Liii fəsil İdman üzrə fənn proqramı


İd.VII-IX.2. Şagirdin fiziki fəallığı özünün fizioloji və psixoloji inkişafı ilə əlaqələndirmək bacarığı vardır



Yüklə 61,26 Kb.
səhifə20/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   ...   16   17   18   19   20   21   22   23   24
Liii f sil dman zr f nn proqram

İd.VII-IX.2. Şagirdin fiziki fəallığı özünün fizioloji və psixoloji inkişafı ilə əlaqələndirmək bacarığı vardır.
Nəticə göz önündədir, əgər şagird:

  • fiziki fəallığın və sağlam həyat qaydasının bədənin (dayaq-hərəkət sistemi) və daxili orqanların (ürək-damar, nəfəs yolları, qida borusu, ayırıcı sistem) normal fəaliyyət göstərməsinə təsirini dərk edə bilirsə;

  • insanların psixikasına sağlamlıq üçün zərərli maddələrin təsiri haqqında (süstlük, aqressiya, depressiya, diqqətin yayılması, yaddaş qabiliyyətinin azalması və s.) mülahizə yürüdə bilirsə;

  • bədən quruluşundakı dəyişiklikləri fiziki fəallıqla və sağlam həyat qaydası ilə əlaqələndirə bilirsə;

  • idman yarışmalarının yeniyetmənin psixi-fizioloji statusunun formalaşmasına təsirini və bunların əlaqəsini dərk edə bilirsə.


İd.VII-IX.3. Şagird təhlükəsizliyə əməl etməyin zəruriliyini və mürəkkəb vəziyyətlərdən çıxmaq imkanlarına yiyələnməyi dərk edə bilir.
Nəticə göz önündədir, əgər şagird:

  • müxtəlif potensial təhlükə yarada biləcək yerlərdə və vəziyyətlərdə gözlənilən təhlükəni təhlil edə bilirsə;

  • məktəbdə, küçədə və ya başqa yerlərdə qəflətən yaranmış təhlükə və kritik vəziyyətlərdə (zorakılıq, yanğın, avtomobil qəzası və s.) adekvat yanaşa bilirsə və müvafiq xidmətlərə (polis, təcili yardım, yanğından müdafiə) müraciət edə bilirsə;

  • onun üçün arzuolunmayan təklifləri rədd edirsə, öz mövqeyini əsaslandırır və müdafiə edə bilirsə;

  • yürüş zamanı həm özünün, həm də komanda yoldaşlarının təhlükəsizliyinə riayət edirsə və təhlükəsizliyə əməl etməyin gündəlik qəbul olunmuş qaydalarından istifadə edirsə;

  • travmatizm təhlükəsi olan vəziyyətlərdən və yerlərdən (dağ, qaya, buzlaq, çay və s.) çəkinirsə;

  • meşədə istiqamətlənmə metodlarından (kompasdan istifadə etməklə, azimutu və tərəfləri müəyyənləşdirmək) istifadə edirsə, müvəqqəti sığınacaq tapa və ya qura və yararlı qida tapa bilirsə;

  • müvafiq növ vasitələrdən istifadə etməklə başqasına ilk təcili tibb yardımı göstərə bilirsə.


Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin