 

Şək. 5. Ön seqmentin OKT-nın radial və tangensial skanlarda sol gözdə yastı filtrasion balış

Şək.6. Ön seqmentin OKT-nın radial skanında sol gözün ön kamerasında STARflo™ implantının boynu


96

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

Göstərilən  şəkildə  (şək.6)  STARflo™  implantının  boynu  ön  kamerada  buynuz  qişadan  maksimal  dərəcədə 

məsafədə yerləşdiyi görünür. Bu buynuz qişa endotelini implantla kontaktdan qorumaqda zəruridir.

Növbəti 3,6,12 və 18 aylarda müşahidə zamanı hipotenziv preparatlardan istifadə etmədən GDT-in 10 mm c.st., 

14 mm.c.st, 13 mm.c.st, 15 mm c. st. nəticələr əldə edildi.

Beləliklə,  əldə  olunan  nəticələr  18  aylıq  müşahidə  zamanı  BABQ  cərrahiyyəsində  supraxoroidal  silikon 

drenajın təhlükəsizliyini və kliniki effektivliyini göstərir.

Effektiv metod olan USA-nın cərrahi yolla aktivləşdirilməsinin tətbiqi qlaukomanın cərrahi müalicəsində yeni 

perspektivlər açır və qlaukomatoloqlara əməliyyatdan sonrakı qeyri-tam filtrasion balış əmələ gəlməsi ilə əlaqədar 

olan ağırlaşmalardan xilas olmağa imkan verir.

ƏDƏBİYYAT

1. 


Касимов Э.М., Агаева Ф.А. Клиническая эффективность первичной трабекулэктомии с Митоми-

цином С и использованием Провиска в лечении псевдоэксфолиативной далекозашедшей глауко-

мы // Офтальмология, 2011, 3, c.43-48.

2. 


Rosentreter A, Schild AM, Jordan JF, Krieglstein GK, Dietlein TS. A prospective randomised trial of 

trabeculectomy using mitomycin C vs an ologen implant in open angle glaucoma. Eye (Lond). 2010 

Sep;24(9):1449-57. 

3. 


Qasımov  E.M.,  Ibadova  N.T.  Birincili  açıq  bucaqlı  qlaukomanın  müxtəlif  formalarının  müalicəsində 

uveoskleral axının artırılmasının rolu (ədəbiyyat icmalı) // Oftalmologiya Elmi-Praktik Jurnal 2014: 2 

(15). Стр: 91-97.

4. 


Allemann R., Stachs O., Falke K., Schmidt W., Siewert S., Sternberg K., Chichkov B., Wree A., Schmitz 

K.P., Guthoff R.F. New concepts for pressure-controlled glaucoma implants // Ophthalmologe., 2013, 

v.110(8), p.733-9. 

5. 


Lindfield D., Lim K.Sh. Suprachoroidal Devices in Glaucoma. The past, present, and future of surgery 

for suprachoroidal drainage // Cataract and Refractive Surgery Today 2013, p. 22-24.

6. 

Kammer  J.A.,  Mundy  K.M.  Suprachoroidal  Devices  in  Glaucoma  Surgery  //  Middle  East  Afr  J 



Ophthalmol., 2015, v.22.1, p. 45-52

7. 


Brandão L.M., Grieshaber M.C. Update on Minimally Invasive Glaucoma Surgery (MIGS) and New 

Implants // J Ophthalmol., 2013, v.2013, p.705915. 

8. 

Guthoff R.F., Schmidt W., Buss D., Schultze C., Ruppin U., Stachs O., Sternberg K., Klee D., Chichkov 



B., Schmitz K.P. Development of a glaucoma microstent with drainage into the suprachoroidal space: 

fluid mechanical model approach // Ophthalmologe, 2009,v.106(9), p.805-12. 

9. 

Oatts J.T., Zhang Z., Tseng H., Shields M.B., Sinard J.H., Loewen N.A. In vitro and in vivo comparison 



of two suprachoroidal shunts // Invest Ophthalmol Vis Sci., 2013,v.13;54(8), p.5416-23. 

10.  Agnifili L., Costagliola C., Figus M., Iezzi G., Piattelli A., Carpineto P., Mastropasqua R., Nardi M., 

Mastropasqua L. Histological findings of failed gold micro shunts in primary open-angle glaucoma // 

Graefes Arch Clin Exp Ophthalmol., 2012, v.250(1), p.143-9.

11. 

Saheb  H.,  Ianchulev T., Ahmed  I.I.  Optical  coherence  tomography  of  the  suprachoroid  after  CyPass 



Micro-Stent implantation for the treatment of open-angle glaucoma // Br. J. Ophthalmol., 2014, v.98(1), 

p.19-23.


12.  Unal  M.,  Kocak  Altintas  A.G.,  Koklu  G.,  Tuna  T.  Early  results  of  suprachoroidal  drainage  tube 

implantation for the surgical treatment of glaucoma // J Glaucoma, 2011, v.20(5), p.307-14. 

13.  Palamar M., Ates H., Oztas Z., Yusifov E. Suprachoroidal implant surgery in intractable glaucoma // Jpn 

J Ophthalmol., 2011, v.55(4), p.351-5. 

14.  Jordan  J.F.,  Engels  B.F.,  Dinslage  S.,  Dietlein  T.S.,  Ayertey  H.D.,  Roters  S.,  Esser  P.,  Konen  W., 

Krieglstein G.K. A novel approach to suprachoroidal drainage for the surgical treatment of intractable 

glaucoma // J Glaucoma, 2006, v.15(3), p.200-5.

15.  Pourjavan S., Collignon N., Groot V. De. STARflo™ Glaucoma Implant: 12 month clinical results // Acta 

Ophthalmologica, 2013, v. 91, Issue Supplement s252.


97

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

Агаева Ф.А., Ибадова Н. Т., Баширова В. А., Мирзаханлы Г.В. 

ИМПЛАНТАЦИЯ СУПРАХОРОИДАЛЬНОГО СИЛИКОНОВОГО ДРЕНАЖА 

В ХИРУРГИИ ПЕРВИЧНОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ 

(КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, Баку, Азербайджан

Республиканская Клиническая Больница им. Миркасимова, Баку, Азербайджан

Ключевые слова: открытоугольная глаукома, супрахороидальный дренаж, хирургия глаукомы

РЕЗЮМЕ


Авторами представлены клинические результаты первой имплантации супрахороидального силиконо-

вого дренажа STARfloTM у пациента с первичной открытоугольной глаукомой.

Aghayeva F.A., İbadova N.T., Bashirova V.A., Mirzakhanli G.V.

IMPLANTATION OF SUPRACHOROIDAL DRAINAGE IMPLANT IN 

SURGICAL TREATMENT OF PRIMARY OPEN ANGLE GLAUCOMA 

(CLINICAL CASE)



National Centre of Ophthalmology named after academician Zarifa Aliyeva, Baku, Azerbaijan 

Republic Clinical Hospital named after Mirkasimov

Key words: glaucoma surgery, primary open angle glaucoma, suprachoroidal drainage device

SUMMARY


The authors have described the clinical results of first implantation of suprachoroidal silicone drainage implant 

STARfloTM in patient with primary open angle glaucoma.



Для корресподенции:

Агаева Фидан Акбар кызы, врач-офтальмолог отдела глаукомы Национального Центра Офтальмоло-

гии им. акад. Зарифы Алиевой 

Ибадова Наида Тельман кызы, врач-офтальмолог Отделения Офтальмологии

Республиканской Клинической Больницы им. Миркасимова 

Тел.: (99412) 569-91-36, (99412) 569-91-37 

Адрес: AZ1114, г.Баку, ул. Джавадхана, 32/15 

Email: administrator@eye.az :

www.eye.az 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə